Siqaret haqda daha bir təhlükəli fakt

Siqaret haqda daha bir təhlükəli faktTütün çəkənlərdə vərəmin gizli formasının yaranma ehtimalı tütün çəkməyənlərə nisbətən 3 dəfə çoxdur. Xəstəliyə yoluxma riski isə tütün çəkmənin müddətindən və miqdarından da asılıdır.

BiG.AZ xəbər verir ki, bunu həkim Süleyman Quliyev deyib. Onun sözlərinə görə, tütün çəkmə vərəmin gizli formasının aktiv formaya keçməsini tütün çəkməyənlərlə müqayisədə 2-3 dəfə, vərəmli xəstələr arasında ölüm riskini isə 6 dəfəyədək artırır. Hətta vərəm xəstəliyindən sağalan və tütün çəkən insanlarda vərəmin aktiv formasının təkrar yaranma riski 3 dəfə yüksəkdir.

Həkim bildirib ki, həm aktiv, həm də passiv tütün çəkmə nəinki vərəmin inkişafına şərait yaradır, həm də vərəmli xəstələrin müalicəsini çətinləşdirir, vərəmin təkrar əmələ gəlməsi riskini artırır, eləcə də vərəm xəstəliyinin gedişatını ağırlaşdırır.

Vərəmin xəstə insandan sağlam insana hava-damcı yolu ilə keçdiyini deyən həkimin sözlərinə görə, ətrafa yayılan ikinci tütün tüstüsünün təsirinə məruz qalma uşaqlar və böyüklər arasında vərəmə yoluxma riskini və aktiv vərəm formasının inkişaf riskini yüksəldir. Mənzildə siqaret çəkən vərəmli insanlar öz sağlamlıqlarını təhlükə altına qoymaqdan əlavə, ailələrini də vərəmə yoluxma riskinə məruz qoyurlar. Ona görə də mənzilin tütün tüstüsündən azad olması vacibdir.

Vərəmlə xəstələnmə riskini azaltmaq üçün tütün çəkmədən imtinanı zəruri sayan S.Quliyevin sözlərinə görə, tütün çəkmədən imtina etmək vərəmin aktiv formasının yaranmasından qorunmaq üçün ən yaxşı üsullardan biridir. Tütün çəkməni tərgitmək nəinki vərəm xəstəliyinin yaranma riskini azaldır, həm də vərəmin gizli formasının müalicəsinə kömək edir: "Tütün çəkmə insanın immun sistemini zəiflədir. Buna görə də tütün çəkənlərin orqanizmi vərəm infeksiyası ilə mübarizə apara bilmir. Tütün çəkmə ağciyərləri də zədələyir və tütün çəkənləri vərəm infeksiyasına qarşı daha həssas edir. Tütün çəkmə vərəm əleyhinə müalicənin effektivliyini azaldır, bununla da vərəmin uzun müddət davam etməsinə və daha ağır formalarının yaranmasına səbəb olur".

Tütün çəkmənin dünyada qarşısı alına bilən əsas ölüm səbəblərindən biri olduğunu xatırladan həkim əlavə edib ki, dünyada 1 milyarddan çox insan tütün çəkir. Tütün istehlakı səbəbindən hər il 6 milyon insan dünyasını dəyişir. Əgər lazımi tədbirlər görülməsə, 2030-cu ilədək tütün epidemiyası hər il 8 milyon insanın həyatına son qoyacaq./trend.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2240   Tarix: 28 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113