"Gülsümü qan aparırdı, həkim isə pul istəyirdi" - Doğuşda ölən ananın ölümü haqda ŞOK

"Gülsümü qan aparırdı, həkim isə pul istəyirdi" - Doğuşda ölən ananın ölümü haqda ŞOKBir müddət əvvəl Sumqayıt şəhər 2 nömrəli Doğum Evində Gülsüm Əliyevanın doğuş zamanı ölməsinin bəzi ilginc məqamları üzə çıxıb.

BiG.AZ xəbər verir ki, mərhumun bacısı Mövlanə Nəsirova bakupost.az-la əlaqə saxlayaraq, bacısının ölümündən sonra sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində yayılan məlumatlara aydınlıq gətirib. O, G. Əliyevanın 3-cü uşağını guya, oğlan olduğu üçün dünyaya gətirmək istədiyini deyənlərə cavab verib: "Bacımın 2 övladı var. Biri qızdır, o biri oğlan. Yəni Gülsümün həyatını riskə ataraq, oğlan üçün bu addımı deyənlər səhv edirlər. Düzdür, biz hamımız ailəlikcə ona 3-cü uşağı dünyaya gətirməməsini məsləhət gördük. O qədər doğuş zamanı ölüm hadisəsi eşidirdik ki, qorxurduq. Amma bacım uşaqlara həvəsliydi. Xoşu gəlirdi ki, çoxlu övladı olsun. Ona görə üstünə nə qədər getsək də, yenə fikrindən daşınmadı".

M. Nəsirovanın sözlərinə görə, G.Əliyeva digər 2 övladını da təbii doğuşla dünyaya gətirib: "Əvvəlki uşaqlar sağ-salamat olublar. Onların həkimləri başqaları idi. Heç bir problem də olmamışdı".

"Gülsümü qan aparırdı, həkim isə pul istəyirdi" - Doğuşda ölən ananın ölümü haqda ŞOKO, bacısının ölümündə doğuşu həyata keçirən həkim Nazilə Abdullayevanı günahlandırır: "Ayın 11-də doğuşa girdi. Biz də xəstəxanada gözləyirdik. Birdən həkim gəldi ki, doğuş bitib və pulunu istədi. Sən demə, bacımın uşaqlığını zədələyibmiş. Həkimlər deyir ki, belə olan halda uşaqlıq çıxarılmalıdır. Amma Nazilə Abdullayeva bunu etmədən, tikiş atıb, qaçıb gəlib pulunu istəməyə. Bacımın həyatını 5-3 manata dəyişdi.

O, aşağı düşdükdən sonra Gülsümdə qanaxma başlayıb. 20 dəqiqə qanaxma olub. Bacıma heç bir qan köçürülmədən təzədən əməliyyata salıb, uşaqlığını çıxarıblar. O da komaya düşüb. Koma vəziyyətində Məhəmməd həkim müdaxilə edib. O, ürəyinə iynə vurub, təzədən ürəyi hərəkətə gətirib, amma komadan çıxmamışdı. Elə 2 gün çəkdi sevincimiz".

"Gülsümü qan aparırdı, həkim isə pul istəyirdi" - Doğuşda ölən ananın ölümü haqda ŞOKNazilə Abdullayeva

Gülsüm Əliyevanın bacısının sözlərinə görə, N. Abdullayeva həmin gün xəstəxanadan qaçıb: "Nazilə həkim həmin gün xəstəxanadan qaçdı. Tapa bilmədik. Bir neçə gün sonra Nazilə Abdullayevanın qohumları gəldi bizə. Atamla danışdılar. Atam da çox humanist adamdır. Şikayətçi olmayacığımı dedi. O, işin uzanmasını istəmir. İstəmir ki, bacımın nəşini qəbirdən çıxarıb təzədən ekspertizaya salsınlar. Ona görə N. Abdullayevadan şikayət verə bilmirik. Amma anamın gözünün yaşı qurumur. Orda da 3 balası yetim qalıb. Ailəmiz darmadağındır bu hadisədən sonra. 1 zərrə qədər də sakitlik tapa bilmirik".

"Gülsümü qan aparırdı, həkim isə pul istəyirdi" - Doğuşda ölən ananın ölümü haqda ŞOKMərhumun bacısı bildirib ki, həmin həkimin işdən çıxarılsa da, məsuliyyətə cəlb edilməyib: "Bacımın ölümünün səbəbi həkim səhlənkarlığıdır. Bunu hər kəs bilir. Bizə verilən məlumata görə, Nazilə Abdullayeva işdən çıxarılıb. Bu da göstərir ki, xəstəxana rəhbərliyi onun səhvini bağışlamayıb. Amma bəs prokurorluq nə edib? O, onsuz da pensiyaya çıxmalı idi. İşdən çıxarılmasının onun üçün bir fərqi yoxdur. Lakin bir yerdən də deyiblər ki, o, Amerikadadır. Məzuniyyətə çıxıb və ABŞ-a gedib. Deyirlər, cinayət işi açılıb. Əgər elədirsə, necə çıxıb ölkədən? Bacımın qanı yerdə qalıb".

"Gülsümü qan aparırdı, həkim isə pul istəyirdi" - Doğuşda ölən ananın ölümü haqda ŞOKBəs ailə şikayətçi olmazsa, həkim məsuliyyətdən yayına biləcəkmi?

Bununla bağlı açıqlama verən vəkil Fariz Namazov bildirib ki, şikayət olmasa belə, ortada ölüm faktı olduğundan müvafiq araşdırma aparılır: "Müvafiq araşdırma aparılmalıdır. Ekspertiza keçirilməlidir. Müəyyən olunsa ki, ana ölümündə həkim səhlənkarlığı faktı var, o zaman həkim məsuliyyətə cəlb edilə bilər. Ana ölümünün nədən olduğunu dəqiqləşdirmək lazımdır. Bəlkə daxili qanaxma olub və ana ondan ölüb. Həlledici məqam ekspert rəyidir.

Həkimin ölümdə rolu olduğu təsdiqlənsə, səhlənkarlığa görə 314-cü maddəylə cinayət işi açıla bilər. Bu halda həmin şəxsə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Ehtiyatsızlıqdan adam öldürmə də ola bilər, bununla da 3 ilə qədər cəza nəzərdə tutulub. Şikayət olunmasa belə cinayət işi açılır. Sadəcə yekunda şikayətin olub-olmaması qərara təsir edir".

Xatırladaq ki, Gülsüm Əliyeva iyulun 13-də Sumqayıt şəhər 2 nömrəli Doğum Evində vəfat edib. Doğum evinin həkimi Nazilə Abdullayevanın apardığı doğuş zamanı uşaq sağ qalsa da, ananın vəziyyəti pisləşib və Əliyeva Gülsüm Ramil qızı həyatını itirib. 1988-ci il təvəllüdlü Gülsüm Əliyeva Qubadlı rayonu Mahruzlu kənd məktəbində kimya müəllimi işləyirmiş.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb.

"Gülsümü qan aparırdı, həkim isə pul istəyirdi" - Doğuşda ölən ananın ölümü haqda ŞOK"Gülsümü qan aparırdı, həkim isə pul istəyirdi" - Doğuşda ölən ananın ölümü haqda ŞOK"Gülsümü qan aparırdı, həkim isə pul istəyirdi" - Doğuşda ölən ananın ölümü haqda ŞOK"Gülsümü qan aparırdı, həkim isə pul istəyirdi" - Doğuşda ölən ananın ölümü haqda ŞOK


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5410   Tarix: 08 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır - Xalq artisti

"Biz Rasim Balayevlə birgə çox işləmişik. Cəfər Cabbarlının "Aydın" tamaşasında o, Dövlət bəyi, mən isə Gültəkin rolunu oynayırdım. Bu, universitetin Cəfər Cabbarlının yubileyinə hazırlanan bir tamaşası idi. Tamaşamız böyük səs-küy yaratmışdı. Rasim Dövlət bəyi çox gözəl oynamışdı. Bizi

01.04.2026 560
.

Mərkəzi Banka yanlış hesabat təqdim edən "Fizza Pay" kimindir?

"Fizza Pay" MMC-nin vəzifəli şəxsi inzibati qaydada cəzalandırılıb. -a istinadən xəbər verir ki, şirkət tərəfindən Mərkəzi Banka prudensial hesabatların yanlış təqdim edilib. Bu baxımdan, MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü (Ödəniş təşkilatı, elektron pu

01.04.2026 456
.

ABŞ professorundan Tramp və Netanyahu ilə bağlı qalmaqallı açıqlama

Əgər Nürnberq məhkəmələri bu gün keçirilsəydi, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu edam cəzası ilə üzləşə bilərdi. xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Çikaqo Universitetinin professoru Con Mirşaymer "Judging Freedom" YouTube kanalına müsahibəsind

11:36 176
.

Bloomberg və Financial Times: ABŞ-İran gərginliyi qlobal böhran təhlükəsi yaradır - İQTİSADÇIDAN AÇIQLAMA

ABŞ və İran arasında artan gərginlik fonunda qlobal iqtisadi və siyasi sabitliklə bağlı narahatlıqlar dərinləşir. Nüfuzlu nəşrlər olan Bloomberg və Financial Times xəbərdarlıq edir ki, mümkün hərbi eskalasiya təkcə Yaxın Şərqi deyil, bütün dünyanı əhatə edən genişmiqyaslı böhrana səbəb ola bilər. Enerj

11:20 168
.

AAYDA-nın "torpaqyeyən" məmurları

Ölkədə tıxacların aradan qaldırılması üçün Preizident İlham Əliyevin rəhbərliyi ilə bir sıra layihələri icra olunur. xəbər verir ki, indiyə qədər çoxlu sayda layihələr həyata keçirilib ki, bu da insanların rahatlıqla mənzil başına çatmasına yardımçı olub. Lakin bu işlərə kölgə salanlar da var. Belə ki

01.04.2026 462
.

Hayfada raket sirenləri səsləndi, xəsarət alan yoxdur

İranın İsrailin şimalına yeni raket atəşi açmasından sonra Hayfada raket sirenləri səsləndi. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Magen David Adomun sözlərinə görə, hücumdan sonra ölüm və ya xəsarət alma halları qeydə alınmayıb. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

10:53 192
.

Xameneinin vəziyyəti açıqlandı

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Bəqayi Misirin "Əl-Məsri əl-Youm" agentliyinə müsahibəsində ölkənin yeni Ali Lideri Müctəba Xameneinin səhhəti ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, XİN rəsmisi Müctəba Xameneinin vəziyyətini

01.04.2026 597
.

Balıq qızardanda tavaya dəfnə yarpağı qoyun - İnanılmaz SƏBƏB

Bir çox insan evdə balıq bişirməkdən yalnız uzun müddət qalan kəskin qoxuya görə imtina edir. Bu qoxudan qurtulmağın isə mümkün olmadığı düşünülür. xarici mediaya istinadən xəbər verir ki, aşpazlar bu problemi həll edən sadə bir üsuldan uzun zamandır istifadə edirlər. Üstəlik, bu üsul həmişə effekt verir

01.04.2026 399
.

7 nömrəli Yol İstismar İdarəsinin direktoru işçiləri şəxsi zavodunda çalışdırır? - İDDİA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 7 nömrəli Yol İstismar İdarəsinin direktoru Məzahir Əliyevin dövlətə məxsus işçi qüvvəsini və xidməti resursları şəxsi maraqları üçün səfərbər etdiyi iddia olunur. -ın əldə etdiyi məlumata görə, Məzahir Əliyev AAYDA-nın ştatında olan bir qrup işçin

01.04.2026 430
.

TOP MP3