Liderlərin qeyri-adi hərəkətləri

Liderlərin qeyri-adi hərəkətləri- Dünya liderlərinin bir-birinə müxtəlif hədiyyələr etdiyini bilirik. Şokolad, kostyum, qalstuk, saat... Zimbabvenin siyasi liderlərindən olmuş Robert Muqabenin dostu Kim Yonq İlə bağışladığı hədiyyə isə tamamilə fərqli olub. O, Koreya prezidentinə fil hədiyyə edibmiş.

- Haitinin prezidenti olmuş Fransua Dyuvalye qara itlərə nifrət edirmiş. O, öz ölkəsində qara it görmək istəmirmiş. Fərman verərək bütün qara itlərin öldürülməsini əmr edib. Belə görünür ki, onun psixoloji problemləri olub. Çünki 1971-ci ildə ABŞ prezidenti Kennedinin ölümündə özünü günahkar olduğunu deyərək onun məzarına adam göndərib. Həmin adam məzarın ətrafındakı havanı yığaraq prezidentə gətirməliydi. Məqsəd həmin havanı udaraq Kennedinin ruhuna sahiblənməkmiş.

- Şimali Koreyanın keçmiş prezidenti Kim Yonq İl bir gün atdan yıxılaraq yaralanır. Vurulan ağrıkəsicilərin onda asılılıq yaradacağından qorxan Şimali Koreya rəhbəri ətrafındakı bütün vəzifəli adamlara bu iynələrdən vurulmağını əmr edir. Beləliklə, rəhbərlikdəki şəxslər arasında ağrıkəsicilərdən asılılıq təkcə onda olmayacaqdı.

- Liviyanın keçmiş prezidenti Müəmmər əl-Qəzzafi də qeyri-adilikləri yadda qalıb. Kennedini İsrailin öldürdüyünü iddia edən, "Yuventus"u sevdiyi üçün klubun səhmlərinin 7.5 faizini alan Qəzzafi öz cangüdənlərini bakirə qızlardan seçirmiş. "Amazon cangüdənlər" adlanan bu qadınlar, atəş açma, əlbəyaxa döyüş təlimi keçərək şəxsən Qəzzafi tərəfindən seçilirdi.

- Dominikan Respublikasının mərhum prezidenti Rafael Trujillo ailəsini çox sevirdi. Oğlu Ramifisə 3 yaşında polkovnik rütbəsi vermişdi, qızına kraliça tacı taxmışdı. Arvadını isə hamıdan çox sevirdi. Onun adının Dominikan Respublikasından kənara çıxmasını təmin etmək üçün Nobel Ədəbiyyat Mükafatı almasını istəyirdi. Bunun üçün hətta bir lobbi də yaratmışdı. Problem bundaydı ki, qadının savadı yox idi, oxuyub-yazmağı da bacarmırdı.

- Uqanda diktatoru İdi Amin 300 mindən çox insanın ölümünə görə günahkar olsa da, qəlbi sevgi ilə dolu imiş. Ailə həyatı qurmaq, evlənmək onun da arzusu imiş. Sadəcə evlənmək üçün deyəsən bir az düzgün olmayan insanı seçmişdi. İdi Amin İngiltərə kraliçasına məktub yazıb ona eşq elan etmişdi. Onunla evlənmək istədiyini bildirirdi. Özünü də gələcəkdə Şotland kralı kimi görürdü. Amma bu məktubların heç birinə kraliça cavab yazmamışdı.

- Ekvatorial Qvineya prezidenti Fransisko Masias Nqema da qəribə adam olub. Bir dəfə elektrik stansiyalarında yağ istifadə edilməsini qadağan etmişdi. Nqema düşünürdü ki, özünün sehrli gücü stansiyanın işləməsi üçün kifayət edir. Amma stansiya işləmədi. Belə qeyri-adi "kəşf"lərinə görə intellektual insanlar tərəfindən tənqid olunurdu. Buna görə də Nqema onlara nifrət edirdi. Nəhayət o qədər əsəbiləşdi ki, ölkədə özəl məktəbləri qadağan etdi, açıq şəkildə ölkədə intellektual insan görmək istəmədiyini bəyan elədi.

- Türkmənistanın prezidenti Saparmurat Niyazov da dünyada özünün qeyri-adi işləri ilə tanınırdı. Ayların və günlərin adlarını öz nəslindən olan insanların adları ilə dəyişmişdi. Baleti, maşında radioya qulaq asmağı qadağan etmişdi. Yazdığı "Ruhnamə" əsərinin hamı tərəfindən oxunması məcburi idi. Məsələn, sürücülük vəsiqəsi almaq istəyənlər bu kitab barəsində olan suallara da cavab verməliydi. Hətta əsərinin bir nüsxəsini raketlə kosmosa da göndərib. Qəzetlər isə yazırdı ki, dünyanı fəth edən "Ruhnamə" indi də kosmosu fəth edəcək.

bizimyolinfo


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2998   Tarix: 17 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571