1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub - FOTOLAR
Binəqədi rayonunda 298 saylı körpələr evi-uşaq bağçasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı "Uşaqların nağıl dünyası" adlı tədbir keçirilib.
BiG.AZ bildirir ki, Binəqədi Rayon İcra Hakimiyyətindən trend-ə verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Binəqədi rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrinin və "Dilbərim" rəqs qrupunun kollektivləri iştirak ediblər.
Öncə tədbiri 298 saylı bağçanın balaca fidanları açaraq onlara məxsus olan özəl günü açıq elan ediblər və tədbir "Sülh göyərçinləri" adlı kompozisiya ilə start götürüb.
Sonra qonaqları salamlayan 298 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Əhmədova tədbirin proqramı haqqında məlumat verib.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini V.İsmayılov uşaqları təbrik edərək vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir. Natiq çıxışında bildirib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.
Çıxışlardan sonra Rayon İcra Hakimiyyəti başçısının təşəkkür məktubu oxunub və il ərzində rayonun bütün tədbirlərində, layihələrində aktiv iştraklarına görə 272, 298 saylı körpələr evi-uşaq bağçalarına və "Dilbərim" rəqs qrupuna Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından təşəkkür məktubları təqdim edilib.
Sonra 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı hazırlamış "Uşaqların nağıl dünyası" adlı tədbirin nağıl əsasında qurulmuş ssenarisi uşaqların maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirilib. Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.
Sonda sülhün rəmzi sayılan göyərçinlər səmaya uçurularaq "Uşaqların nağıl dünyası" adlı tədbir Rayon İcra Hakimiyyəti tərəfindən uşaqlara hədiyyə edilən tortun kəsilməsi ilə yekunlaşıb.





BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3182 Tarix: 01 iyun 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşErmənistandan etiraf: Rusiya məhdudiyyətləri iqtisadiyyata təsir edir
Rusiyanın bəzi Ermənistan mallarının idxalına tətbiq etdiyi məhdudiyyətlər Ermənistanın ümumi daxili məhsulunun (ÜDM) təxminən 1,5-2 faizini təşkil edən məhsullara təsir edir. xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Bankının Pul Siyasəti Departamentinin rəhbəri Vazgen Poqosyan tənzimləyici qurumu
11:59 115 Zelenski Moskvada danışıqlar aparmaq təklifini rədd etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Moskvada danışıqlar aparmaq təklifini rədd edib. xarici mediaya istinadən xəbər verir ki, siyasətçi G7 sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşdən sonra diplomatik danışıqlara ev sahibliyi etmək üçün alternativ variantlar təklif edib. Qey
11:05 142 Mikayıl Cabbarov: "Uzunmüddətli investisiya etimad və inam üzərində qurulur"
"Azərbaycanın sabit iqtisadi mühiti investor etimadını gücləndirir. Uzunmüddətli investisiya etimad və inam üzərində qurulur". xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində təşkil olunan "Azərbaycanı
16.06.2026 214 Cavid Hüseynova "Araz-Naxçıvan"da yüksək vəzifə verildi
"Araz-Naxçıvan" PFK baş məşqçi vəzifəsinə təyinat həyata keçirib. xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, komandanın yeni baş məşqçisi vəzifəsinə Cavid Hüseynov təyin olunub. Tərəflər arasında bir illik müqavilə imzalanıb. Futbolçu karyerası ərzində "Turan", MOİK
16.06.2026 233 İbrahim Tatlısesin səhhəti ilə bağlı SON VƏZİYYƏT açıqlanıb
Türkiyəli məşhur sənətçi İbrahim Tatlıses son günlər səhhətində yaranan problemlə əlaqədar həkim nəzarətinə götürülüb. Türkiyə mediasının yaydığı məlumata görə, müğənninin ümumi vəziyyəti stabildir və müalicəsi davam edir. Tatlısesi ziyarət edən yaxınları və sənət dostları onun özünü əvvəlkindən dah
16.06.2026 344 Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır
Rusiya-Gürcüstan sərhədində yerləşən "Yuxarı Lars" sərhəd-keçid məntəqəsində artıq təxminən 20 gündür mürəkkəb vəziyyət davam edir və nəticədə Ermənistana gedən yük maşınlarının kilometrlərlə uzanan növbəsi yaranıb. xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb
10:45 137 Tramp Putinin qələbəsinə inanmır - "Rusiya razılığa gəlməlidir, bütün bunlar gülüncdür"
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibəyə baxışını dəyişib. "AzPolitika" xəbər verir ki, "Bloomberg"in G7 Sammitinə dair yazısında belə deyilir. Nəşr bildirir ki, artıq həm Trampın yaxın ətrafında, həm də G7 ölkələri liderləri arasında Rusiyanın döyüş meydanında qələbə qazan
11:00 123 Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Avtomobil bazarında son vəziyyət AÇIQLANDI
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) may ayı üzrə hesabatına görə, ölkənin avtomobil bazarında qiymət artımının tempi zəifləyib və bazar daha sabit mərhələyə keçib. Palatadan -a verilən məlumata görə, Azərbaycan avtomobil bazarında qiymət artımının tempi zəifləyib və bazar sabitləşmə mərhələsin
16.06.2026 254 "Real Madrid" Rüdigerlə bağlı qərarını açıqladı
İspaniyanın "Real Madrid" klubu almaniyalı müdafiəçi Antonio Rüdiger ilə müqaviləni uzadıb. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Oyunçu ilə yeni müqavilənin müddəti gələn ilin iyuluna qədərdir. Qeyd edək ki, 33 yaşı təcrübəli futbolçu 2022-ci ilin iyul ayından bər
16.06.2026 233