Sərnişindaşımada qiymətlərlə bağlı Tarif Şurasına müraciət ediləcək

Sərnişindaşımada qiymətlərlə bağlı Tarif Şurasına müraciət ediləcəkBakı Nəqliyyat Agentliyi paytaxtda şəxsi avtomobili ilə taxsi xidməti göstərən avtomobillərdə taksometrlərin quraşdırılması ilə bağlı qiymətlərin tənzimlənməsi üçün Tarif Şurasına müraciət edəcək.

BiG.AZ xəbər verir ki, bu barədə movqe.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib. N. Allahyarova bildirib ki, fərdi qaydada taksi xidməti göstərən sürücülər bəzən əsassız olaraq sərnişini gediş haqqı üçün yüksək məbləğ ödəməyə məcbur edirlər: "Taksi xidməti göstərən şirkətlər məsafəyə uyğun qiymət müəyyənləşdirib. Taksi sifarişi verən müştəri sifariş zamanı mənzil başına çatarkən ondan nə qədər məbləğ tələb olunacağını bilir. Amma fərdi qaydada taksi xidməti göstərən sürücülər yağışlı hava şəraitini, tıxacı bəhanə edib qiyməti süni artıraraq sərnişindən əlavə məbləğ tələb edir, adi günlərə nisbətən qiyməti iki dəfə bahalaşdırırlar. BNA fərdi şəkildə taksi xidməti göstərən sürücülərin fərqlənmə nişanı almasını təmin etdikdən sonra, taksilərə taksometr quraşdırılması ilə bağlı işlərə başlayacaq.

Bu işlər yekunlaşdırıldıqdan sonra, biz məsafəyə görə qiymətlərin müəyyən edilməsi üçün təkliflər hazırlayaraq Tarif Şurasına göndərəcəyik. Fərdi taski xidməti göstərən sürüclər taksometr əsasında, Tarif Şurasının müəyyən edəcəyi qiymətlə sərnişindaşıma ilə məşğul olacaqlar. Buna fərqlənmə nişanı alması prosesini tam yekunlaşdıqdan sonra, başlamağı nəzərdə tutmuşuq. Hələki hədəfimiz fərdi şəkildə taksi xidməti göstərən sürücülərin fərqlənmə nişanı almasını təmin etməkdir. Artıq bu istiqamətdə görülən işlərin ilk ayına yekun vurmaq üzrəyik. İndiyədək üç minə yaxın fərdi taksi sürücüsü taksi lisenziya alıb. Fərdi qaydada taxsi xidməti göstərən sürücülərin fərqlənmə nişanı almasını iki ay ərzində yekunlaşdırmağı nəzərdə tutmuşuq. Hazırda paytaxt ərazisində fərdi qaydada taksi xidməti göstərənlərin sayı 15 mindir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 893   Tarix: 26 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589