Barmaq dolamasından necə xilas olmalı

Barmaq dolamasından necə xilas olmalıDırnaq dibindəki iltihablaşma bir-neçə həftə ərzində sağallmasa, iltihablaşma artır və həkim iltihabı cərrahi yolla sağaltmağa məcbur olur. Bu bəzi hallarda dırnaq dibinin dərindən kəsilməsinə, hətta dırnağın çıxarılmasına səbəb ola bilir. İnsanların bir qismində dolama xəstəliyi ağırlaşma verməsə də diabet xəstələri üçün bu ağır patologiyalara səbəb ola bilər.

BiG.AZ immunitet.az-a istinadən bildirir ki, barmaq dolamasından təbii vasitələrlə xilas olmaq üçün sizə bir-neçə məsləhət görürük:
1. Bir stəkan soyuq suyun içərisinə 1 xörək qaşığı əməköməci qatıb, 12 saat saxlanılır. Sonra su isidilir, barmaq suyun içərisində 20 dəqiqə vanna edilir.
2. Bir ədəd təzə çiy yumurta dərin qaba tökülür, xəstə barmaqla həmin yumurta 20 dəqiqə yavaş-yavaş qarışdırılır. Bu proses dolama yetişib irin axana qədər, gündə bir-neçə dəfə təkrar edilir.
3. İki ovuc dolusu aynısəfa çiçəyi 0,5 kq marqarinlə zəif odun üstündə qarışdırılır. Yağ tamam əridikdən sonra odun üstündən götürülür və bir-neçə gün sərin yerdə saxlanılır. Sonra zəif isidilib tənzifdən süzülür. Tənzifdə qalan qarışım təmiz qaba yığılır və dolama xəstəliyi zamanı iltihabın üzərinə qoyulur. Bu proses iltihab axıb tökülənə qədər davam etdirilir.
4. Bir stəkan soyuq suyun içərisinə qatırquyruğu qatılır və bir gecə saxladıqdan sonra isidilib dolama olan barmaq 20 dəqiqə vanna edilir.
5. Kiçik bir qabın içərisinə sirkə tökülüb üzərinə üyüdülmış kətan toxumu əlavə edilir və qarışdırılır. Bu qarışım bişmiş kraxmal şəklini aldıqda, dolama olan barmağa sürtülür və tənziflə bağlanır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2380   Tarix: 25 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695