DƏHŞƏT! Uşağının burnuna maz sürtdü, ÖLÜMÜNƏ SƏBƏB OLDU

DƏHŞƏT! Uşağının burnuna maz sürtdü, ÖLÜMÜNƏ SƏBƏB OLDUBu hadisəyə inanmaq çətindir – çünki istənilən halda hamımız soyuqdəymədən qorunmaq üçün məlhəmlərdən tez-tez istifadə edirik.

O, temperaturdan, zökəmdən və başqa soyuqdəymə simptomlarından zərərsiz və çox effektiv vasitə kimi tanınır.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, baş vermiş qorxunc hadisə, əsasən də mazları körpə uşaqlar üçün istifadə edərkən ehtiyatlı olmağa vadar edir. Sən demə, mazın istifadəsi ölümlə də nəticələnə bilər.

Bir meksikalı xanım başına gələn fəlakəti mətbuata açıqlamasında məqsədinin, digər valideynlərin onun yaşadığını yaşamamasıdır: öz körpəsinin ölümünü!

İşdən evə gələn qadın öz 2 yaşlı oğlunun otağına girir, onu öpməyə əyilir və hiss edir ki, onda qızdırma var. Bunun adi soyuqdəymə olduğunu düşünən qadın soyuqdəymə əleyhinə vasitə olan sadə mazdan istifadə etmək qərarına gəlir. Bu barədə lifter.com.ua saytı yazır.
Uşağın sinəsini, kürəyini və dodaqlarının üst hissəsini "Viks Aktiv" mazı yaxır ki, uşaq daha yüngül nəfəs alsın. Sonra isə onun üstünü örtərək, öz otağına çəkilir və yatır.
Bir neçə saatdan sonra oyanan ana, görür ki, körpə nəfəs almır...

Ana vaxt itirmədən dərhal uşağı xəstəxanaya aparır, lakin təəssüf ki, həkimlər körpənin həyatını xilas edə bilmirlər.
Həkim rəyində deyilir ki, uşaq mazın tərkibinə daxil olan kamfora ilə tənəffüs yollarının iltihabından ölüb.

Ana ağlına belə gətirməzdi ki, bu vasitə onun uşağını öldürəcək: o, yalnız ona kömək etmək istəmişdi.
Məsələ ondadır ki, böyüklər üçün kamfora faydalıdır, amma yaşı 2-dən az olan uşaqlarda o, seliyin ayrılmasını 60% artırır; selik nəfəs yolunda yığılır və nəfəsi çətinləşdirir.
Mazın etiketində yazılıb ki, yaşı 3-dən aşağı olan uşaqlar üçün istifadəsi qadağandır. Təəssüf ki, meksikalı ana bu xəbərdarlığı görməmişdi.

"Bu hadisə bütün valideynlər üçün dərs olmalıdır: mənim yaşadığım bu dəhşətli hadisəni paylaşmaqda məqsədim odur ki, uşağı adət edilmiş ev vasitələri ilə müalicə etməzdən əvvəl həmişə təlimatı diqqətlə oxuyun və mütəxəssislərlə məsləhətləşin! Lütfən, bu məlumatı hamı ilə bölüşün, yaşadığım ağrını heç kəsin yaşamasını istəmirəm" - deyə, o, mətbuata açıqlamasında bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3462   Tarix: 12 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Çində xəstəxanada bıçaqlı hücum nəticəsində 10-dan çox adam ölüb

Çində xəstəxanada bıçaqlı hücum nəticəsində 10-dan çox adam ölüb. xəbər verir ki, Çinin Sinxua agentliyinin xəbərinə görə, hücum Yunnan əyalətinin Kaotonq əyalətindəki Cinxiong Rayon Xalq Xəstəxanasında bıçaqla həyata keçirilib. Səlahiyyətlilər hücumda 10-dan çox adamın öldüyünü bildirib və hücum edəni

07.05.2024 420
.

Paşinyan 44 günlük müharibəni administrasiyasının ən mühüm uğursuzluğu kimi qiymətləndirib

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni administrasiyasının ən mühüm uğursuzluğu kimi qiymətləndirib. xəbər verir ki, o bunu mayın 7-də keçirdiyi mətbuat konfransında deyib. Baş nazir 44 günlük müharibədən qaçmağın niyə mümkün olmadığını izah edib. "2018-ci ildən Dağlıq Qarabağd

07.05.2024 313
.

Bakıda kişi sevgilisinə "mənim olmalısan" deyib qanını tökdü

Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən "Sahil bağı" parkında "yox" cavabı aldığı üçün sevdiyi qızı bıçaqlayan şəxsə hökm oxunub. "Qaynarinfo"nun məlumatına görə, 1997-ci ildə Şəki şəhərində anadan olmuş Sadıq Hüseynovun (soyad şərti) cinayət işinə Bakı Ağır Cinayətlə

10:45 476
.

Mövsümdən əvvəl yetişən alça ziyanlıdırmı?

Bu gün bazarlarda havaların soyuq keçdiyini nəzərə alaraq mövsümdən əvvəl alça və çiyələkləri piştaxtalarda görmək olar. Həddindən artıq iri alçalar və digər meyvələr göz oxşasa da bəs sağlamlığımız üçün ziyanlıdırmı?. Mövzu ilə bağlı BİG.AZ-A qida eksperti Məhsəti Hüseynova açıqlama verib. O bildiri

15:03 91
.

"Greencard" qalibləri başlanğıcda kuryer,ofisiant kimi ağır işlərdə çalışırlar" - 2021-ci il qalibi

Yaxın günlərdə "Greencard" nəticələri açıqlandı. "Greencard" ABŞ-də işləmək və yaşamaq üçün verilən sənəddir. 2021-ci il "Greencard" qalibi Vüqar Məmmədli(ad şərtidir) -a bildirib ki, "Greencard" qalibi olmaq ABŞ-yə gedən kimi işlə təmin olunmaq demək deyil. 1

16:27 347
.

Ögey atasını öldürmüşdü, cəza verilmədi

Ögey atasını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Elgün Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan araşdırma zamanı müttəhimin hadisəni törədərkən anlaqsız vəziyyətdə olması sübut olunub. Prokuro

12:23 542
.

Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək

Dövlət İmtahan Mərkəzi mayın 12-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək. Mərkəzdən BİG.AZ-a verilən məlumata görə, həmin gün ali və ort

15:46 143
.

İsrailin Rafaha bomba hücumu: 2 ölü

İsrailin Qəzza zolağının cənubundakı Rafah şəhərində bomba hücumu olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 2 fələstinli ölüb, daha bir neçə nəfər yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi "WAFA" məlumat yayıb. Qəzzanın Misirlə Rəfah sərhəd keçidinin Fələstin tərəfini ələ keçirdiy

10:45 119
.

Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı

Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırılıb. Buna səbəb ötən gün 40 nəfərə yaxın sakinin toyuq dönərindən zəhərlənməsi göstərilir. Bizim.media xəbər verir ki, ötən gün günün ikinci yarısından başlayaraq gecə saatlarına kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qruplarına ai

11:20 238