Sumqayıtda kuryoz hadisə: Bu obyekt kimindir? (VİDEO)

Sumqayıtda kuryoz hadisə: Bu obyekt kimindir? (VİDEO)Sumqayıtın mərkəzində, Heydər Əliyev prospekti 40-cı məhəllədə avtobus dayanacağına bitişik gecəqondu peyda olub. Daşınan konsturuksiyadan gecə saatlarında inşa olunan bu obyekt avtobus dayanacağının ərazisini və səkini zəbt edib. Gecəqondu obyektin yaxınlığında Sumqayıt Tibb Mərkəzi, o cümlədən 1 nömrəli xəstəxana, Polklinka şöbəsi, üzbəüz küçədə isə 3 saylı orta məktəb yerləşir.

Yenicag.az-a müraciət edən yerli sakinlər bildirirlər ki, gecə saat 3-də sürətlə inşa edən bu obyekt şəhərin sıx hərəkət zonasında gediş-gəlişə ciddi əngəl törədir.

Maraqlıdır ki, bu obyektin kim tərəfindən inşa olunduğu bilinmir. Obyektin hansı sahədə fəaliyyət göstərəcəyini də bilən yoxdur. Ərazidə tibb ocaqlarının olması səbəbi ilə obyektin aptek kimi fəaliyyət göstərəcəyini güman edənlər var.

Obyekt barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət olunub. İcra Hakimiyyətindən şikayətçilərə bildiriblər ki, onlar Heydər Əliyev prospekti 40-cı məhəllədə səkinin üzərində avtobus dayanacağına bitişik hər hansı bir obyektin inşasına və fəaliyyətinə icazə verməyiblər. Obyektin kim tərəfindən ora qoyulmasından da xəbərsizdirlər. İcra Hakimiyyətindən bildirilib ki, əraziyə gəlib obyektə baxış keçirəcəklər.

İki gün keçməsinə baxmayaraq, icra hakimiyyətindən nə əraziyə gəlib baxış keçirilib, nə də qanunsuz obyektin söküntüsünə başlanılıb.

Yazı dərc edilməyə hazırlanarkən şikayətçilər bildirdilər ki, qanunsuz obyekt nəinki sökülür, əksinə fəhlələr hazırda obyektin ətrafındakı tameti yeniləyirlər. Bu isə başqa mətləblərdən xəbər verir.

Sumqayıtda kuryoz hadisə: Bu obyekt kimindir? (VİDEO)Sumqayıtda kuryoz hadisə: Bu obyekt kimindir? (VİDEO)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1082   Tarix: 03 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"

03.10.2026 233
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

03.10.2026 167
.

Bu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK

Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard

00:17 99
.

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını

00:29 103
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

00:19 107
.

Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir

Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin

03.10.2026 138
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

00:23 109
.

Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"

"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, mövqeyi dəyişməz olub və dəyişməz qalacaq

03.10.2026 168
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

00:11 110
.