Mobil telefonlarda daşınan nömrələr xidmətinin tətbiqi nəyi dəyişəcək?

Mobil telefonlarda daşınan nömrələr xidmətinin tətbiqi nəyi dəyişəcək?Azərbaycanın mobil abunəçiləri üçün daha bir yeni xidmət təklif oluna bilər. Belə ki, abunəçilər nömrələrin köçürülməsi xidmətindən yararlana biləcəklər. Həmin xidmətin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər.

Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətinin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes partnyorları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, bu xidmətin tətbiqi ilə bazanın formalaşdırılması üçün müvafiq işlər görülüb. Qaydalarda bu xidmətin tətbiq edildiyi ölkələrin təcrübəsi əksini tapıb.

Azərbaycanda mobil rabitə nömrələrinin daşınması sisteminin ilin sonunadək tətbiq olunacağı gözlənilir. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov isə mətbuata açıqlamasında mobil rabitə nömrələrinin daşınması sisteminin tətbiqi üçün ölkədə bununla bağlı hüquqi bazanın da olmalı olduğunu vurğulayıb. "Nömrələrin daşınması ilə bağlı qaydalar layihəsi artıq hazırlanıb və dəfələrlə ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları ilə müzakirə olunub, onların rəy və təklifləri nəzərə alınıb", - deyə İltimas Məmmədov qeyd edib. Nazir müavini həmçinin qeyd edib ki, hüquqi baza yaradılandan sonra daşınan mobil rabitə nömrələrinin ölkədə tətbiqinə başlanılacaq: "Hesab edirəm ki, cari ilin sonunadək bu işlər tam başa çatırılacaq və daşınan nömrələrdən istifadə etmək mümkün olacaq".

Qeyd edək ki, bu xidmət Azərbaycan üçün əslində tam yeni deyil. Belə ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) öz müştərilərinə bu xidməti artıq təklif edir. Birliyin baş direktor müavini Xankişi Kişiyevin ANS PRESS-ə veridiyi məlumata görə, bu xidmətin tətbiqi abunəçilərin işini asanlaşdıraraq onlara komfort şərait yaradacaq.

Ölkədə daşınan nömrələr xidmətinin tətbiq edilməsi ilə bağlı mobil operatorların da mövqeyini öyrənməyə çalışdıq. "Bakcell"in Korporativ Kommunikasiya Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, şirkət mobil nömrələrin daşınması zərurətini anlayır və onun mümkün qədər qısa müddətdə bazarda tətbiq edilməsini görmək arzusundadır. "Bakcell"dən verilən məlumata görə, nömrələrin daşınması xidmətinin tətbiqi bazarda rəqabəti artıracaq və operatorları öz mövcud abunəçi bazasını saxlamaq və yeni müştərilər cəlb etmək üçün daha innovativ, cəlbedici və çeşidli xidmətlər göstərməyə sövq edəcək. Şirkətdən verilən digər məlumatda isə deyilir: "Operatorlar tərəfindən abunəçilərin istifadəsində olan mobil nömrələrin daşınması üçün Azərbaycan Respublikası Rabitə və İnformasiya Nazirliyinin müəyyən etdiyi hüquqi-tənzimləyici sənəd "Sellülar (mobil) nömrə daşınması qaydası" mövcuddur. Nömrə daşınması həyata keçirilərkən operatorlararası məlumatlar mübadiləsində istifadə edilən, həmçinin daşınmış və ya daşınması tələb olunan nömrələrə dair mərkəzi məlumat bazasının olması zəruridir. Mərkəzi baza sisteminin qurulması və idarə edilməsi ilə bağlı şərtlər Nazirlik tərəfindən müəyyən olunur və mobil operatorlarla razılaşdırılır. Bu prosesdə "Bakcell şirkəti" Nazirliklə sıx əməkdaşlıq etməyə və lazım olan bütün tədbirləri yerinə yetirməyə hazırdır".

"Azercell" şirkətinin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadənin ANS PRESS-ə verdiyi məlumata görə, hazırda daşınan nömrələr xidmətinin tətbiqi ilə bağlı şirkətdə müzakirələr aparılır və müxtəlif qaydaların tətbiq olunacağı gözlənilir. "Azercell Telekom" MMC şirkəti yalnız bundan sonra məsələ ilə bağlı bütün suallara aydınlıq gətirərək hər hansı sualı cavablandıra biləcək.

"Azerfon" şirkətindən ANS PRESS-ə verilən məlumata görə, bu xidmətdən istifadə etmək üçün abunəçi hansı operatora keçmək istəyirsə, həmin operatorun xidmət mərkəzinə yaxınlaşır, yazılı müraciət edir. Həmin operator bu abunəçinin müraciəti əsasında abunəçini öz sisteminə daxil etmək üçün həmin abunəçinin həmin an istifadə etdiyi operatorla əlaqə saxlayı, və bir neçə gün müddətində həmin abunəçinin nömrə üzrə xidməti vahid məlumat bazası vasitəsilə müraciət edilən operatora ötürülür. Bu proses 3-4 gündən 7-10 günədək uzana bilər. "Azərfon" şirkəti isə bu müddətin 5 günədək olmasını daha məqsədəuyğun olmasını hesab edir.

Şirkətdən bildirildi ki, Azərbaycanda bu prosesin necə təşkil olunacağını Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi özü elan edəcək. Nömrə daşınması sisteminə keçid üçün müvafiq normativ baza və qaydalar hazır olandan sonra bir neçə ay müddətində operatorlar tərəfindən tənzimləmə işləri aparılması gözlənilir. Yəni, müvafiq qaydalar müəyyənləşən kimi ən geci 6 ay müddətində "Azerfon" buna tam hazır olacaq.

"Azerfon" şirkətindən verilən digər məlumata görə, şirkət nömrə daşınması xidmətini tam dəstəkləyir və bunun ən tez bir zamanda həyata keçirilməsinin tərəfdarıdır. "Azerfon" RİTN-in bu mövzuda təşkil etdiyi bütün müzakirə və görüşlərdə iştirak edib. Bundan başqa "Azerfon"dan verilən digər məlumatda deyilir: "Bu xidmətin tətbiqi ilk növbədə abunəçilərin marağındadır. Nömrə daşınması xidməti tətbiq edildikdən sonra abunəçilər 3 və daha çox sim nömrə almaq, bir neçə telefon gəzdirməyə ehtiyac görməyəcək. Bu ilk növədə abunəçilərin rahatlığını təmin edəcək. Operatorlar üçün isə daha böyük rəqabət deməkdir. Operatorlar çalışacaq ki, həm qiymət, həm də xidmət keyfiyyətini elə artırsınlar ki, abunəçilər maksimum dərəcədə istifadə etdikləri operatordan razı qalsın. Bu yenilik, sadəcə MNP ilə port edən müştərilərə deyil, eyni zamanda eyni operatorda qalmaq istəyən abunəçilərə tarif, promosyon, özəlliklər ve daha keyfiyyətli servis əldə etmələri üçün stimul olacaq".

Qeyd edək ki, Azərbaycanda daşınan nömrələr xidmətinin hələ yeni tətbiq olunacağı gözlənilsə də bu praktika qonşu ölkələrdə həyata keçirilir. Belə ki, qardaş ölkə Türkiyədə bu xidmət 2009-cu ilin sentyabrın 10-dan tətbiq olunur. Xidmətlə bağlı Türkiyədə İnformasiya Texnologiyaları və Rabitə qurumu əsasında Nömrə Daşınabirliyi Sistemi 2008-ci ilin noyabrın 9-dan etibarən fəaliyyət göstərir.

Ukraynada isə Ali Rada bu ilin iyul 1-dən mobil fərdi nömrənin operatoru dəyişəcəyi halda saxlamaq imkanı verən xüsusi qanun layihəsi qəbul edib. Layihə Ali Radanın 329 deputatı lehinə, 226 deputatı əleyhinə olmaqla qəbul edilib. Qəbul edilmiş qanun layihəsinə əsasən abonentlər öz fərdi nömrələrini bir dəfə qeydiyyatdan keçirərək istədikləri mobil operatorun tariflərindən yararlanmaq imkanı əldə edəcəklər.

Şimal qonşumuz Rusiya daşınan nömrələr xidmətinin tətbiqinə hələ hazır deyil. Rusiyanın rabitə nazirinin müavini Naum Marderin sözlərinə görə, bu xidmətin Rusiyada tətbiqi yalnız 3-4 ildən sonra mümkün olacaq. "Biz bu məsələ ilə bağlı bir neçə elmi-texniki toplantı keçirmişik. Bu xidmətin tətbiqində maraqlıyıq. Ancaq bizim ərazi ilə bağlı bir neçə problemimiz var", - deyə Naum Marder bildirib.

Göründüyü kimi bizə yaxın olan bəzi ölkələrdə daşınan nömrələr xidməti artıq tətbiq edilir. Bu xidmətin abunəçilərə nə dərəcədə kömək olacağı xidmətin ölkəmizdə tətbinə başlanıldıqdan sonra məlum olacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 7393   Tarix: 27 sentyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Heç vaxt bəxti gətirməyən qadın 1 milyon dollar uddu

ABŞ-da Miçiqan lotereyasının Lotto 47 tirajlarının daimi iştirakçısı 1,1 milyon dollar udub. xarici mediaya istinadla bildirir ki, 65 yaşlı qalib lotereya başladığı vaxtdan bəri heç bir tirajı qaçırmayıb. O, onilliklər ərzində həftədə iki dəfə Lotto 47 biletləri alıb və uzun illər uğursuzluqlardan sonr

09.04.2026 497
.

"Oğlum onun qurbanlarından biri olub" - Həbs edilən sahibkarın atası

Ötən ilin 21 noyabrında Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğına görə həbs edilən Bəhruz Paşayevin atası istintaqın gedişatından narahatdır. "Qafqazinfo"ya müraciət edən Sabir Paşayev baş vermiş yanğına görə "İvolt" MMC-nin rəhbərinin məsuliyyət daşıdığını deyib

16:39 0
.

İsrailin şimalında raket qəlpələri nəticəsində binaya ziyan dəyib

Cümə səhəri Hizbullah terror təşkilatının Qalileyaya atdığı raket atəşi nəticəsində İsrailin şimalındakı bir binaya raket qəlpəsi ziyan vurub. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, bir nəfər narahatlıqla əlaqəli simptomlardan əziyyət çəkir, lakin hadisə nəticəsində başqa xəsarət alanla

10:26 196
.

Macarıstan NATO-dan çıxır?

Macarıstan hökuməti ABŞ-nin NATO-dan çıxacağı təqdirdə ölkənin belə bir addım atacağı ehtimalını nəzərdən keçirdiyinə dair iddiaları təkzib edib. xəbər verir ki, bu barədə baş nazirin dəftərxanasının rəhbəri Gergey Quyaş məlumat yayıb. O qeyd edib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin 7-8 apre

09.04.2026 459
.

Azərbaycanda 5G texnologiyası üçün tezlik zolaqları müəyyənləşdiriləcək

Azərbaycanda 5G texnologiyasının tətbiqi ilə bağlı Lisenziya Müqaviləsinə müvafiq əlavələr hazırlanacaq. "APA-Economics"in əldə etdiyi məlumata görə, ölkədə 5G texnologiyası üçün tezlik zolaqları müəyyənləşdiriləcək. Eyni zamanda bu zolaqların digər xidmətlərdən boşaldılması və operatorlar

09.04.2026 483
.

İmtahan nəticələri nə vaxt açıqlanacaq?

Martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarının nəticələri aprelin 25-dən sonra açıqlanacaq. "Report"a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Qeyd edək ki, həmi

12:28 251
.

"WhatsApp" mesajlarımız oxunur? - Durovdan iddia

"WhatsApp" istifadəçilərin mesajlarını üçüncü tərəflərə ötürür". "Qafqazinfo" xəbər verir ki, bu iddianı "Telegram"ın təsisçisi Pavel Durov öz messencerindəki şəxsi kanalında paylaşıb. O, "WhatsApp"ın şifrələməsini "tarixdə istehlakçıların ən böyük aldadılmas

12:10 245
.

İsrail ordusu Hizbullah terror təşkilatının İsrailin şimalındakı Karmiel şəhərinə atdığı raketləri ələ keçirib

Hizbullah terror təşkilatı bir müddət əvvəl şimaldakı Karmiel şəhərinə beş raket atıb. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, hər beş təyyarə hava hücumundan müdafiə qüvvələri tərəfindən ələ keçirilib. Deyr əl-Əsəd yaxınlığındakı bir məktəbi

16:09 89
.

"Hizbullah" lideri Naim Qasım da ÖLDÜRÜLDÜ

"Hizbullah" lideri öldürülüb. "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Livanda "Hizbullah" lideri Molla Naim Qasım İsrailin hava hücumunda məhv edilib

09.04.2026 415
.

TOP MP3