Qaymaqdan yoxsa inək südündən hazırlanan kərə yağı: hansını seçmək daha yaxşıdır?

Qaymaqdan yoxsa inək südündən hazırlanan kərə yağı: hansını seçmək daha yaxşıdır?Kərə yağı seçimi istehlakçıların gündəlik qida keyfiyyəti ilə bağlı ən çox düşündüyü mövzulardan biridir. Keçmiş Sovetlər Birliyi ölkələrində istehsal olunan kərə yağlarının tərkibində "qaynaqdan hazırlanmış" məhsul olduğu qeyd olunur, yəni bu yağlar süd yağının qaynaq prosesi vasitəsilə hazırlanır. Digər tərəfdən, Qərb ölkələrində istehsal olunan kərə yağları "100% təbii inək südündən" hazırlandığı vurğulanır və istehlakçılara təbii məhsul kimi təqdim edilir. Bu fərqlər istehlakçılar üçün hansı məhsulun daha məsləhətli olduğu sualını gündəmə gətirir. Məhsulun keyfiyyəti, tərkibi və istehsal üsulu həm sağlamlıq, həm də dad baxımından seçimdə əsas rol oynayır.
Qaymaqdan yoxsa inək südündən hazırlanan kərə yağı: hansını seçmək daha yaxşıdır?Mövzu ilə bağlı Sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, yağ insan orqanizmi üçün ən faydalı və zəruri qida maddəsidir. Onun sözlərinə görə, ən çox tərceh edilən yağlardan biri də kərə yağıdır: "Kərə yağı süd məhsuldur. Amma bazarda bu adla satılan bütün məhsullar eyni deyil. Ona görə seçim edərkən təkcə qiymətə və markaya yox, tərkibə, yağlılıq faizinə və saxlanma şəraitinə baxmalıyıq. Beynəlxalq Codex standartına görə kərə yağı süd, ya qaymaqdan alınan minimum 80 faiz süd yağı olan məhsuldur. Azərbaycanda da bu sahədə Codex əsaslı dövlət standartı tətbiq olunur. Yəni beynəlxalq normaya görə kərə yağı yalnız süd və ya qaymaqdan hazırlanmalıdır. Minimum 80% süd yağı olmalıdır. Su miqdarı adətən 16-18%-dən çox olmamalıdır. Bu dünyada qəbul olunmuş əsas standartdır.
Bazarda ən çox 82,5 faiz, 72,5 faiz yağlı məhsullara rast gəlirik. 82,5 faiz yağlı kərə yağı daha klassik, daha sabit məhsuldur. Tərkibində su az olduğu üçün bişirmədə, xəmir işlərində, dad sabitliyində daha əlverişli olur. 72,5 faiz yağlı məhsul isə daha yumşaq olur. Səhər yeməyində çörəyə çəkmək üçün bir çoxumuza əlverişlidir. Əgər məhsulun yağı süd mənşəlidirsə, hər iki variant keyfiyyətli seçimdir.

Bir istehlakçı olaraq biz yağlılıq faizindən çox, məhsulun həqiqətən kərə yağı olub-olmamasına diqqət etməliyik. Etiketdə bitki yağı, hidrogenləşdirilmiş yağ, qarışıq yağ, spred kimi sözlər yazılıbsa, bu artıq klassik kərə yağı deyil. Belə məhsullar ayrı kateqoriyadır. Codexdə butter və fat spread məhsulları ayrı standartlarla tənzimlənir.
Yaxşı kərə yağında tərkib siyahısı çox uzun olmamalıdır. Adətən əsas xammal qaymaq olur. Duzlu məhsuldursa, duz da əlavə edilə bilər. Bəzi hallarda texnoloji məqsədlə icazə verilən əlavə komponentlər də ola bilər. Etiketdə bitki yağı görünürsə, artıq bu saf kərə yağı sayılmır.

Sağlamlıq baxımından da bir məqamı xüsusilə unutmayaq. Kərə yağı qadağan olunmuş məhsul deyil, amma porsiya nəzarəti vacibdir. Doymuş yağların gündəlik enerji qəbulunda 10 faizdən çox olmamasını tövsiyə edilir. Kərə yağı da doymuş yağ mənbələrindən biridir. Yəni məsələ tamamilə yemək, ya tamamilə imtina etmək deyil. Əsas odur miqdarı düzgün tənzimləyək.

Saxlanma qaydası da çox vacibdir. Kərə yağı soyuducuda saxlanmalıdır. İşıq, hava və istilik məhsulun dadını və keyfiyyətini poza bilir. Xüsusən uzun müddət isti mühitdə qaldıqda yağda acılaşma və keyfiyyət itkisi baş verir. Qabdan istifadə edərkən təmiz bıçaq götürmək də vacibdir. Belə etsək məhsulun çirklənmə riskini azaldarıq. Qida təhlükəsizliyi baxımından soyutma zəncirinin qorunması əsas şərtdir.

Evdə edilə bilən bəzi testlər var. Amma onları dəqiq üsul saymaq düzgün olmaz. Qaynar suda necə əriməsi, dondurulmuş halda necə kəsilməsi müəyyən ipucu verə bilər. Yenə də məhsulun tərkibini tam dəqiq göstərmir. Ən etibarlı yol etiketə baxmaq, istehsalçı məlumatını yoxlamaq və məhsulun düzgün saxlanma şəraitində satıldığına əmin olmaqdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5817   Tarix: 03 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir

Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin

03.10.2026 138
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

00:25 103
.

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d

03.10.2026 101
.

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələr

03.10.2026 206
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

00:48 78
.

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". BİG.AZ Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yen

00:31 92
.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

03.10.2026 150
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

00:33 104
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

03.10.2026 117
.