Allah Rəsulunun dolanışığı necə idi?

Allah Rəsulunun dolanışığı necə idi?Mənbə: http://zikr.az

Ömər ibn Xəttab demişdir: Bir gün mən Rəsulallahın (salallahu aleyhi və səlləm) yanına gəlib onun həsirin üstündə uzandığını, başını içi xurma lifi ilə doldurulmuş bir yastığa söykədiyini və həsirin də onun böyrünə iz saldığını gördüm və ağlamağa başladım. Rəsulullah məndən: "Niyə ağlayırsan?" deyə soruşdu. Mən dedim: "Xosrov və Qeysər (Fars və Rum padşahları) cah-cəlalləq içində yaşayır, sən isə Allahın rəsulu olduğun halda belə acınacaqlı vəziyyətdə yaşayırsan". Onda Rəsulullah dedi: "İstəmirsən ki, dünya onlara, Axirət isə bizə nəsib olsun?!" (Buxari, 4532)

İbn Məsud rəvayət edir ki, (bir dəfə) Peyğəmbər həsirin üstündə uzanıb yatdı (və həsir onun böyrünə iz saldı). Oyandıqda mən əlimi onun böyrünə sürtə-sürtə dedim: "Ya Rəsulullah, izin ver, sənin rahatlığın üçün bu həsirin üstünə yumşaq bir şey sərək". Onda Rəsulullah belə buyurdu: "Mənimlə dünyanın məsəli, ağacın kölgəsi altında dincini aldıqdan sonra, o kölgəliyi tərk edən atlının məsəlinə bənzəyir" (Sunən ət-Tirmizi, 2/60)

Aişə demişdir: "Olurdu ki, biz -- Muhəmmədin ailəsi bir ay od qalamırdıq (isti yemək bişirmirdik). Evimizdə ancaq xurma və su olardı" (Buxari, 2428)
Başqa rəvayətdə Aişə demişdir: "Muhəmmədin ailəsi Mədinəyə gəldiyi gündən onun vəfat etdiyi günədək heç vaxt üç gün dalbadal buğda çörəyindən doyunca yeməmişdir" (Səhih əl-Buxari, 5416). Bu dəlildir ki, Rəsulullah evində nəinki bir illik, yaxud bir aylıq və ya bir həftəlik ərzaq ehtiyatı saxlayar, hətta bir neçə günlük belə evində ərzaq olmazdı. Əksinə, Rəsulullah dua edib deyərdi: "Allahım, Muhəmmədin ailəsinə gündəlik yemək nəsib et!" (Səhih əl-Buxari, 6460).

Malik ibn Dinar demişdir: "Rəsulullah nadir hallar istisna olmaqla, çörəkdən və ətdən doyunca yeməmişdir. Mən bədəvilərin birindən: "Nadir hal nədir?" - deyə soruşdur. O: "Camaatla bir yerdə yemək yeməsidir" - deyə cavab verdi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 3668   Tarix: 20 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836