Bakı bulvarının iş vaxtı uzadıldı
Bakı bulvarı genişləndirilib, başdan-başa yenilənib.
2015 Avropa Oyunları Bakını sehirləməyə davam edir. Bakı Bulvar İdarəsindən verilən məlumata görə, I Avropa Oyunları münasibəti ilə Bakı bulvarı genişləndirilib. Paytaxta gələn qonaqlar üçün geniş şərait yaradılıb. Onun ərazisi 16 km-ə çatdırılıb. Həmin sahə Bakı Ağ şəhər Bulvarındakı "Bulvar Hotel"dən başlayıb Bakı Kristal Zalı və onun ətrafı da daxil olmaqla, Bayıl bulvarının sonunadək olan ərazini əhatə edir.
Ağ Şəhər bulvarında bizi nələr gözləyir
Yeni istifadəyə verilmiş Bakı Ağ Şəhər bulvarında dörd yeni meydança və açıq trenajor meydançası var. Bunlar basketbol, voleybol və iki futbol meydançalarıdır. Qeyd edək ki, Bulvar ərazisində 3 idman zalı- Bakı İdman Zalı, Bakı Kristal Zalı və Su İdman Sarayı yerləşir ki, burada da idman yarışları keçiriləcək.
Gücləndirilmiş iş rejiminə başlanılıb
İdarə rəsmisi bildirib ki, Bakı bulvarı oyunlara tam hazırdır. İndiyəcən heç bir problem yaşanmayıb. Bulvarın bütün işçiləri ingilis və rus dilini bilən əməkdaşlardır. Artıq gücləndirilmiş iş rejiminə keçilib. İdarənin bütün işçiləri, eləcə də mühafizə xidmətinin, attraksionların, kafe və restoranların işçiləri artıq gücləndirilmiş iş rejimində işləyirlər. Onlar səhər erkən saatlardan gecə yarısına qədər fəaliyyət göstərirlər.
Yeni qatarlar istifadəyə verilib
Bulvarda daha bir marşrut xətti istifadəyə verilib. Qatarlar yeni marşrut xətti üzrə Ağ Şəhər bulvarındakı "Bulvar Hoteli"nin qarşısından başlayıb Su İdman Sarayına qədər olan ərazidə 16 dayanacaqda dayanmaqla hərəkət edir. Bu marşrut üzrə hərəkət edən qatarlardan bütün bulvar ərazisini görə bilərsiniz. Buna qədər isə bulvarda qatarlar 3 marşrut üzrə - Bakı Beynəlxalq Dəniz Vağzalından "Saat qülləsi"nə, "Saat qülləsi"ndən "Azneft" meydanına və Bakı İdman Zalından Dövlət Bayrağı Meydanına qədər hərəkət edib. Həmin qatarlar oyunlardan sonra da fəaliyyət göstərəcə. Bundan başqa, hazırda dənizdə 3 gəzinti gəmisi fəaliyyət göstərir.
Qeyd edək ki, son günlərdə bulvara gələn ziyarətçilərin sayı nəzərəçarpacaq dərəcədə artıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 6173 Tarix: 10 iyun 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYeni evlənənlərə təyyarəyə minərkən gözlənilməz əlavə ödənişlərlə bağlı XƏBƏRDARLIQ
Toydan sonra soyadını dəyişən sərnişinlər təyyarəyə minərkən problemlə üzləşə bilərlər. Bir çox yeni evlənən cütlük toy mərasimindən dərhal sonra bal ayına yollanmağa çalışır. Lakin sevinc və ya toy hazırlığının yaratdığı qarışıqlıq səbəbindən onlar bahalı səhvə yol verə bilərlər. xarici mediaya istinadə
18.05.2026 254 Qızıl və gümüş almaq istəyənlərin DİQQƏTİNƏ!
Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti (İyun ayında çatdırılma - Qeyd) 30 mart 2026-cı ildən bəri ilk dəfə troya unsiyası üçün 4500 dollardan aşağı düşüb. xəbər verir ki, qızılın qiyməti 1,43% azalaraq 1 troy unsiyası üçün 4496,7 dollar olub. Yaxın Şərqdəki münaqişənin tam bitməməs
18.05.2026 256 Ukrayna ordusu bu qəsəbəni azad etdi
Ukrayna ordusu Zaporojye vilayətinin Stepnoqorsk qəsəbəsini azad edib. xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Ukrayna qoşunları Rusiya ordusunu möhkəmləndirilmiş mövqelərindən çıxararaq qəsəbədəki əsas məntəqələri nəzarətə götürüb
18.05.2026 262 ABŞ İranla müharibəyə 85 milyard dollar xərclədi
ABŞ hökuməti İranla 79 gün davam edən müharibə zamanı 85 milyard dollardan çox vəsait xərcləyib. xarici mediaya istinadən xəbər verir ki, bu məbləğə regiona göndərilən gəmilərdə xidmət edən şəxsi heyətin saxlanılması və digər çoxsaylı hərbi xərclər daxildir. Bildirilir ki, açıqlanan rəqəm Pentaqonu
10:29 139 "Muhteşem yüzyıl"in İbrahim Paşası indi necə görünür?
"Muhteşem yüzyıl" serialında İbrahim paşa rolu sayəsində dünya şöhrəti qazanmış ən məşhur türk aktyorlarından biri son illərdə nəzərəçarpacaq dərəcədə dəyişib. xarici mediaya istinadla Sultan Süleymanın "yaxın dostu"nun bu gün nə işlə məşğul olduğunu və necə göründüyünü təqdim edir
18.05.2026 423 "İslami-Cihad" qruplaşmasının komandiri öldürüldü
İsrail Hərbi Hava Qüvvələri Livanın şərqində yerləşən Baalbek şəhərinə raket zərbəsi endirib. xəbər verir ki, bu barədə Livan mətbuatı məlumat yayıb. Məlumata görə, hücum zamanı yaşayış binası dağılıb və bir neçə nəfər həyatını itirib. Ölənlər arasında radikal "İslami-Cihad" qruplaşmasını
18.05.2026 232 Bakı forumu qlobal urbanizasiyaya töhfə verəcəkdir
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Bu, WUF13-ün qlobal miqyasını və Bakının beynəlxalq platforma kimi artan çəkisini bir daha nümayiş etdirdi. Forum keçirilən məkanda Azərbaycan Prezidenti İlham Əliyev "Euronews"
11:43 164 3 milyonluq evi pulsuz verirlər - Bir şərtlə...
ABŞ-nin Massaçusets ştatı yaxınlığında yerləşən və ölkənin ən lüks yaşayış məkanlarından sayılan Nantaket adasında təxminən 3 milyon dollar dəyərində olan bir ev pulsuz olaraq yeni sahibinə veriləcək. "Qafqazinfo" xəbər verir ki, bunun üçün müraciət edən şəxs əsas şərti qəbul etməlidir - e
11:15 221 Kim daha ağıllıdır: İt, yoxsa pişik həvəskarları?
Pişik sevənlər orta hesabla it sevənlərdən bir qədər daha yüksək intellekt səviyyəsinə malik ola bilər. ABŞ tədqiqatçılarının "itsevərlər" və "pişikaevərlər" arasındakı psixoloji və davranış fərqlərini araşdıran belə bir nəticəyə gəldiyi bildirilir. Qaynarinfo xəbər verir ki, bu barəd
18.05.2026 276