Səhər acqarına ilıq su içsəniz...

Səhər acqarına ilıq su içsəniz...Günə bir stəkan ilıq su ilə başlamağın və günü bir stəkan ilıq su ilə bitirməyin sağlamlığa inanılmaz faydaları var.

Həzm prosesinə faydalıdır. Həzm probleminiz varsa, mütəmadi olaraq ilıq su içməlisiniz. Qidaların mədədə parçalanmasına yardımçı olur. Belə halda həzm sistemi daha az enerji sərf edir. Həm də bədənin artıq mədə turşusundan təmizlənməsinə yardımçı olur. Qəbizliyə faydalıdır

Mədəniz boş ikən mütəmadi olaraq ilıq su içsəniz, bağırsaq normasında çalışar və qəbizlik problemi yaşamazsınız. Qəbizlik nazik bağırsaqda yetərincə maye olmaması ilə bağlıdır. İlıq su bağırsaqları yumşaldır, köpü azaldır və qarnı rahatladır. Qəbizliklə mübarizə aparmaq üçün hər səhər ac qarına bir stəkan ilıq və ya isti su için. Daha çox faydalanmaq üçün suya bir miqdar bal və ya limon suyu əlavə edə bilərsiniz. Boğaz ağrısını sakitləşdirir Boğazda soyuqdəymə və ya qriplə bağlı ağrı varsa, ilıq su içərək rahatlaya bilərsiniz. İlıq su təkcə boğaz ağrısını rahatlatmır, eyni zamanda burun tıxanmasını da açır.

Artıq çəkiləri atmağa yardım edir Pəhriz proqramına əməl edirsinizsə, ilıq su içərək də arıqlamanıza yardım etmiş olarsınız. İlıq su maddələr mübadiləsini sürətləndirir. Beləcə, bədən daha çox kalori yandırır. Daha yaxşı effekt üçün hər səhər bir stəkan ilıq suya bir miqdar limon suyu əlavə edə bilərsiniz. Detoks təsiri Bir neçə stəkan ilıq su içsəniz, bədən istiliyi artar. Bədəndəki toksinlər də tərlə birlikdə atılır. Toksinlərin bədəndən atılması da sızanaq kimi dəri problemlərindən qurtulmağa yardımçı olur. Menstruasiya sancısını azaldır İlıq su uşaqlıqdakı əzələləri rahatladaraq, menstruasiya ağrılarının qarşısını alır. Qan dövranını yaxşılaşdırır Mütəmadi ilıq su içiləndə əzələ və sinir hərəkətləri üçün gərəkli olan, eyni zamanda toxuma və orqanlara qan daşınması üçün əhəmiyyət kəsb edən qan dövranı sürətlənir. Beləcə, bədən istiliyi artır. Yaşlanmanı gecikdirir İlıq su bədəndəki toksinlərin atılmasına yardımçı olur, bir çox xəstəliyin qarşısını alır, dəri sağlamlığını qoruyur. İlıq su içdiyimizdə dəridəki hüceyrələr yenilənir, dəri elastikliyi artır. Detoks təsirini artırmaq üçün bir stəkan suya ½ limon suyu əlavə edin. Yuxuya rahat gedə bilərsiniz Yuxu problemi yaşayırsınızsa, yatmadan əvvəl bir stəkan ilıq su için. İlıq su bədən istiliyini artırır, bədəni rahatladır və sinirləri sakitləşdirir. Qeyd: İsti su ağzınızdakı və udlağınızdakı toxumalara zərər verə biləcəyi üçün hər zaman ilıq su içməlisiniz. Yeməyin yanında soyuq su əvəzinə ilıq su için. Soyuq su içərkən bədən istiliyi yüksəltmək üçün daha çox enerji sərf etməli olur. Bu da həzmi çətinləşdirir. Ancaq idmandan sonra bədən istiliyi çox yüksək olduğu üçün ilıq su içməkdən qaçın.(saglamolun.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2512   Tarix: 05 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300