Qaraciyəri təmizləyən limonlu çuğundur suyu

Qaraciyəri təmizləyən limonlu çuğundur suyuÇuğundur çox qiymətli təsərrüfat bitkilərindən biridir. Onun köklərində bir sıra faydalı maddələr var. Məsələn, ölkəmizdə becərilən çuğundurun köklərində 13-22 % şəkər olur. Yarpaqlarındakı rəngləyici boyaq maddəsindən şərab sənayesində istifadə edilir. Bundan başqa, yarpaqlarında C, A, B1 vitaminləri, üzvi turşular və s. maddələr müəyyən edilib. Çuğundurun kökləri isə C, B vitaminləri ilə, xüsusən beta-karotinlə daha zəngindir.

Son vaxtlar elmi təbabətdə çuğundurun təzə yığılmış köklərindən press altında sıxmaqla şirə alıb, xərçəng xəstəliyinin müalicəsində istifadə edilir.

Çuğundurun şirəsi xroniki mədə-bağırsaq xəstəliklərində də çox faydalıdır.

Çuğundur qan artıran bitkidir. Yarpağını və özünü bişmiş halda yemək dalaq, böyrək və sidik kisəsi xəstəlikləri üçün münasibdir. Ona bir qədər də xardal və sirkə əlavə etmək daha xeyirli olar. Çuğundurun yarpağının suyu və özü bəlğəmin dərmanıdır. Yarpağını bişmiş halda dəri üzərinə yaxmaq od yanığı, sızanaq və qızılyel üçün, xam yarpağının təpitmə halında qoyulması oynaq ağrılarına qarşı faydalıdır. Badam yağı ilə təpitməsi şişləri yumşaldır.

Qaraciyəri təmizləyən çuğundur detoksu

Çuğundur həm də qaraciyəri təmizləyən faydalı bitkidir. Çuğundur detoksu bədəni toksinlərdən təmizləyir. Tabloid.az çuğundur detoksunun faydaları və reseptini təqdim edir:

Çuğundur ödün qatılığını azaldır və qaraciyərin daha yaxşı işləməsini təmin edir. Nanə isə ödün on iki barmaq bağırsağa çatmasını sürətləndirir və bunun sayəsində qaraciyəri canlandırır.

Ərzaqlar:

1 ədəd çuğundur

1/4 stəkan təzə nanə yarpağı

Yarım limonun suyu

1-2 litr təzə içməli su

Hazırlanması:

Çuğunduru yaxşıca yuyun və dilimləyin. Suyun içərisinə atın və suyunun çıxmasını gözləyin. Daha sonra nanə yarpağı və limon suyunu çuğundurlu suya əlavə edin.

İçməzdən əvvəl soyuducuda 12-24 saat saxlayın. Bu qarışıq 4 gün soyuducuda xarab olmadan qala bilər. İçinə buz kubları ataraq da içə bilərsiniz.

tabliod.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2901   Tarix: 16 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Sirr açılır: Alkatras qaçışı yalnız məhbusların zəkası sayəsində mümkün olmayıb

Kağız üzərində mümkünsüz görünən 1962-ci il qaçışının arxasındakı təəccüblü detal üzə çıxıb: Con və Klarens Enqlin qardaşları ilə Frenk Morrisin aylarla davam edən qazıntılarını asanlaşdıran təkcə onların zəkası və yaxşı planı deyilmiş. Qaynarinfo xəbər verir ki, ABŞ tarixinin ən məşhur həbsxana qaçışlarında

16.12.2025 389
.

Kolbasanın üstündə bu söz varsa, qəti almayın

Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib. xəbər verir ki, bu sahə üzər ekspert Yelena Medkovanın sözlərinə görə əsas meyar qablaşdırmanın dizaynı yox, məhsulun texnoloji göstəriciləridir. "Bişmiş kolbasa seçərkən dövlət standartlarına əsaslanmaq olar. Mövcud GOST standartlarında məhsulla

14.12.2025 563
.

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

Mütəxəssislərə görə, kartof qızardarkən duz kartoflar yağdan çıxan kimi, yəni hələ isti və üzəri yağlı ikən əlavə edilməlidir. Çiy kartofa və ya qızartma zamanı duz atmaq, kartofun suyunu buraxmasına və çıtırlığını itirməsinə səbəb olur. İsti səthə səpilən duz isə həm daha yaxşı yapışır, həm də dadı

13.12.2025 315
.

Dünyanın ən yaxşı 100 mətbəxi açıqlandı: Azərbaycan neçəncidir?

Dünyanın ən yaxşı mətbəxləri açıqlanıb. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, beynəlxalq qiymətləndirmələrə görə, ləzzət sıralamasında aşağıdakı 100 ölkə yer alıb. Siyahıda Azərbaycan və ona sərhəd ölkələr - Türkiyə, Qazaxıstan, Rusiya, İran, Ermənistan və Gürcüstan yer alıb. Həmin siyahın

08.12.2025 1957
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

11.12.2025 260
.

Kirayə ev tapmaq üçün ən etibarlı üsullar

Kirayə ev tapmaq bəzən göründüyündən daha çətin prosesə çevrilə bilər, çünki bazarda çoxlu sayda elan və təklif mövcuddur. İnsanlar tez-tez münasib qiymət, yaxşı şərait və əlverişli məkan arasında balans qurmaqda çətinlik çəkirlər. Doğru qərar vermək üçün həm məlumatlı, həm də diqqətli olmaq vacibdir

12.12.2025 252
.

Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?

Yarpaq dolmasının iştahaçan və parlaq görünməsi əsasən düzgün bişirmə üsulu və istifadə olunan inqrediyentlərlə bağlıdır. xəbər verir ki, yarpaq dolmasının parlaq olması üçün təzə və keyfiyyətli, xüsusilə sıxma zeytun yağı seçilməlidir. Dolmalar qazana düzüləndən sonra üzərinə az miqdarda zeytun yağ

14.12.2025 307
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

16.12.2025 284
.

Balığın təzə olub-olmadığını belə yoxlayın

Balığın təhlükəsiz olması üçün onu düzgün seçmək, saxlamaq və hazırlamaq çox vacibdir. xarici mediaya istinadla xəbər verir ki, həkimlərbalıq alarkən nələrə diqqət etməli olduğunuzu, məhsulu necə saxlamaq və bişirmək lazım olduğunu izah edib. Qeyd edilir ki, hətta piştaxtada diri görünən balıq belə

14.12.2025 469
.

TOP MP3