Xumar Qədimova: "Mən su daşıyıram qırıq səhəngdə" (Foto)

Azərbaycanın populyar müğənnisi və bəstəkarı Xumar Qədimova yaxın günlərdə maraqlı və böyük layihələrlə tamaşaçı qarşısına çıxacaq.
Tweet

Sənətçi pərəstişkarlarını gözləyən yeniliklər haqqında Trend-ə danışıb.

"Əvvəla, onu deyim ki, "Yarım" adlı yeni mahnım artıq Musiqisevərlərin ixtiyarındadır. Sözləri Məhəbbət xanıma, musiqisi mənə məxsusdur. Çox gözəl sözləri var: "Dünyanı görürəm mən iki rəngdə, Musiqi dinlərəm eyni ahəngdə... Mən su daşıyıram qırıq səhəngdə, Gəl, dünya rəngini dəyişsin, yarım". Yəni yoxsan, dünya rəngsizdir. Doğrudan, sevgisiz insan dünyanı rəngsiz görür, hətta ən zəngin musiqi belə monoton, eyni ahəngdə eşidilir. Və ya "mən su daşıyıram qırıq səhəngdə..." Səhəng qızıl da ola bilər, lakin yarsız o qırıq səhəngdir. "Gəl, dünya rəngini dəyişsin, yarım". Burada da sevgini ifadə etmişik. Söhbət bütöv sevgidən, sevməyi bacaranlardan gedir. Əsl sevgini bilən vətənini, ailəsini və bəşəriyyəti sevə bilir. Sevməyi bacaran insanlardan qorxmaq lazım deyil", - Xumar Qədimova deyib.

Müğənninin sözlərinə görə, yalnız musiqiləri ilə tanınmaq və müzakirə olunmaq istəyir. "Sənətə gəldiyim vaxtdan sənətlə ortada olmağı istəmişəm və buna da nail olmuşam. Şəxsi həyata qalsa, həyat tərzimi və məişət hadisələrini mətbuata çıxarsam, onda gərək bütün gün məndən yazıla. Gündəlik həyatımda çox hadisələr baş verir. Belə şeylərlə gündəmə gəlməyi sevmirəm. Gərək elə bir mahnı olsun ki, onunla sözümü deyim, möhür vurum. Populyar mahnı da hər şey demək deyil, qulağa xoş, ürəyəyatan və bir müddət sonra unudulan mahnıları oxusam, rahat ola bilmərəm. Mahnı gərək insanları öz arxasınca aparsın. Həmişə bunu istəmişəm və şükür Allaha ki, nail ola bilmişəm. Hətta sənətimdə fasilələr də olanda ortaya çıxaracağım mahnıya güvənmişəm. Bilmişəm ki, elə bir mahnı çıxaracam ki, o, boşluğu dolduracaq", - Qədimova əlavə etdi.

Xumar görəcəyi işlər barəsində də məlumat verib. "Yeni nəğmələr olacaq. Yanvar ayında sözləri Cəlal Qurbanova, musiqisi mənə məxsus olan böyük bir kompozisiyanı təqdim etməyə hazırlaşıram. Bir neçə sənət adamları mənimlə birlikdə bu layihədə iştirak edəcəklər. Başqa bir sənətkarla nəğməm gözlənilir. İki aydır ki, bu işlə məşğuluq. Bu, böyük, gözəl iş olacaq. Bir də Sona Vəliyevanın sözlərinə sərbəst vəzndə olan yeni bir şeirə musiqi bəstələmişəm. Sərbəst vəznə musiqi bəstələmək asandır. Mahnı vətənpərvərlik nəğməsi olacaq. Mövzusu hər insanın arzusudur.

Reallıqda da inşallah, bu arzuya çatarıq, qələbə əzmli bir musiqi olacaq. Bu mahnını da adını hələlik açıqlamaq istəmədiyim bir sənətçi ilə birlikdə ifa edəcəyik. Klip çəkilişləri gedir, ssenari qurulub, onun ardınca növbəti mahnımın klip çəkilişinə start veriləcək", - müğənni fikirlərini belə tamamlayıb.

Xumar Qədimova: Xumar Qədimova: Xumar Qədimova: Xumar Qədimova: Xumar Qədimova: Xumar Qədimova: Xumar Qədimova: Xumar Qədimova: Xumar Qədimova: Xumar Qədimova: Xumar Qədimova:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9097   Tarix: 28 noyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Moskvadakı yaxınlarım üçün narahat idim"

Müğənnilər Sevil və Sevinc Səfərovalar Moskvada baş verən terror hadisəsi ilə bağlı paylaşım edib. OLAY yazır ki, onlar instaqram hesablarında bu sözləri paylaşıblar:. coskvada yaşananlar hər birimizi çox üzdü. Rəfiqələrim, yaxınlarım üçün narahat idim. Allah hər kəsə kömək olsun"

24.03.2024 447
.

Britninin 12 il öncə geyindiyi geyim hərraca çıxarılır

"Goldin Auctions" hərrac evi pop müğənnisi Britni Spirsin qarderobundan ikonik əşyanı 25 min dollara satmağa çalışacaq. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Page Six" nəşri yazıb. Söhbət uzun kulonlarla bəzədilmiş gümüşü rəngli geyimdən gedir. Müğənninin bu paltarı 2012-c

25.03.2024 435
.

Afra Saraçoğlu və Mert Ramazan Demir birlikdə yaşayacaq

Aktrisa Afra Saraçoğlu və aktyor Mert Ramazan Demir birlikdə yaşamağa qərar veriblər. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Onlar artıq yeni evə köçüblər

26.03.2024 758
.

Mətanət İsgəndərli nəvəsi ilə - Foto

Əməkdar artist Mətanət İsgəndərli adını daşıyan nəvəsi ilə görüntüsünü paylaşıb. Axşam.az xəbər verir ki, müğənni Mətanətlə şəklinə "Gözəl balam Mətişim, səni çox sevirəm. Şirin nəvəm, Mətanətim" sözlərini yazıb. Qeyd edək ki, Mətanət sənətçinin oğlu Kərimin övladıdır. Kərim bir neçə il əvvə

28.03.2024 571
.

"Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin"

Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən həmkarlarına əsəbiləşib. Axşam.az xəbər verir ki, sənətçi bunun üçün açıqlama yayaraq, uzaq məsafəyə çağrılmasına etiraz edib:. "Qonaqlığınızı Mərdəkan, Şüvəlan, Novxanı, Nasosnu kimi yerlərə salmayın. Tıxacla gəlib çıxmaq olmur. İş, güc başlayıb

28.03.2024 689
.

"Dünyaya uşaq gətirmək vacib deyil"

"Sevinirəm ki, Fətulla (qardaşının övladı - red.) ailəni tək idarə edir. Dünyaya uşaq gətirmək vacib deyil". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Zaurla Günaydın" verilişində deyib. Müğənni ailəsindən danışıb:. "Fətulla uşaq idi, çılğın, hər şeydə

26.03.2024 493
.

Xanımı Kadir İnanırın son vəziyyətini açıqladı

"Təbii ki, hələ də yorğundur, zamana ehtiyacı var. Ziyarətimdə məni tanıması, əlimdən tutması kimi müsbət reaksiyaları oyanış prosesinin davam edəcəyinə ümid verdi". "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Kadir İnanırın 23 illik həyat yoldaşı Jülide Kura

28.03.2024 450
.

Röyadan Elnarəyə cavab

Xəbər verdiyimiz kimi, müğənni Elnarə Xəlilova uzun müddətdir qalmaqal yaşadığı Xalq artisti Röya Ayxanla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçinin həmkarının konserti ilə bağlı paylaşımı Röya instaqram hesabında yayımlayıb. O, Elnarəyə "Əcəb edib. Şərh yazıb fikrimi bildirdim. Əcə

10:26 0
.

"Məni də oğlum idarə edir"

Xalq artisti Nisə Qasımovanın qonaq olduğu "Zaurla Günaydın" verilişində maraqlı anlar yaşanıb. OLAY yazır ki, aparıcı Günay Baxşəliyeva sənətçinin dırnaqlarındakı hərflərə diqqət çəkib. Qasımova ailə üzvlərinin adlarının baş hərfləri olduğunu deyib və oğlundan danışıb. "Fətulla oğlum

24.03.2024 446