İtburnunun faydaları

İtburnunun faydalarıİtburnu xalq təbabətində həm təzə, həm də qurudulmuş şəkildə çox geniş istifadə olunur.
Bu giləmeyvənin nadir xüsusiyyətləri onu bir çox xəstəliklər və pozulmalar zamanı çox təsirli müalicəvi vasitə edir.

Bu giləmeyvə çox zəngin kimyəvi tərkibinə malikdir: vitaminlər (C, B qrupu, P, K, E), karotin, minerallar (kalium, kalsium, maqnezium, dəmir, fosfor, mis və s.), orqanik turşular (alma turşusu, limon turşusu), efir yağları, fitonsidlər, pektinlər və s. Məhz bu səbəbdən itburnu təbii polivitamin sayılır. Uşaqlara, yaşlı, zəiflənmiş, xəstə insanlara itburnu dəmləməsini (çayını və s.) ümumi möhkəmləndirici vasitə kimi vermək olar.

İlk növbədə itburnu C vitamini ilə çox zəngindir. C vitamini orqanizmdə gedən bir çox proseslərdə iştirak edir. C vitamini güclü antioksidantdır. Bu o deməkdir ki, bu vitamin orqanizmi qocalma və dağılma proseslərindən qoruyur, bu prosesləri ləngidir. C vitamini ilə zəngin olan itburnu dəmləməsi orqanizmi cavanlaşdırır, dərini daha elastik və hamar edir.

İtburnu insanın immun sistemini möhkəmləndirir, orqanizmin virus və infeksiyalarına qarşı davamlılığını artırır. Bu xüsusilə soyuq fəsillərdə vacibdir. Əgər siz hər gün 1 çay qaşığı təbii bal əlavə olunmuş 1 stəkan itburnu dəmləməsi qəbul etsəniz, soyuqdəymə xəstəliklərindən qorunmuş olacaqsınız.
Uşaqlar üçün bu xüsusilə vacibdir. Uşaqlara hər gün bal əlavə olunmuş 1/2 stəkan itburnu dəmləməsini vermək olar.
C vitamini və rutinlə zəngin olan itburnu damarların elastikliyini artırır, damarları möhkəmləndirir, varikoz xəstəliyi zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər. Bundan əlavə itburnu damarları artıq xolesterindən təmizləyir və bu səbəbdən ateroskleroz xəstəliyinin profilaktikasında geniş istifadə olunur.
Pediatriyada itburnu dəmləməsinin qəbulu burun qanaxmalarına meyilli olan uşaqlara tövsiyə olunur.

Sidikqovucu təsirinə malik olan itburnu bəzi böyrək və sidik kisəsi xəstəlikləri zamanı köməkçi müalicəvi vasitə kimi istifadə olunur.
İtburnu həmçinin ödqovucu təsirinə malikdir və bu səbəbdən xolesistit (öd kisəsinin iltihabı) xəstəliyinin müalicəsində istifadə olunur.
İtburnu ürək-damar sisteminə və qanın tərkibinə müsbət təsir edir, arterial təzyiqinin tənzimlənməsinə kömək edir.
İtburnu tumlarından efir yağı hazırlanır. Bu yağ çox güclü yarasağaldan və iltihabəleyhinə təsir edir. İtburnu dərinin regerasiya (bərpa) proseslərini sürətləndirir və bu səbəbdən itburnu yağı yanıqların, dermatozların, trofik xoraların müalicəsində istifadə olunur. Uşaqlarda müxtəlif sıyrıntılar, kəsiklər və s. dəri zədələnmələri zamanı itburnu yağını təbii müalicəvi vasitə kimi istifadə etmək olar.
İtburnu sinir sisteminə də müsbət təsir edir, yaddaşı möhkəmləndirir.
İtburnu dəmləmə, çaylar, kisel şəklində istifadə olunur. Ən populyar vasitə itburnu dəmləməsidir. Lakin bu dəmləməni düzgün hazırlamaq lazımdır. Bu çox vacibdir. 1 xörək qaşığı itburnu üçün 1 stəkan qaynar su götürülür. İtburnu yaxşı əzilir, termosa qoyulur, üzərinə qaynar su tökülür və 6-8 saat ərzində dəmlənilir. Daha sonra dəmləməni bir neçə dəfə tənzifdən yaxşı süzmək lazımdır ki, itburnunun içərisində olan nazik tükcüklər dəmləməyə düşməsin. Bu tükcüklər mədə-bağırsaq sisteminə qıcıqlandırıcı təsir edir.
Dəmləməni gün ərzində 1-2 stəkan miqdarında içmək olar. Dəmləməni 1-2 həftə ərzində qəbul edin, sonra 1-2 həftə fasilə verin və yenə qəbul edin.

ailem.az


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2912   Tarix: 08 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

TOP MP3