Əhaliyə XƏBƏRDARLIQ edildi - İyul və avqust aylarında...
"Regional və qlobal iqlim dəyişiklikləri fonunda Azərbaycanda yay fəsli kəskin dinamik meteoroloji proseslərlə xarakterizə olunur. Sinoptik proqnozlar təsdiqləyir ki, yay mövsümündə havanın orta temperaturu çoxillik iqlim normasından yüksək olacaq və fəsil iki əsas fazada inkişaf edəcəkdir. Mövsümün başlanğıcını əhatə edən nisbi sabitlik fazasında temperatur iqlim norması daxilində tərəddüd edir".
Bu fikirləri Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov "konkret.az"a açıqlamasında səsləndirib:
"İyul və avqust aylarında müşahidə edilən termik maksimum fazasında isə cənub mənşəli hava kütlələrinin intensiv daxil olması ilə mütləq maksimum temperatur kəskin yüksəlir; Bakıda bəzi günlərdə 35-38°C, Mərkəzi Aran və Naxçıvanda isə 38-41°C, bəzən daha yüksək isti qeydə alınır".
Ekspert qeyd vurğulayır ki, proqnoz modelləri yay ayları ərzində yağıntıların paylanmasında kəskin qeyri-bərabərlik göstərir.
"Ölkə üzrə mövsümlük yağıntının miqdarının iqlim normasından az və ya normaya yaxın olacağı gözlənilsə də, dağlıq və dağətəyi rayonlarda, xüsusilə Balakən-Şəki, Quba-Xaçmaz, Qarabağ və Şərqi Zəngəzur zonalarında konvektiv buludluluğun inkişafı, lokal xarakterli intensiv leysan, şimşək və dolu düşmə ehtimalı yüksəkdir. Bununla əlaqədar olaraq dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.
Yay aylarında temperaturun bəzən çoxillik iqlim normasından yüksək olması birbaşa irimiqyaslı atmosfer sirkulyasiyası ilə bağlıdır. Cənub-şərqdən və cənub-qərbdən ölkə ərazisinə daxil olan quru tropik hava kütlələri temperaturun sıçrayışlı artmasına səbəb olur. Subregional səviyyədə antisiklon sahələrinin formalaşması buludluluğu minimuma endirir, insolyasiyanı intensivləşdirir və havanın enən hərəkətlərlə dinamik qızmasına gətirib çıxarır".
C.Hüseynovun sözlərinə görə, ölkənin mürəkkəb relyefi yay istilərinin coğrafi paylanmasında kəskin fərqlər yaradır.
"Mərkəzi Aran və Naxçıvan kimi termik depressiya bölgələrində iqlimin kontinentallığı və relyefin qapalı strukturu istiliyin akkumulyasiyasına şərait yaradır və temperatur asanlıqla 40°C və üzərinə yüksəlir. Abşeron yarımadası və sahilyanı ərazilərdə isə Xəzər dənizinin termik ətaləti mövsümün əvvəlində kəskin istilərin qarşısını qismən alır.
Lakin dəniz suyunun qızması və cənub-şərq küləklərinin üstünlük təşkil etməsi bürkü effekti yaradaraq effektiv temperaturu xeyli artırır.
Yay aylarında anomal isti günlərin tezliyinin və intensivliyinin artması qlobal istiləşmə, həmçinin El-Ninyo və La-Ninya cərəyanlarının regional fəsadları ilə birbaşa korrelyasiya təşkil edir. Son müşahidələr göstərir ki, Azərbaycanda yay fəsli klimatoloji olaraq daha aqressiv xarakter almaqla, daha tez başlayan və uzun sürən anomal istilik dalğaları ilə müşayiət olunur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 884 Tarix: 21 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdamın azad olunması müharibənin dönüş nöqtəsi idi
Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon
11:15 230 Məşhur əsərdə 20 növ mikrob aşkarlandı
Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun
13.11.2026 402 Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus
15:40 181 Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək
Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi
19:04 188 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi
Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku
14:15 251 Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy
14:36 238 Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını
17:50 201 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
13:57 214 Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
20:15 131