2012-ci ilin toy tendensiyaları

2012-ci ilin toy tendensiyaları2012-ci il uzaqda deyil, deməli, gələn il toya hazırlaşan qızlar yeni dəbdən xəbərdar olmalıdırlar. ANS PRESS "Aysel" jurnalına istinadla növbəti ilin toy tendensiyalarını təqdim edir.

Rəng palitrası
Bəyaz həmişə toyun təşkilində əsas rəngdir. Amma ağın başqa rənglərlə sintezi son iki ildir ki, çox populyardır. İsti rənglər həm gəlinlik paltarında, həm də müxtəlif aksesuar və bəzək əşyalarında istifadə olunacaq. Ağla çəhrayının, şaftalı, yaşıl, həmçinin bənövşəyi, göy, qəhvəyi və hətta qara rəngin uyğunluğu çox aktual olacaq.

Şarlar
Toyların bəzədilməsində istifadə olunan adi şarların əvəzinə, 2012-ci ildə Çin fənərləri dəbdə olacaq. Bu fənərlər vasitəsilə sirli və romantik atmosfer yaratmaq olar.

Bəzək əşyaları
2012-ci ildə toy məclisi üçün hazırlanan bəzək əşyaları gəlin paltarı və gül dəstəsi ilə eyni stildə olmalıdır.Toy əşyalarının rəng qamması dəbdəbəli ağ rənglə yanaşı, yaşıl, narıncı, fuksiya, boz və qızılı, eyni zamanda qəhvəyi, bənövşəyi, göy və qara rənglə sintezdə ola bilər. Belə qeyri-adi çalarlar toy məclisinə fərqli görünüş qatacaq, həmçinin siz müəyyən rəngdə bəzədilmiş masalarda qonaqların müxtəlif qrupunu qeyd edə bilərsiniz.

Masalar
Yeni ildə toy banketinin hazırlanmasında İsveç masası növü üstünlük təşkil edəcək. Təqdim olunacaq içki və yeməklər üçün ayrıca masalar hazırlamaq olar. Məsələn, yapon mətbəxi guşəsi, şirniyyat və ya şokolad sevənlər üçün xüsusi guşə və s.

Tort
Dəbdə müxtəlif arxitektura tikililərini xatırladan çoxmərtəbəli və zərif gül ləçəklərilə bəzədilmiş toy tortları olacaq. Bundan başqa, bütöv yox, kiçik pirojna və kekslərdən hazırlanan, krem və atlaz lentlərlə bəzədilən tortlar da aktual olacaq.

Bal ayı
Bal ayının keçirilməsi üçün ən dəbli yerlər Bali, Marokko, Yaponiya və Nepaldır. Bu ölkələrdə həm romantik ab-hava tapacaq, həm də ömür boyu unutmayacağınız macəralar yaşayacaqsınız.

Gəlinlik paltarı
2012-ci ildə Viktorian dövrü bir sıra məşhur dizaynerlərin ilham pərisi olub. Büst, korset, hündür yaxalıq, həcmli yubkalar və krujeva XIX-XX əsrlərdə populyar olsa da, gələn il toy paltarı dizaynında əsas tendensiya olacaq. Eyni zamanda iki toy paltarı tendensiyası daha çox populyardır - onlardan biri (daha dəbdəbəli və gözəgəlimli) təntənəli nikah mərasiminə, eleqant və müasir olan digər paltar isə toya geyinilir. Əsasən bu, səyyar toylar üçün əlverişlidir, yəni mərasimdən sonra gəlinlə bəy harasa yollanır - təbiətə, diskotekaya və s.

Saçdüzümü və makiyaj
2012-ci ildə açıq buraxılmış təbii saçdüzümləri dəbdə olacaq, amma hündür romantik düzümlər də aktuallığını itirməyəcək. Fata yavaş-yavaş ikinci plana keçir, əsas diqqət müxtəlif tac, svarovski qaşlı sancaqla bəzədilmiş saçların gözəlliyinə yönəldilir. Makiyajda da təbii eleqantlıq vurğulanmalıdır. Buna isə zərif pastel çalarları ilə nail olmaq mümkündür. Əlvan rəngli pomadadan istifadəyə yol verilir, o zaman ki, gəlinlikdə də bu çalarda nə isə olsun.

Gəlinlik buketi
Dizaynda olduğu kimi, buketin tərtibatında da Viktorian əsrinə istinad olunacaq. Gəlin buketi uzun qulplu dairəvi formada və romantik üslubda olacaq. Zərif güllər mirvari, atlaz lentlər və krujevalarla bəzədiləcək. Dizaynerlər yeni ildə təbii güllərdən deyil, incə parçalardan (ipək, atlaz) hazırlanmış güllərdən istifadəni təklif edirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7729   Tarix: 27 oktyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001