İnsanların yaşlarına uyğun yuxu rejimi

İnsanların yaşlarına uyğun yuxu rejimiİnsan həyatının demək olar ki, 1/3-dən çox hissəsi yuxuda keçir. Yuxu ən yaxşı istirahət növlərindən biridir. Amma bu o demək deyil ki, çox yatmaqla çoxlu istirahət etmək olar. Yatmağın da həddi-hüdudu var. Alimlərin fikrincə, hər bir insan sutkada 7-8 saat yatmalıdır. Bəzi insanlar yumşaq yorğan-döşəkdə, qu tükündən düzəldilmiş yastıqda yatmağı xoşlayırlar. Amma sübut olunub ki, yumşaq yerdə yatmaq orqanizm üçün heç də xeyirli deyil, əksinə zərərlidir.

Kadsudzo Nişinin Sağlamlıq Sistemindəki qaydalara görə, insanlar yatarkən düz və bərk yatağa üstünlük verməlidirlər. Çarpayı o dərəcədə düz və bərk olmalıdır ki, yatan adamı incitməsin. Üstünüzə saldığınız örtük o dərəcədə nazik olmalıdır ki, üşüməyəsiniz. İnsan çalışmalıdır ki, yataqda arxası üstə və düz uzanmağa nail ola bilsin. Düzdür, uzun illərin pis vərdişlərindən (üzü üstə, yanı üstə, ayaqları büküb yatmaq) yaxa qurtarmaq asan deyil. Amma iradəli olub düzgün yatmaq qaydasına əməl etmək vacibdir. Yapon aliminin təlimilərində də bildirilib ki, bu qaydaya əməl edərkən bir müddət yuxunuz qaçacaq, dərhal yanı üstə çevirilməyə cəhd göstərəcəksiniz. Amma yaddan çıxarmaq olmaz ki, əzab çəkməyə dəyər. Çünki tezliklə bunun mükafatı şirin yuxu, sağlam bədən, sağlam ruh olacaq. Qaydalara görə, arxası üstə yatan şəxsə hərdən yanı üçtə çevirilə bilər. Amma belə edəndə qəddi bükmək, büzüşmək olmaz, başlıcası isə iradəli olub bədəni yenidən arxası üstə uzanmağa məcbur etmək lazımdır.

Arxası üstə yatmağın sağlamlığa nə dəxli ola bilər?

Nişi təlimlərinə görə, düz uzanarkən bədənin bütün hissələri yükü bərabər şəkildə bölüşdürür, bir əzaya çox, digərinə az ağırlıq düşmür, qan rahat yayılır. İkincisi, əzəzələlər yumşalır. Üçüncüsü, ayaq üstə qalarkən, yaxud iş masası arxasında əyləşərkən əyilən, yerindən oynayan fəqərələr imkan tapıb düzələcək. Bundan əlavə, bərk yataq dərinin öz funksiyasını düzgün yerinə yetirməyə şərait yaradacaq, qaraciyərin sallanmış vəziyyətə düşməyə qoymayacaq. Bədənin üz qatlarında yerləşən venalar qanı geriyə, ürəyə tərəf rahat qovacaq. Bu da öz növbəsində qaraciyərin fəal işləməsini təmin edəcək. Nəticədə gün ərzində bədənə yığılan gərəksiz maddələr də orqanzimdən xaric olacaq.

Lakin düz və bərk yataqda arxası üstə yatmağın xeyiri bununla bitmir. Belə ki, hərəkətverici sinirlər müxtəlif təzyiqlərə və gərilmələrə məruz qalmır, bütün gecəni dincəlir. Yoğun bağırsaq isə qəbizlik kimi böyük bir bəladan azad olur. Yaddan çıxarmaq olmaz ki, fəqərə sütunu orqanizmin ən kövrək, ən tez sıradan çıxan hissəsisidir. İnsanın bel sütununda yerləşən 33 fəqərənin hər biri çox asanlıqla burxulub yana əyilə bilər. Fəqərə burxularkən əsəbləri və qan damarlarını sıxır, nəticədə müxtəlif xəstəliklər baş qaldırır. Müxtəlif fəqərələrin burxulması müxtəlif xəstəliklər yaradır. Məsələn, burxulma 4-cü fəqərədə baş veribsə, çox ehtimal ki, gözünüz, üzünüz, boynunuz, ağ ciyəriniz, qaraciyəriniz, ürəyiniz, dalağınız, dişləriniz, boğazınız, burnunuz, qulaqlarınız ağrıya bilər.

Nişinin tədqiqatları sübut edib ki, burxulmaya ən çox meyilli olan 1-ci və 4-cü boyun fəqərələri, 2-ci, 5-ci və 10-cu döş fəqərələri, 2-ci və 5-ci qurşaq fəqərələridir. Buna görə də tibb işçisi olmayan hər kəs bilməlidir ki, insan sağlamlığı həm qidadan, həm də fəqərə sütununun vəziyyətindən asılıdır.

Kadsudzo Nişi sübut edib ki, düzgün yatmaq qaydasına əməl edən insanların həm də ömrü uzanır.

ABŞ-da yerləşən "The National Sleep Foundation" (Milli Yuxu Fondu) açıqladığı yeni tədqiqatında müxtəlif yaş kateqoriyalarına məsləhət görülən yuxu müddətini açıqlayıb. Yeni doğulmuş körpədən ən yuxarı yaş həddinə qədər bütün yaş kateqoriyalarını əhatə edən tədqiqatı "Sleep Health" jurnalı bu həftə çap edib.

Məsləhət görülən yuxu müddəti:

- 0-3 aylıq: 14-17 saat

- 4-11 aylıq: 12-15 saat

- 1-2 yaş: 11-14 saat

- 3-5 yaş: 10-13 saat

- 6-13yaş: 9-11saat

- 14-17 yaş: 8-10 saat

- 18-25 yaş: 7-9 saat

- 26-64 yaş: 7-9 saat

- 65 və yuxarı: 7-8 saat

Müqayisə üçün deyək ki, Milli Sağlamlıq İnstitutunun tövsiyəsinə görə, yeni doğulmuşlar 16-18 saat yatmalıdırlar. Məktəbəqədər uşaqlar üçün məsləhət görülən yuxu saatı 11-12 saatdır. Yeniyetmələrə 9-10 saat, yetkin yaşda olanlara və o cümlədən, qocalara 7-8 saat yatmaq məsləhətdir.

Mütəxəssislər xəbərdarlıq edir ki, nizamsız həyat tərzi keçirən, az yatan insanlar öz həyatlarını təhlükə altına atır. Çünki bu cür həyat tərzi ölümlə nəticələnə bilər.

Yuxunun insan həyatı üçün olduqca əhəmiyyətli olduğunu vurğulayan mütəxəssislərin sözlərinə görə, az yatmaq təzyiqin qalxmasına səbəb olur. Xüsusən orta yaşlı insanlar az yatmaqla yüksək təzyiq riskini daha da artırırlar. Araşdırmalar zamanı az yatanların qan təzyiqinin normal səviyyədə yatanlarla müqayisədə yüzdə 83 faiz çox olduğu ortaya çıxıb.

faktxeber.com


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1882   Tarix: 11 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sirr açılır: Alkatras qaçışı yalnız məhbusların zəkası sayəsində mümkün olmayıb

Kağız üzərində mümkünsüz görünən 1962-ci il qaçışının arxasındakı təəccüblü detal üzə çıxıb: Con və Klarens Enqlin qardaşları ilə Frenk Morrisin aylarla davam edən qazıntılarını asanlaşdıran təkcə onların zəkası və yaxşı planı deyilmiş. Qaynarinfo xəbər verir ki, ABŞ tarixinin ən məşhur həbsxana qaçışlarında

16.12.2025 389
.

Kolbasanın üstündə bu söz varsa, qəti almayın

Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib. xəbər verir ki, bu sahə üzər ekspert Yelena Medkovanın sözlərinə görə əsas meyar qablaşdırmanın dizaynı yox, məhsulun texnoloji göstəriciləridir. "Bişmiş kolbasa seçərkən dövlət standartlarına əsaslanmaq olar. Mövcud GOST standartlarında məhsulla

14.12.2025 563
.

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

Mütəxəssislərə görə, kartof qızardarkən duz kartoflar yağdan çıxan kimi, yəni hələ isti və üzəri yağlı ikən əlavə edilməlidir. Çiy kartofa və ya qızartma zamanı duz atmaq, kartofun suyunu buraxmasına və çıtırlığını itirməsinə səbəb olur. İsti səthə səpilən duz isə həm daha yaxşı yapışır, həm də dadı

13.12.2025 315
.

Dünyanın ən yaxşı 100 mətbəxi açıqlandı: Azərbaycan neçəncidir?

Dünyanın ən yaxşı mətbəxləri açıqlanıb. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, beynəlxalq qiymətləndirmələrə görə, ləzzət sıralamasında aşağıdakı 100 ölkə yer alıb. Siyahıda Azərbaycan və ona sərhəd ölkələr - Türkiyə, Qazaxıstan, Rusiya, İran, Ermənistan və Gürcüstan yer alıb. Həmin siyahın

08.12.2025 1957
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

11.12.2025 260
.

Kirayə ev tapmaq üçün ən etibarlı üsullar

Kirayə ev tapmaq bəzən göründüyündən daha çətin prosesə çevrilə bilər, çünki bazarda çoxlu sayda elan və təklif mövcuddur. İnsanlar tez-tez münasib qiymət, yaxşı şərait və əlverişli məkan arasında balans qurmaqda çətinlik çəkirlər. Doğru qərar vermək üçün həm məlumatlı, həm də diqqətli olmaq vacibdir

12.12.2025 252
.

Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?

Yarpaq dolmasının iştahaçan və parlaq görünməsi əsasən düzgün bişirmə üsulu və istifadə olunan inqrediyentlərlə bağlıdır. xəbər verir ki, yarpaq dolmasının parlaq olması üçün təzə və keyfiyyətli, xüsusilə sıxma zeytun yağı seçilməlidir. Dolmalar qazana düzüləndən sonra üzərinə az miqdarda zeytun yağ

14.12.2025 307
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

16.12.2025 284
.

Balığın təzə olub-olmadığını belə yoxlayın

Balığın təhlükəsiz olması üçün onu düzgün seçmək, saxlamaq və hazırlamaq çox vacibdir. xarici mediaya istinadla xəbər verir ki, həkimlərbalıq alarkən nələrə diqqət etməli olduğunuzu, məhsulu necə saxlamaq və bişirmək lazım olduğunu izah edib. Qeyd edilir ki, hətta piştaxtada diri görünən balıq belə

14.12.2025 469
.

TOP MP3