Ölümündən 24 saat əvvəl - Mübariz İbrahimov haqqında veriliş

Ölümündən 24 saat əvvəl - Mübariz İbrahimov haqqında verilişÖlümündən 24 saat əvvəl - Mübariz İbrahimov haqqında verilişÖlümündən 24 saat əvvəl - Mübariz İbrahimov haqqında verilişÖlümündən 24 saat əvvəl - Mübariz İbrahimov haqqında verilişÖlümündən 24 saat əvvəl - Mübariz İbrahimov haqqında verilişÖlümündən 24 saat əvvəl - Mübariz İbrahimov haqqında verilişÖlümündən 24 saat əvvəl - Mübariz İbrahimov haqqında verilişÖlümündən 24 saat əvvəl - Mübariz İbrahimov haqqında verilişÖlümündən 24 saat əvvəl - Mübariz İbrahimov haqqında verilişÖlümündən 24 saat əvvəl - Mübariz İbrahimov haqqında verilişÖlümündən 24 saat əvvəl - Mübariz İbrahimov haqqında verilişÖlümündən 24 saat əvvəl - Mübariz İbrahimov haqqında verilişÖlümündən 24 saat əvvəl - Mübariz İbrahimov haqqında verilişÖlümündən 24 saat əvvəl - Mübariz İbrahimov haqqında verilişÖlümündən 24 saat əvvəl - Mübariz İbrahimov haqqında veriliş

Həyatı

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

Qəhrəmanlığı

Təsdiq edilməmiş versiyalara görə 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:
Rəsmi məlumatda Mübariz Ağakərim oğlu İbrahimov Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmət və rəşadət göstərərək qəhramancasına həlak olduğu göstərilmişdir.
Atası Ağakərim İbrahimovun dediklərindən: "Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhəddə tərəf gedin. Sonra da məktubunu tapmışdılar..."
Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycan Respublikasının Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il tarixdə şəhid olmuş Azərbaycan hərbçi İbrahimov Mübariz Ağakərim oğlunun meyiti 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınmışdır. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.
Bir gün sonra, noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev də qatılıb. Sonra şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub.
2010-cu il noyabrın 11-də Təzəpir məscidində prezident İlham Əliyevin adından şəhid hərbçilər - Milli Qəhrəman Mübariz İbrahimov və "İgidliyə görə" medalıyla təltif olunnmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilib.

Dövlət tərəfindən aldığı yüksək qiymət

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.
2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.
"Azərbaycanın Milli Qəhrəmanı M.A.İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli 1040 nömrəli Sərəncamının 1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alınmışdır:
Biləsuvar Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilsin.[6]
"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov tankerlərindən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını verib. Mübariz İbrahimovun adını daşıyan gəmi 2010-cu ilin oktyabr ayının 15-də Türkiyədə "Beşiktaş" gəmiqayırma zavodundan suya endirilib. Türkiyədə suya endirilmiş bu gəmi hazırda Milli Qəhrəman Mübariz İbrahimovun adını dünya sularında tanıdır.
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və "ANS" Şirkətlər Qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi şəxsi fədakarlığa, Döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdiyi yüksək peşəkarlığa, Azərbaycan xalqınının döyüş ruhunun sarsılmazlığını sübut etdiyinə, Qəhrəmancasına şəhid olub şəxsi nümunəsi ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyinə, Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bəyan edən dövlətimizin iradəsini nəyin bahasına olursa-olsun yerinə yetirməyə hazır olduğunu sübut etdiyinə görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu "2010-cu ilin adamı" elan edib.

Son məktubu

"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 19098   Tarix: 31 may 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

ABŞ-də miqrantların deportasiyası: Liberiyaya göndərilən miqrantlar üçün Ağ Ev nə qədər ödəyir?

ABŞ administrasiyası üçüncü ölkə miqrantlarının ABŞ-dən Liberiyaya deportasiyası üzrə razılaşma çərçivəsində Liberiyaya 5 milyon dollar ödənilməsini təsdiqləyib. -ın xəbərinə görə, bu barədə "The New York Times" (NYT) nəşri ABŞ Dövlət Departamentinin daxili sənədlərinə istinadən məlumat verib

18:30 143
.

Bu il Ukraynada 36 azərbaycanlıya vətəndaşlıq, 194 nəfərə isə daimi yaşamaq icazəsi verilib

2026-cı il yanvarın 1-dən avqust 15-ə qədər 1 396 Azərbaycan vətəndaşı Ukraynada müvəqqəti yaşamaq, 194 nəfər daimi yaşamaq icazəsi, 36 azərbaycanlı isə Ukrayna vətəndaşlığı alıb. Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Kiyevdə azərbaycanlı vəkil Şəmsi Məhərrəmov bildirib. O qey

17:50 142
.

Azərbaycanda hazır çay ehtiyatları bir il ərzində 2 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 6 min 537 ton çay istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 % azdır. Avqustun 1-nə müəssisələrin anbarlarında 174,1 ton hazır məhsul ehtiyatı olub, bu da bir il əvvəlk

19:40 109
.

Bakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 199-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdl

12:18 239
.

Azərbaycan və Özbəkistan arasında siyasi dialoq çox yüksək səviyyədədir

Azərbaycanın dünyanın əksər dövlətləri ilə ikitərəfli münasibətləri onun dünyəvi siyasi nüfuzunun səviyyəsinin göstəricisidir. Bu münasibətlər sosial həyatın əksər sahələrini əhatə etdiyinə görə siyasi münasibətlər müstəvisində qarşılıqlı iqtisadi inkişafın zəmanətinin tərkib hissələrindən biri olub

12:39 183
.

Uzaqgörən liderlik və Azərbaycanın uğurlu xarici siyasəti

Müasir dünyanın siyasi mənzərəsi sürətlə dəyişir. Geosiyasi rəqabətin, iqtisadi qarşıdurmaların, təhlükəsizlik çağırışlarının və yeni əməkdaşlıq formatlarının meydana çıxdığı bir dövrdə dövlətlərin qarşısında mühüm vəzifələr dayanır. Belə şəraitdə ölkənin milli maraqlarını qorumaq, beynəlxalq münasibətlə

11:57 195
.

Rusiya Ukraynada "Avrora" şəbəkəsinin paylama mərkəzinə zərbə endirib

Rusiyanın hücumu nəticəsində Ukraynada "Avrora" mağazalar şəbəkəsinin paylama mərkəzi zədələnib. "Report" xəbər verir ki, bu barədə şirkətin "Instagram" sosial şəbəkəsindəki məlumatında deyilir. "Avrora"nın məlumatına görə, zərbə endirilərkən bütün əməkdaşlar sığınacaqd

16:30 147
.

Azərbaycan vətəndaşı Kamçatkada vulkanda köməksiz vəziyyətdə qaldı

Rusiyanın Kamçatka yarımadasında Ploski Tolbaçik vulkanında bir qrup turist avtomobilləri ilə yolda qalıblar. "Qafqazinfo" Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb güclü yağışlar səbəbindən yolun tamamilə dağılması olub. Çətin vəziyyətdə qalan turistlər arasında Tatyana Dolivet

14:11 192
.

Yaddaş - dövlət və milli gücün təməlidir

Günay Əfəndiyeva: Mədəni irs gələcək kimliyimizi müəyyənləşdirir. Bu günlərdə Çinin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda China Media Group tərəfindən xüsusi olaraq hazırlanmış və Azərbaycan dilinə tərcümə edilmiş "İrs Keşikçisi" sənədli filminin təqdimatı keçirilib. İlk dəf

12:27 187
.