Günəş qoruyucu krem çəkərkən bunlara ƏMƏL EDİN

Günəş qoruyucu krem çəkərkən bunlara ƏMƏL EDİNYayda dəriyə xüsusi diqqət və qulluq göstərmək lazımdır. Dəri yaşlanması, ləkələr və dəri xərçəngi təəssüf ki, yayda edilən səhvlərdən qaynaqlanır. Dəniz, hovuz, qum və günəş şüalarından yararlanırsınız. Lakin bunlar həm də dərinin tarazlığını pozur. Günəşin zərərli ultrabənövşəyi şüalarından qorunaraq günəşdən düzgün formada faydalanmaq əhəmiyyətlidir. Bəs günəşdən qorunarkən hansı səhvləri edirik? Türkiyəli dermatoloq Funda Güner günəş qoruyucu krem ​​istifadəsi zamanı ən çox etdiyimiz səhvlərdən danışıb.

BiG.AZ lent.az-a istinadən onları təqdim edir.

Günəşdən qoruyucu vasitələr fiziki, kimyəvi və ikisinin də tərkibi olmaqla üç tipə ayrılır. Fiziki qoruyucular dəridə baryer meydana gətirirlər. Günəşdə çox qalmaq məcburiyyətində olduqda allergik və ya həssas dərisi olanlar, uşaqlar və hamilələr istifadə edə bilərlər. Akne problem olanlar su əsaslı günəş qoruyucu məhsullardan istifadə etməlidirər: "Yağlı məhsullar məsamələri tıxayır, yeni sızanaqların meydana gəlməsinə zəmin yaradır. Quru dərisi olanlar dərini nəmləndirməsi üçün krem ​​formalı vasitəyə üstünlük verməlidirlər. Ləkələri olanlar örtmə xüsusiyyəti olan və bədən rəngində SPF 50 tonal kremi kimi dermo kosmetik xüsusi məhsulları seçə bilərlər. Dəniz və hovuzda uzun müddət vaxt keçirənlər, açıq havada idman edənlər və tərləməyə meylli insanlar suya davamlı (Waterproof) xüsusiyyəti olan qoruyucu istifadə etməlidilər. Çünki bu məhsullar suda qalanda və ya islandıqda qoruyucu təsirini 40-80 dəqiqə saxlaya bilirlər".

SPF 30 tərkibli qoruma məhsulu şüaların 97 faizini blok edir. SPF 50 isə 98 faizinə maneə törədir. Bu səbəbdən də 50 faktordan yuxarı olan günəş qoruyuculara üstünlük vermək şərt deyil, çünki qorunma müddətini uzatmır: " Günəşdən qorunmaq istəyərkən ən çox edilən səhvlərdən biri də günəş kreminin çimərlikdə sürtülməsidir. Kremin dəri tərəfindən əmilib qoruyucu xüsusiyyətinə başlaması üçün təxminən 30 dəqiqə lazımdır. Bu səbəbdən də ən ideal variant kremi çölə çıxmazdan 20-30 dəqiqə əvvəl, mümkünsə ayna qarşısında və geyinmədən öncə sürtməkdir. Üz və bədən üçün krem ​​və ya losyon formasını seçin".

Günəş şüalarının ultrabənövşəyi A dalğaları pəncərə, pərdə və avtomobil şüşəsindən də keçir. Bu səbəbdən də dərinin yaşlanmasıyla əlaqədar dəri xərçəngi inkişafı baxımından daxili mühitlərdə də təsirlənə bilərsiniz. Daxili mühitlərdə SPF-i 15 olan məhsul istifadə edə bilərsiniz. Bundan başqa, məhsulun ultrabənövşəyi şüalardan qoruma özəlliyi olmasına da diqqət edin. Evdə tərləmədiyiniz və suya girmədiyiniz üçün 8 saata qədər qoruyan məhsullar də istifadə edə bilərsiniz: "Çətir altında olsaq da, şüalar çimərlikdə qumlardan, həmçinin dəniz və hovuz kənarında da sudan əks olunaraq bizə çatır və şüaların 34 faizinə məruz qalırıq. Bağlı havada günəşi görməsək də, zərərli ultrabənövşəyi şüalarının 80 faizi buludlardan süzülür və dərimizə təsir edir. Səhərlər çəkilən günəş qoruyucunun gün boyu təsirinin davam etdiyini düşünmək səhvdir. Günəş qoruyucuları ultrabənövşəyi şüaların sıx olduğu vaxtlarda - saat 10.00-16.00 arasında 2 saatdan bir çəkmək lazımdır. Bundan başqa, hovuza və ya dənizə girməyi gözləməyib vurmaq məsləhətdir".

Dodaqlarınızı unutmayın

Bədənimizdəki digər bölgələr kimi, dodaq və göz ətrafı də ultrabənövşəyi şüalardan təsirlənir. Dodaqlarda dəri kimi tündləşərək özünü qoruma xüsusiyyəti yoxdur və sürtülən kremlər SPF-li dodaq kremi deyilsə, çox tez təsirini itirir: "Dodaq bölgəsi daha müdafiəsiz olduğu üçün məhsulların dəriyə nisbətən daha tez-tez çəkilməsi lazımdır. Göz ətrafı isə olduqca həssas bir toxuma olduğundan bu sahədə xüsusi "stick" tərzli məhsullarla qorunmaq tələb edir. Əks təqdirdə krem ​​buxarlanaraq təsirini itirir və ya tərlə birlikdə gözdə yanma, yaşarma və ya göz ətrafında dəridə həssaslıq meydana gətirə bilər".

Saçlarınız açıqdırsa, sprey tərzində şəffaf bir günəş qoruyucu istifadə etmək uyğun olar. Bu məhsullar narahatedici krem ​​təbəqəsi və yağlanma yaratmır. Qırışlara qarşı əllərə də günəş qoruyucu sürtmək məsləhətdir: "Üz üçün istifadə edilən günəş qoruyucu məhsulların yağ nisbəti akneyə səbəb olmayacaq səviyyədə olmalıdır. Çivzə və ya allergiyaya meylli dəriniz varsa, bədən məhsullarını üzünüzə istifadə edə bilərsiniz. Çünki spirt ehtiva edən qoruyucular üz dərisini qurudur və zədələnməyə səbəb olur. Buna görə dəriniz qurudursa, krem, yağlıdırsa, losyon tərzində və su əsaslı günəş qoruyucuları seçin".

Kremin də ömrü var

Günəş qoruyucu məhsulların paketi açılmayıbsa, 3 il ərzində istifadə edilməlidir. Uyğun şərtlərdə saxladığınız krem ​​və ya losyonları açdıqda isə ən gec sonrakı il istifadə etməlisiniz. İstilikdə təsirləri azalacağı üçün məhsulları avtomobildə və ya günəş altında olan çimərlik çantasında saxlamayın: "Günəş altında edilən səhvlərdən biri də dəri bürüncləşdikdən sonra məhsuldan istifadə etməməkdir. Bir başqa əhəmiyyətli səhv də tünd bədən rəngi olanların krem ​​sürtməməsidir. Tünd bədənli insanlarda dəri xərçəngi daha az müşahidə edilsə də, yenə də qoruyucu məhsullar çəkilməlidir. Çünki tünd bədən günəş yanığının qarşısını almır və xroniki olaraq şüaların təsiri dərini köhnəldir və yaşlanma müddətini sürətləndirir".

Papaq və eynəyi unutmayın

Dəri yaşlanması və dəri xərçəngində bütün il boyu və gündüz saatlarında davamlı məruz qaldığınız ultrabənövşəyi A şüasının payı daha çox olur. Ultrabənövşəyi B şüası isə dəriyə yay dövründə və xüsusilə də 10.00-16.00 saatları arasında təsir edir. Günəş qoruyuculardakı SPF nisbəti ultrabənövşəyi B şüasına "himayədarlıq" edir. Bu səbəbdən də kremin üzərində UVA qoruyuculuğu olub-olmamasına baxmaq lazımdır. Heç bir günəş qoruyucu ultrabənövşəyi şüaların bütün dalğa boylarını blok edərək, yüz faiz qoruma təmin etmir. Bu səbəbdə də günəşli günlərdə qoruyucu geyimlər, şpapaq və eynək, pəncərə qoruyucuları kimi əlavə vasitələr çox əhəmiyyətlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 5427   Tarix: 21 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827