Bakını yaxından tanıyaq

Bakı şəhəri ətrafında salınmış kəndlərin sayı ayrı-ayrı zamanlarda müxtəlif miqdarda göstərilirdi . I Pyotrun səfəri ərəfəsində Bakıda olmuş katolik missionerlərdən birinin yazdığına görə , Bakı əyalət şəhəridir və onun 34 kəndi vardır. 1870-ci il siyahısında isə Bakıda 41 kənd olguğu qeyd edilir .

Bakını yaxından tanıyaqMaştağa Bakının ən böyük kəndidir . Bu kəndin adı vaxtilə burada məskən salmış massaget tayfasının adı ilə bağlıdır .

Bakını yaxından tanıyaqBuzovna – Maştağa ilə qonşu kənddir . Əsasən əkinçilik və bostançılıqla məşğul olan kənddir . Yerlilər öskürəyə qarşı burada bitən buzovna adlı otdan istifadə etdiklərinə üçün kəndin adı da Buzovna qalıb . Buzovna kəndinin etimologiyası ilə bağlı daha bir fakt burada vaxtı ilə BOZ OĞUZ tayfalarının yaşamasından irəli gəlir. ƏLİ AYAĞI qədəmgahı məhz bu qəsəbədə yerləşir. Qeyd edim ki, Prezident İLHAM ƏLİYEVİN də iqamətgahı elə Buzovna qəsəbəsindədir.

Bakını yaxından tanıyaqMaştağadan sonra Bakının ikinci böyük kəndi Balaxanıdır . Kəndin adı iki sözdən əmələ gəlib : bala – yuxarı , hündür və xana – ev deməkdir , Balaxanı qədim zamanlarda karvansaraların giriş qapısı üstündə olan kiçik otağa deyərdilər . Unutmayaq ki, Balaxanı Bakının neft kəndidir.
Bakını yaxından tanıyaqƏhalisinin tərkibinə görə , tat kəndi hesab edilən Suraxanı kiçik bir kənd olsa da , öz ağ nefti və daimi yanar odları ilə bütün şərqdə şöhrət tapıb , burada həmçinin atəşpərəstlik dininin məbədi də yerləşir . Kəndin adı isə iki sözdən əmələ gəlib : sürx – qırmızı və xana – ev .
Bakını yaxından tanıyaqBinə kəndi Bakı kəndləri içində ən təzəsidir . Bu kənd qədim Kürkənd kəndinin xarabalıqları yanında salınıb . Kəndin yeri vaxtilə nardaranlıların binələri olub . Bir müddət sonra isə yaşayış məskəninə çevrilib . Binə kəndi indi öz gözəlliyi ilə digər kəndlərdən fərqlənir. Qeyd edim ki, HEYDƏR ƏLİYEV adına Beynəlxalq Hava Lımanı elə bu kənddə yerləşirş
Bakını yaxından tanıyaqQala kəndi – Abşeronda ilk qala burada tikildiyi üçün kənd də Qala adlandırılıb . Qeyd edim ki, kəndin MİLLİ MƏCLİSdəki nümayəndəsi MEHRİBAN XANIM ƏLİYEVAnın gördüyü işlər sayəsində QALA kəndi bu gün çəx gözəlləşib.
Bakını yaxından tanıyaqTürkan kəndi – Monqolların Azərbaycana hücumundan əvvəl türkmən tayfaları Xəzər dənizinin cənub və şimal sahilləri ilə irəliləyərək Xəzərin qərb sahillərinə və Azərbaycana yayılmışdılar . O zamanlar türkmənlər sadəcə olaraq Türkan adı ilə də məşhur idilər . Bu tayfaların bəziləri Xəzərin qərb sahillərinə daimi məskən salmışlar və Türkan kəndinin adı da görünür bu yerlərdə yaşamış tükmənlərin adı ilə bağlıdır .
Bakını yaxından tanıyaqHövsan kəndi – Bu kəndin belə adlandırılması vaxtilə bu yerdə mövcud olan iki böyük su hovuzu ilə əlaqədardır . Hövsan hovuzlar deməkdir .
Bakını yaxından tanıyaqZirə kəndi – Abşeron burnunun qurtaracağında salınan axırıncı yaşayış məskənidir . Nargin və Vulf adalarının adlarına əsaslanaraq "zirə" sözünün necə yarandığı barədə fakir söyləmək mümkündür . Adaların (cəzirələrin) adlarını canlı dildə asan tələffüz etmək məqsədilə ilk "cə" hecası atılıb , təkcə "zirə" qalıb . Adaların adları da sadəcə olaraq , "zirə" kimi tələffüz olunmağa başlayıb .
Bakını yaxından tanıyaqZirədən şimal-qərbdə Şüvəlan yerləşir . "Şüvəlan" sözü buranın coğrafi şəraiti ilə əlaqədar olaraq yaranıb . Şüvəlanda olanlar, yəqin fikir veriblər ki, bu yerdən dənizə tərəf enişlər başlayır . Farsca "şiv" sözünün mənası eniş , "lan" isə məkan deməkdir .
Bakını yaxından tanıyaqMərdəkan kəndi – "mərdəkan" sözü də iki sözdən əmələ gəlib , mərd və məkan , yəni mərdlərin yaşadığı yer . Mərdəkan kəndi XƏZƏR rayonunun mərkəzi sayılır.
Bakını yaxından tanıyaqNardaran kəndi dəniz sahilində salınan kəndlərdən biridir . Nardaran iki sözdən : "nar" və "daran" sözlərindən düzəlib , "daran" farsca "olan" mənasında işləndiyindən kəndin adı da nar olan yer kimi tanınmışdır .

Bunlardan başqa , Bakının Əmircan, Keşlə,Bibiheybət, Ramana, Bilgəh, Novxanı, Kürdəxanı, Pirşağı, Masazır, Saray, Digah, Güzdək, Binəqədi, Qobu, Biləcəri, Dərnəgül, Xocasən, Şağan, Zabrat, Zığ, Əhmədli və s. kəndləri də var . Bu haqda isə inşAllah gələn dəfə . Hələlik...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 12941   Tarix: 30 may 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bir daha həmin yerə getmərəm"

"Əvvəl yutub, instaqram yox idi. İnternet olmurdu. O vaxt ancaq yaxşı mahnı oxuyanda efirə çağırırdılar. Yaxud da efirə çıxmaq üçün pul ödəyirdin. Mahnı maşınlarda səslənirdisə, bilirdik ki, tutub". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva deyib. Sənətçi son günlər çıxa

03.04.2026 415
.

1938-ci ildə balıqçılar milyonlarla il əvvəl nəsli kəsilmiş balığı necə tutmuşdu?

Cənubi Afrikada bir balıqçı qayığında təsadüfi tapıntı elm dünyasını sarsıdaraq planetin təkamül tarixini yenidən yazmağa vadar edib. Dinozavrlarla birlikdə 65 milyon ildən çox əvvəl nəsli kəsilmiş hesab edilən balıq canlı şəkildə tapılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "EcoNews" yazır

03.04.2026 377
.

Dövlət məktəblərinin liseyləşməsi: "Sağlam rəqabət" və problemlər

"Dövlət məktəbinin liseyə çevrilməsi o deməkdir ki, şagirdlər artıq ərazi prinsipi ilə deyil, bilik və bacarıq müsabiqəsi ilə qəbul olunacaq. Bu, cəmiyyətin intellektual potensialını bir mərkəzdə toplamaq baxımından faydalıdır: güclü şagirdlər bir-birini irəli çəkir, "sağlam rəqabət" formalaşır"

03.04.2026 277
.

Qaymaqdan yoxsa inək südündən hazırlanan kərə yağı: hansını seçmək daha yaxşıdır?

Kərə yağı seçimi istehlakçıların gündəlik qida keyfiyyəti ilə bağlı ən çox düşündüyü mövzulardan biridir. Keçmiş Sovetlər Birliyi ölkələrində istehsal olunan kərə yağlarının tərkibində "qaynaqdan hazırlanmış" məhsul olduğu qeyd olunur, yəni bu yağlar süd yağının qaynaq prosesi vasitəsilə hazırlanır

03.04.2026 566
.

390 min manatlıq torpaq dələduzluğu: Keçmiş başçının imzası saxtalaşdırılıb

Binəqədi qəsəbə bələdiyyəsinin Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin sahə nəzarətçisi Faiq Hidayətov dələduzluq əməlinə görə cəzalandırılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə

03.04.2026 297
.

Qızıl və gümüş ucuzlaşır

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 2,77% azalaraq 4 679,7 ABŞ dollarına bərabər olub. COMEX-d

03.04.2026 412
.

Mert Hakan Yandaş azadlığa buraxıldı

"Fənərbaxça"nın futbolçusu Mert Hakan Yandaş "futbol mərcləri" istintaqının bir hissəsi olaraq ilk dəfə hakim qarşısına çıxıb. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, məhkəmə Yandaşın azadlığa buraxılmasına qərar verib. Ötən həftə həbsdən çıxan "Qalatasaray"ın futbolçus

03.04.2026 307
.

Sumqayıtda kuryoz hadisə: Bu obyekt kimindir? (VİDEO)

Sumqayıtın mərkəzində, Heydər Əliyev prospekti 40-cı məhəllədə avtobus dayanacağına bitişik gecəqondu peyda olub. Daşınan konsturuksiyadan gecə saatlarında inşa olunan bu obyekt avtobus dayanacağının ərazisini və səkini zəbt edib. Gecəqondu obyektin yaxınlığında Sumqayıt Tibb Mərkəzi, o cümlədən 1 nömrəl

03.04.2026 414
.

Elnarə Abdullayevaya jurnalistlərdən SƏRT sözlər: "Özün niyə bəzənib məclislərdə oxuyursan?"

Xanəndə Elnarə Abdullayevanın qonaq olduğu verilişlərin birində qadınların şəkil paylaşması ilə bağlı dediyi sözlər narazılığa səbəb olub. xəbər verir ki, Elnarə Abdullayeva Votsap statusunda şəkil paylaşan qadınları tənqid edib. O bildirib ki, qadınlar statusta öz şəkillərini paylaşması düzgün deyil:

03.04.2026 534
.

TOP MP3