Futbol matçı nümayişə çevrildi

Futbol matçı nümayişə çevrildi100-dən çox azarkeş anti-Putin mahnısına görə saxlanıb

Belarusda 2016-cı il Avropa çempionatının seçmə matçında Rusiya prezidenti Vladimir Putin barədə təhqiramiz mahnı oxuduqlarına görə 100-dən çox azarkeş saxlanılıb. Sonradan bütün stadion onlara qoşularaq oxuyub.

Həm yerli, həm də qonaq azarkeşlər 2016-cı ilin Avropa çempionatının seçmə oyunları çərçivəsində Borisovda keçirilən Ukrayna-Belarus matçında bir araya gələrək Ukraynada Putinə qarşı xalq etirazını bildirən mahnını böyük bir ruh yüksəkliyi ilə oxuyublar.
Xəbər verilir ki, Belarus azarkeşləri də ukraynalılarla həmrəylik əlaməti kimi Kiyevdəki Maydan etirazlarında məşhurlaşmış "Slava Ukraini" (Ukraynaya eşq olsun) şüarını səsləndiriblər. Ukraynalılar bunun təşəkkürünü "Jive Belarus" (Yaşasın Belarus) şüarı ilə veriblər.

Matçdan sonra 100-dək ukryanalı və 30 belarus "təhqiramiz ifadələrdən istifadə etməkdə şübhəli" kimi yerli DTK məntəqəsinə aparılıb. Bu barədə xəbəri Charter '97 saytı yayıb.

Xəbərlərdən birinə görə onlardan bəziləri məhkəmə qarşısına çıxarılacaq və onları 5 gün müddətinə azadlıqdan məhrum edə bilərlər. Ukrayna azarkeşlərinin isə deportasiya ediləcəkləri gözlənilir.

Qeyd edək ki, bu Anti-Putin mahnısının səs-küyə səbəb olduğu ilk dəfə deyil. İyun ayında Rusiya rəsmiləri Putini təhqir edən Kiyev etirazçılarına qoşulduğu üçün Ukraynanın xarici işlər naziri Andriy Deşçitsanın istefasını tələb etmişdilər.

Ümumiyyətlə isə Moskva hakimiyyəti "rəngarəng dildən" istifadəyə yaxşı baxmır və parlament ötən apreldə filmlərdə belə, mahnı və başqa incəsənət növlərində söyüşlərdən istifadəsini qadağan edən qanun qəbul edib.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1430   Tarix: 12 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

Millimizin keçmiş voleybolçusu toy etdi - FOTOLAR

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub. -a istinadən xəbər verir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub. Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. Cütlük şad gününü Kiyev vilayətind

24.08.2021 1745
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093