Günəş və Ay tutulmaları haqqında nələr bilirik?

Günəş və Ay tutulmaları haqqında nələr bilirik?Yeri də, Ayı da Günəş işıqlandırır. Ona görə Ay və Yer Günəşdən əks tərəflərinə kölgə və yarımkölgə salır. Ayın diametri 400 dəfə, Yerinki isə 110 dəfə Günəşin diametrindən kiçik olduğundan kölgələri konus şəkillidir. Yer Ayın kölgəsindən keçəndə Günəş, Ay Yerin kölgəsindən keçəndə Ay tutulur.

Günəş tutulmaları. Günəş tutulması Ay Yerlə Günəşin arasında olanda, yəni təzə Ay fazasında ola bilər.
Ay Yer ətrafında ellips boyunca hərəkət edir. Ellipsin fokuslarından birində Yerin mərkəzi yerləşir. Ona görə Ayın Yer ətrafında bir tam dövründə bir dəfə Yerə minimum (perigeydə), bir dəfə maksimum məsafədə (apogeydə) olur. İndi fərz edək ki, Ay apogeydə olanda Yer də Günəşdən minimum məsafədədir. Buna periheli məsafəsi deyilir. Bu vəziyyətdə Ayın Yerdən görünən ölçüsü ən kiçik, Günəşinki isə ən böyük oıur. Əgər Günəş tutulması bu zaman baş verərsə Ay diski Günəş diskini tam örtə bilmir, Günəş diskinin halqavari kənarı işıqlı qalır. Belə tutulma halqavari Günəş tutulması adlanır.

Günəş və Ay tutulmaları haqqında nələr bilirik?Tam Günəş tutulması zolağının eni 270 kilometrdən böyük olmur. Odur ki, tam Günəş tutulması aramsız olaraq qərbdən şərqə tərəf "sürüşən" çox ensiz zolaqda müşahidə olunur.
Bunun səbəbi Yerin ətrafında böyük sürətlə dolanan Ayın kölgəsinin Yerin səthində 1 kim/san sürətlə şərqdə tərəf "qaçmasıdır" (məsələn, Avropadan Asiyaya, yaxud Cənubi Amerikadan Atlantik okeanından keşməklə Afrikaya tərəf). Əsasən bu səbəbdən də Yerdə tam tutulma zolağında olan bir məhəldə tutulma 7 dəqiqədən uzun çəkmir; çox zaman isə 2-3 dəqiqə davam edir. Hər il ən azı iki Günəş tutulması baş versə də eyni bir məhəldə-ərazidə xüsusilə tam Günəş tutulması zamanı nadir hadisədir-200-300 ildə bir dəfə.
Ay Yer ətrafında qərbdən şərqə doğru, yəni üzümüzü cənub tərəfə tutduqda sağdan sola doğru dolandığı üçün Günəş tutulması Günəş diskinin qərb (sağ) kənarından başlayır, zaman keçdikcə tutulan hissə böyüyür, sonra sol kənarda çox ensiz oraq dərhal itir və tam Günəş tutulması başlayır. Tam tutulma zamanı qaranlıq Günəş diski ətrafında parlaq mənzərə müşahidə olunur. Bu, Günəş tacıdır. Tam tutulma qurtaranda qabarıq tərəfi sağda olan oraq parlayır, genişlənir və nəhayət tutulma sona çatır (6-9 ardıcıllığı ilə).

Günəş və Ay tutulmaları haqqında nələr bilirik?2.Ay tutulmaları. Ay Yerin kölgəsinə daxil olanda tutulur. Bu, bədirlənmiş Ay fazasında, yəni Yer Ayla Günəş arasında olanda baş verə bilər. Ay Yerin kölgəsinə daxil olanda tam, yarımkölgəsinə daxil olanda tarımçıq tutulur. Yerin diametri Ayınkından təqribən dörd dəfə böyük olduğundan Yerdən Aya qədər məsafədə Yer kölgəsinin eni Ayın diametrindən 2,5 dəfə böyük olur. Odur ki, tam Ay tutulması iki saata yaxın davam edə bilər.
İl ərzində iki Günəş tutulması mütləq baş verdiyi halda Ay tutulması olmaya da bilər. Lakin eyni məhəldə Ay tutulmaları tez-tez müşahidə oluna bilər. Bunun səbəbi günəş tutulmasının eni 270 km olan zolaqda, Ay tutulmasının isə eyni vaxtda Yerin Aya tərəf yönələn yarımkürəsində görünməsidir.

Günəş və Ay tutulmaları ilə bağlı onu da qeyd edək ki, hər bədirlənmiş Ayda Ay, təzə Ayda Günəş tutulmur. Bunun səbəbi Ayın Yer ətrafında dolanma müstəvisinin ekliptika ilə üst-üstə düşməsidir. Ayın hərəkət müstəvisi ekliptika ilə orta hesabla 5º9′ bucaq altında kəsişir. Kəsişmə xəttinin uc nöqtələrinə Ay düyünləri deyilir. Ay və Günəş tutulmaları elə bədirlənmiş Ayda və təzə Ayda baş verir ki, bu fazalar həmin iki düyündən birinin yaxınlığında olsun.
Günəşin kütləsi Ayın kütləsindən 27 milyon dəfə böyük olduğu üçün Günəş Ayın hərəkətini çox böyük qüvvə ilə sarsıdır. Bu qüvvətli təsirlərdən biri də Ayın orbit müstəvisinin fəzada 18 il 10-11 sutka periodla tam fırlanmasıdır. Məhz hər 18 il 10-11 sutka ərzində baş verən Günəş tutulmaları növbəti müddətdə azacıq fərqlə təkrarlanır. Elə buna görə də Günəş və Ay tutulmalarını çox qədimlərdən təqribi xəbər verə bilirmişlər. İndi tutulmaların yeri və vaxtı 10 illərlə əvvəlcədən çox böyük dəqiqliklə hesablanır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 13971   Tarix: 23 aprel 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sirr açılır: Alkatras qaçışı yalnız məhbusların zəkası sayəsində mümkün olmayıb

Kağız üzərində mümkünsüz görünən 1962-ci il qaçışının arxasındakı təəccüblü detal üzə çıxıb: Con və Klarens Enqlin qardaşları ilə Frenk Morrisin aylarla davam edən qazıntılarını asanlaşdıran təkcə onların zəkası və yaxşı planı deyilmiş. Qaynarinfo xəbər verir ki, ABŞ tarixinin ən məşhur həbsxana qaçışlarında

16.12.2025 389
.

Kolbasanın üstündə bu söz varsa, qəti almayın

Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib. xəbər verir ki, bu sahə üzər ekspert Yelena Medkovanın sözlərinə görə əsas meyar qablaşdırmanın dizaynı yox, məhsulun texnoloji göstəriciləridir. "Bişmiş kolbasa seçərkən dövlət standartlarına əsaslanmaq olar. Mövcud GOST standartlarında məhsulla

14.12.2025 563
.

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

Mütəxəssislərə görə, kartof qızardarkən duz kartoflar yağdan çıxan kimi, yəni hələ isti və üzəri yağlı ikən əlavə edilməlidir. Çiy kartofa və ya qızartma zamanı duz atmaq, kartofun suyunu buraxmasına və çıtırlığını itirməsinə səbəb olur. İsti səthə səpilən duz isə həm daha yaxşı yapışır, həm də dadı

13.12.2025 315
.

Dünyanın ən yaxşı 100 mətbəxi açıqlandı: Azərbaycan neçəncidir?

Dünyanın ən yaxşı mətbəxləri açıqlanıb. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, beynəlxalq qiymətləndirmələrə görə, ləzzət sıralamasında aşağıdakı 100 ölkə yer alıb. Siyahıda Azərbaycan və ona sərhəd ölkələr - Türkiyə, Qazaxıstan, Rusiya, İran, Ermənistan və Gürcüstan yer alıb. Həmin siyahın

08.12.2025 1957
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

11.12.2025 260
.

Kirayə ev tapmaq üçün ən etibarlı üsullar

Kirayə ev tapmaq bəzən göründüyündən daha çətin prosesə çevrilə bilər, çünki bazarda çoxlu sayda elan və təklif mövcuddur. İnsanlar tez-tez münasib qiymət, yaxşı şərait və əlverişli məkan arasında balans qurmaqda çətinlik çəkirlər. Doğru qərar vermək üçün həm məlumatlı, həm də diqqətli olmaq vacibdir

12.12.2025 252
.

Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?

Yarpaq dolmasının iştahaçan və parlaq görünməsi əsasən düzgün bişirmə üsulu və istifadə olunan inqrediyentlərlə bağlıdır. xəbər verir ki, yarpaq dolmasının parlaq olması üçün təzə və keyfiyyətli, xüsusilə sıxma zeytun yağı seçilməlidir. Dolmalar qazana düzüləndən sonra üzərinə az miqdarda zeytun yağ

14.12.2025 307
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

16.12.2025 284
.

Balığın təzə olub-olmadığını belə yoxlayın

Balığın təhlükəsiz olması üçün onu düzgün seçmək, saxlamaq və hazırlamaq çox vacibdir. xarici mediaya istinadla xəbər verir ki, həkimlərbalıq alarkən nələrə diqqət etməli olduğunuzu, məhsulu necə saxlamaq və bişirmək lazım olduğunu izah edib. Qeyd edilir ki, hətta piştaxtada diri görünən balıq belə

14.12.2025 469
.

TOP MP3