İnnabın faydaları

İnnabın faydalarıAzərbaycanda innab bitkisi çox qədim zamanlardan becərilir. Bu bitkinin 50-dən artıq növü var. Qurudulmuşundan dərmanlar, şərbətlər, çaylar hazırlanır. Hələ iki min il bundan qabaq innab müalicəvi əhəmiyyəti ilə məşhur olub. Hindistanda innabdan bəlğəmqovucu, sinə yumşaldan vasitə kimi daha çox istifadə edilir. İnnab ağacının kökünü qaynadıb suyunu qızdırmanı salmaq üçün içirlər. Koreyada innabın toxumundan yuxugətirici vasitə kimi istifadə edilir.

Beləcə onun əsəbsakitləşdirici təsiri sübuta yetir. Çətin həzm olunduğundan, şəkərlə yanaşı istifadə edilir. İnnabda aşağıda qeyd olunan maddələr vardır: karotin, C vitamini, şəkər 60 %-ə qədər, üzvi turşular 1,6 % və pektin maddələri və s. Bundan başqa meyvələrdə yod birləşmələri də müəyyən edilib. İnnabın yarpaqları da faydalıdır. İnnab bitkisinin yarpaqları sadə, növbə ilə düzülmüş, çılpaq və parlaq yaşıldır. İnnab meyvəsi müxtəlif formada: armudvari, silindrik, dəyirmi, çəlləkvari, yumurtaşəkilli və geniş konus şəkilli olur. Meyvələrin dadı şirin, turşa şirin olur.Onların yumşaq sarımtıl ləti vardır. Meyvə qırmızı, açıq qəhvəyi və tünd qəhvəyi rəngdə olur. Meyvənin bir ədəd çəyirdəyi var. İnnab meyvəsinin tərkibində tanin, zülal, P vitamini, pektin maddələri, C vitamini, müxtəlif turşular və çoxlu mikroelementlər vardır. İnnab meyvəsində olan rutin maddəsi insanın qan təzyiqini aşağı salır. Sərinləşdirici xassəyə malikdir. Boğaz və sinəni yumşaldır, böyrək, qaraciyər üçün münasibdir, təmiz və saf qan yaradır. Bir qədər gec həzm olunur və köp əmələ gətirir.

Onu gülabda isladıb yemək həzmi asanlaşdırır. Cinsi fəaliyyəti zəiflədir. İnnabı iskəncəbi ya kasnı arağı ilə bişirib işlətmək ödü yüngülləşdirir, qan təzyiqini tənzimləyir. İnnab günəşdə qurudularaq hazırlanan, iri meyvələri olan və çərəz kimi çayla təqdim edilən son dərəcə ləzzətli və faydalı şəfalı bitkidir. İnnab çiçəkləri bal arıları üçün yararlı qidadır. Belə xüsusiyyətlərinə görə innab meyvələrindən yeyinti sənayesində və təbabətdə geniş istifadə edilir. İnnab bitkisinin müsbət xüsusiyyətlərindən biri də onun məhsula faraş düşməsidir. Bağda əkilmiş ting ikinci il məhsul verir. İnnab bahar aylarında xoş qoxulu sarı rəngli çiçəklər açır. İlk başlarda yaşıl ikən yetişkinləşdikcə qırmızıya və qara-bənövşəyi rəngə dönür. Əsasən innab senyabr ayının 15-dən oktyabr ayının əvvəlinə qədər yetişir. İnnabı plasmas qablarda saxlamaq məsləhətli deyil. Çünki innabların tərkibi dəyişə bilər. Qanın təmizlənməsinə və durulmasına yaxsı təsir göstərir. Yaxşı olar ki, innabı qaranlıq yerdə, ya üstü örtülü halda saxlamaq lazımdır. Rəngi tünd olanları ayrı rəngi narıncı olanları isə başqa qaba yığmaq məsləhətlidir.

Çünki hərəsinin özünə məxsus dadı var. Belə halda siz innabları yaya qədər saxlaya bilərsiniz. Hər zaman əlinizin altında təzə innab olacaq. Bu üsulla iydəni də qışa saxlaya bilərsiniz. Bəlğəm problemini innab yox edər. Böyrək xəstələri duz yeməyi azaldaraq innab meyvəsini yeməlidir, çünki sidikqovucu xüsusiyyəti vardır. Bağırsaqları işlədir. Bədənə rahatlıq verir. Şəkər xəstələrinin rahatlıqla yeyə biləcəkləri bir meyvədir. Uşaqların bəslənməsində də mütləq yemələri lazım olan bir qidadır. Bronxit, asma kimi ağciyər xəstəliyinə qarşı faydalıdır. Özünüzü yorğun və əldən düşmüş hiss edirsinizsə, innab sayəsində enerjinizə qovuşa bilərsiniz. Xüsusilə qış aylarında davamlı öskürən, soyuqlayan, qrip olan kəslərdə innab son dərəcə müalicə edici xüsusiyyətinə malikdir. İnnab qandakı mikrobları təmizləyir. Tez-tez qəbz olursunuzsa, innab yemək məsləhətdir, bu zaman bağırsaqlarınız normal şəkildə işləməyə başlayacaq. Xolesterol və damar xəstəliklərinə qarşı və bir sıra faydaları vardır. İnnab meyvəsi 21 gün müalicə məqsədilə səhər ac qarnına 2 ədəd meyvə yeyilə bilər. İnnab yarpağının çayından bronxit, asma, mədə və bağırsaq narahatlıqlarında istifadə edilir.

Hazırlanması:

4 stəkan südə 30-60 qr. meyvə qoyularaq 15-20 dəqiqə qaynadılır. Gündə 4 dəfə 1 stəkan içilməlidir. İnnab şərbəti təbabətdə çox məşhurdur. 1 litr innab şərbəti hazırlamaq üçün 300 qr innab, 80 q şəkər, 700-800 ml su lazımdır. Şərbət hazırlamaq üçün qurudulmuş innab soyuq suda yuyulur, yarıya bölünür və üzərinə qaynayan su tökülür. Bir sutka saxlandıqdan sonra tənzifdən süzülür. İnnab şərbətini qan təzyiqi olanlar üçün müaliçəvi əhəmiyyət vardır.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 3838   Tarix: 21 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsti duş xərçəngi aşkar etməyə kömək edə bilər

Həkimlər su prosedurları zamanı öz vəziyyətinizi izləməyi tövsiyə edirlər - bu, orqanizmdəki problemləri vaxtında aşkar etməyə kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər isti duşun leykoz və ya qan xərçənginin qeyri-adi göstəricilərindən biri ola biləcəyini hesab edirlər

24.05.2026 300
.

Ürəyi qoruyan ən faydalı yay giləmeyvəsi

Çiyələk qanda şəkərin səviyyəsini normallaşdırır. Ölkə.az "Deia" nəşrinə istinadla xəbər verir ki, bu barədə kardioloq Aurelio Rojas danışıb. Onun sözlərinə görə, çiyələk orqanizmdə xroniki iltihabla aktiv mübarizə aparan çoxlu antioksidant və lif ehtiva edir. Məhz bu iltihab şəkərli diabet

21.05.2026 430
.

50 yaşdan sonra qaraciyər yağlanmasına çarə - Faydalı içkilər

50 yaşdan sonra qaraciyərin yağlanması ən çox rast gəlinən metabolik problemlərdən biridir. Mütəxəssislər bildirirlər ki, düzgün həyat tərzi və qidalanma bu riskin azaldılmasında mühüm rol oynayır. Qaynarinfo-nun İspaniyanın "El Economista" nəşrinə istinadən məlumatına görə, aralıqlı oruc maddələ

15.05.2026 505
.

Gecələr qatıq yeməyin faydaları və zərərləri

Qatıq sağlam qidalar sırasında xüsusi yer tutur. Xüsusilə gecə saatlarında qatıq yeməyin orqanizmə təsiri uzun illərdir müzakirə olunur. Mütəxəssislərin fikrincə, düzgün miqdarda və uyğun vaxtda qəbul edilən qatıq həm həzm sisteminə, həm də ümumi sağlamlığa müsbət təsir göstərə bilər. Lakin bəzi hallard

31.05.2026 294
.

Diş ətiniz qanayırsa, bu vitamin çatışmır

C vitamini çatışmazlığı sağlamlığa ciddi təsir göstərir. BİG.AZ -a istinadən xəbər verir ki, dietoloq Yelena Suxanova bu qida maddəsinin çatışmazlığının əsas əlamətlərini sadalayıb. Əgər keratoz (qabarcıqlar), baş dibində parlaq qırmızı follikullar, saç tökülməsi, göyərmə meyli, yaraların gecsağalmas

12.05.2026 602
.

Həddindən artıq tərləmə hansı xəstəliklərin əlamətidir?

Həddindən artıq tərləmə bir sıra sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Mütəxəssislər bildirirlər ki, xüsusilə səbəbsiz və davamlı tərləmə halları bəzən ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxır. xəbər verir ki, həkimlərin sözlərinə görə, çox tərləmə qalxanabənzər vəzin həddindən artı

16.05.2026 362
.

Sağlam qocalmaq üçün yuxu - Az, yoxsa çox yataq?

ABŞ və bir neçə ölkənin alimlərinin iştirakı ilə aparılan yeni genişmiqyaslı araşdırma göstərib ki, həm az, həm də həddindən artıq yuxu insan orqanizmində qocalmanı sürətləndirə və müxtəlif xəstəliklərin riskini artıra bilər. Qaynarinfo euronews-a istinadən xəbər verir ki, tədqiqat zamanı Böyük Britaniy

18.05.2026 655
.

Çiyələk bu hallarda ölümcül ola bilər - Xəbərdarlıq

Mövsümün ən sevilən yay meyvələrindən biri hesab edilən çiyələk hər kəs üçün təhlükəsiz olmaya bilər. Dietoloqlar xəbərdarlıq edir ki, bəzi insanlarda çiyələk allergik reaksiyalar, nəfəsalma problemləri və hətta qida zəhərlənməsinə bənzər simptomlar yarada bilər. BİG.AZ xəbər verir ki, dietoloq və Resp

26.05.2026 378
.

Yayda vitamin D qəbuluna ehtiyac varmı? - Həkimdən vacib açıqlama

Vitaminin həddindən artıq qəbulu orqanizmə ciddi zərər verə bilər, buna görə normanı aşmaq olmaz. Yay aylarında elə görünür ki, günəş işığı orqanizmin vitamin D ehtiyacını tam qarşılayır. Bəs həqiqətən günəş çatışmazlığın qarşısını alırmı və yayda belə kimlər əlavələri qəbul etməyə davam etməlidir?

24.05.2026 291
.

TOP MP3