Diş ağrısından QURTULMANIN YOLLARI

Diş ağrısından QURTULMANIN YOLLARIGecə başlayan şiddətli diş ağrısı, kifayət qədər çürümüş bir dişin iltihablanmağa başlamasıyla ortaya çıxa bilər. Həmin iltihablanma diş sinirinin ölməyə başlaması ilə meydana gəlir. İltihab kök xaricinə doğru yayılmağa başlaması ilə diş damağında təzyiq artır və bu səbəblə ağrı meydana gəlir. Bu vəziyyət, stomatologiyada ən şiddətli ağrı kimi tanınır.

BiG.AZ bu barədə milli.az-a istinadla xəbər verir.

Diş ağrısı niyə daha çox gecə şiddətlənir?

Şiddətli ağrının xüsusilə gecə meydana gəlməsinin səbəbi, gecə saatlarında hormonal fərqliliklər səbəbiylə damarlarımızın genişlənməsidir. Kök ucundakı iltihab dişdə dövran pozğunluğu meydana gətirir və bu vəziyyət təzyiqə səbəb olar. Təzyiq diş içindəki sinirlərin üstə doğru ağrı yaratmağına səbəb olar.

Gecə başlayan diş ağrısını necə kəsmək olar?

Əvvəlcə diş üzərində və dişlərin arasında olan qida qalıqları diş fırçası və diş ipi istifadə edilərək təmizlənməlidir. Yarım stəkan suya yarım çay qaşığı duz əlavə edilərək ilıq duzlu su ilə ağız yaxşıca çalxalanmalıdır. İsti iltihabı artıracağı üçün qətiyyən isti sudan istifadə etmək olmaz.

Ağrıyan diş üzərinə hər hansı bir ağrı kəsici dərman və ya spirtli pambıq qoymağa ehtiyac yoxdur. Kimyəvi tərkiblərinə görə bu kimi dərmanlar diş ətinde və ətrafda olan yumşaq toxumaların məhv olmasına səbəb ola bilər. Bu da diş ağrısının yanında ikinci bir ağrının meydana gəlməsinə gətirib çıxaracaq.

Üzdə yaranmış şişkinliyi necə yatıraq?

Əgər iltihab səbəbiylə üzdə şişlik meydana gəlmibsə o hissəyə soyuq kompres edilməlidir. Həkimin işinə çətinləşdirməmək üçün dərman qəbul etməzdən öncə yaxşı olar ki, həkiminə müraciət olunsun. Əgər həkimə gedilmirsə, mütləq bir ağrıkəsici dərman içilməlidir. Ancaq ağrıkəsicilər qısa bir müddət təsir göstərdikdən sonra təsirini itirir. Çox sayda ağrıkəsici içilməsi də ağrı üçün bir həll ola bilməz, yalnız mədəyə zərər verər. Diş üzərində çürük səbəbiylə oyuq meydana gəlmibsə, bura çox az qərənfil yağı hopdurulmuş pambıq tündlə bilər. Ancaq bu əməliyyatı edərkən bu yağın diş ətinə sızmamasına diqqət yetirilməlidir. Çünki, qərənfil yağı da yumşaq toxumaları korlayıcı xüsusiyyətə malikdir.

Siz diş həkiminə müraciət etdikdə, artıq sizin dişiniz həkim tərəfindən keyidiləcək və dişin çürümüş hissəsi təmizlənəcək. Beləcə dişin içərisində meydana gəlmiş iltihablanmanın təzyiqi azalacaq. Daha sonra dişin siniri çıxarılacaq və kanal müalicə olunacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 6074   Tarix: 26 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542