İnsana yoluxan heyvan xəstəliyi

İnsana yoluxan heyvan xəstəliyi

Duzsuz pendirə nəyə görə qadağa qoyuldu?
Bildiyimiz kimi, bruselyoz xəstəliyinin yayılmaması üçün yoxlamalar başlayıb. Dövlət Baytarlıq Nəzarəti Xidməti duzsuz pendir satışının qarşısını almaq üçün bazarlarda yoxlamalar keçirir. Çünki, bruselyoz xəstəliyi qoyunun südündən hazırlanan məhsullarda daha çox olur. Kənd Təsərrüfatı Nazirliyi yanın­da Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ictima­yətlə əlaqələr şöbəsinin rəhbəri Yolçu Xanvəli bildirib ki, hazırlanan pendirlər satışa çıxarılmazdan öncə ən azı 45, 60 gün duzun içəri­sində saxlanılmalıdır. Bu müddətdə duz "brusella" adlanan virusu məhv edir. Göstərilən müddətdə duzda saxlanılan pendirlərin insan orqanizmi üçün təhlükəsi yoxdur.
Mütəxəssislərin bildirdiyinə görə, bruselyoz xəstəliyinin törədicisi olan brusell virusunun 6-ya qədər növü məlumdur. Kəskin, infeksion – allergik xəstəlik olub, əsasən qızdırma, sümük-oynaq, ürək-damar, urogenital, sinir sisteminin zədələnməsi, vegetativ pozğunluqlarla özünü biruzə verir. Kəskin və xroniki gedişə malik olur.

Bu xəstəliyi keçirmiş Vaqif Hüseynov xəstəlik zamanı qızdırmanın, oynaq ağrılarının olduğunu söylədi. Onun sözlərinə görə xəstəliyin ilk dönəmində bruselyozdan heç şübhələnməyiblər də, həkimə getdikdən sonra isə qanından analiz verib və onda bu xəstəlik aşkarlanıb. Müalicə müddəti isə 6 ay davam edib.

Xəstəlik barədə həkim infeksionist Kəmalə Hüseynova bruselyozun ciddi fəsadlara yol açan, hətta ölümlə nəticələnən bir xəstəlik olduğunu bildiridi:"Bruselyoz insanın digər orqanlarına ziyan vuraraq, meningitə, qaraciyərin böyüməsinə, dalağın zədələnməsinə gətirib çıxara bilir. Həmçinin sinir sisteminə də xələl yetirir, insanda işləməyə həvəs olmur, halsızlıq yaranır. Əsasən təzə pendirdən, bişməmiş ətdən, qaynadılmamış süddən insana keçir. Hətta heyvanın dərisini soyarkən və onun yunundan istifadə zamanı da əgər heyvan xəstədirsə virus insana keçə bilər. Onu da vurğulayım ki, xəstəlik insandan insana keçmir. Bu səbəbləri nəzərə alan insanlar özlərini qorumalıdırlar. Kənd yerlərində yaşayan insanlar isə heyvanlarının da sağlamlıqlarına mütəmadi nəzarət yetirməlidirlər". K.Hüseynova xəstəliyin müayinə və müalicə üsulları barədə də məlumat verdi. Həkimin sözlərinə görə xəstəlik iki formada- xroniki və kəskin- özünü biruzə verir:"Çox zaman insanlar elə bilir ki, qripə yoluxublar çünki, bruselyozda 37, 37.5 qızdırma, halsızlıqla müşahidə edilir. Lakin vaxt keçdikcə sağalmadıqlarını görəndən sonra həkimə müraciət edirlər. Onu da qeyd edim ki, bruselyoza xəstəliyinə yoluxan insanlar infeksionist yaxud terapevtə müraciət etməlidirlər. Xəstəlik xroniki formadadırsa xəstə mütləq harda müalicə alırlarsa həmin məkanda uçotda olmalı və ən azı 1 il müddətində nəzarət altında yoxlanılmalıdır. Yoxlamalar bruselyozun növündən asılı olaraq 3 yaxud 6 aydan bir aparılır. Kəskin şəkildə özünü bildirən bruselyoz zamanı isə fərdi yanaşma olmalıdır. Çünki, xəstəlik hər kəsdə bir başqa şəkildə özünü göstərir. Buna görə də hər bir xəstəyə indivual baxış önəmlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 17504   Tarix: 07 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998