Yəhudi jurnalistdən dəhşətli Xocalı həqiqətləri

Yəhudi jurnalistdən dəhşətli Xocalı həqiqətləri"Qadınların sinələri qənimət götürüldü".

Bakıda 20 yanvar faciəsi heç vaxt Qorbaçova nüfuz gətirmədi. Həmin vaxt müxtəlif ölkələr Bakı faciəsinə qiymət verdi, əsl qiyməti isə Türkiyə, İran və İsrail vermişdi. Amma İranın Bakıdakı konsulluğunun üstündən antisionist bayraq asılsa da, azərbaycanlılara daha yaxın olan yəhudilər idi. Çünki onlar uzun illər bir yerdə yaşayırdılar.

Bu barədə Bakı yəhudisi, 90-cı illərdə Azərbaycanda jurnalist kimi çalışan Pyotr Lyukimson o dövrdəki hadisələrə həsr olunan məqaləsində deyir.

Onun sözlərinə görə, 22 yanvarda həlak olanların cəsədləri tabutda şəhərin ən yüksək yerinə dəfn edilmək üçün çiyinlərdə aparılırdı: "Burda Şəhidlər Xiyabanı yaradılmışdı. Orda torpağın altında bir-birinə ən yaxın yatanlar azərbaycanlı və yəhudilər idi. Bir müddət keçdi, Bakı normal həyata qayıtmaq istəyirdi. Senzura altında olsa da, televiziya fəaliyyətə başladı, mətbuat çıxdı. Küçələrdə, hər evin divarında "Sovet ittifaqı kommunist partiyası– faşistlərin partiyası", "Qorbaçov Hitlerin varisidir", "İşğalçılar, rədd olun şəhərdən" şüarları yazılmışdı. Heç nəyi xalqın yaddaşından silmək mümkün deyildi. Həmin vaxt Ermənistan yeni parlament respublikasını elan etdi. Yalnız o zaman Moskvada anladılar ki, Qarabağda baş verənlər kənardan gətirilmiş döyüşçülər tərəfindən həyata keçirilib – Livandan və müxtəlif yerlərdən gələn ermənilər azərbaycanlılara qarşı vəhşi hərəkətlər etmişdi. Yalnız bu, son deyilmiş.

Bu hadisələr davam etdiyi vaxt, Ermənistandan gəlmiş "uzunsaqqallılar" Azərbaycan televiziyasını partlatmaq istədilər, amma onlar əsir götürüldü. Erməni tərəfi isə onların "milis" (polis-red) olduğunu iddia etdilər. Amma çoxlarına məlum idi ki, onlar məşhur erməni terroristləridir. Həmin vaxt ermənilər silahlanmanı gücləndirdi və Qarabağa hərəkətə keçdilər".

P.Lyukimson qeyd edir ki, müharibə 1991-ci ildə başlandı. Onun sözlərinə görə, hücuma keçən ermənilər kişiləri girov götürdü: "Qadınlarsa zorlandı. Bir kənddə isə bütün qadın və uşaqları anbara salaraq yandırdılar. Azərbaycan mətbuatı qarnı yarılmış hamilə qadının kömürə dönmüş cəsədinin fotosunu dərc etdi. Əlverişli şəraitdən istifadə edən Ermənistan Qarabağda və ətraf rayonlarda irihəcmli hərbi əməliyyatlara başladı. Başqa ölkənin ərazisini işğal etmələrini ermənilər həmişəki kimi "özünümüdafiə" adlandırırdı. 1991-1992-ci ildə Ermənistan bəyan etdi ki, Azərbaycan torpaqlarına iddialı deyillər və Qarabağda insan hüquqlarının müdafiəsinə çalışırlar. Bütün bunlar "dünya ictimai rəyi" ilə qəbul edildi və təcavüzkar Ermənistan insan hüquqlarının qorunması uğrunda mübarizə aparan ölkəyə çevrildi. Dağlıq Qarabağda referendum keçirildi və qondarma olan, amma özlərini ayrıca respublika elan edən "Dağlıq Qarabağ Respublikası" meydana gəldi. Ən maraqlısı isə, Levon ter-Petrosyanın şəxsi ordunun yaradılmasından rəsmi qaydada imtina etməsi idi. Çünki buna qədər artıq erməni ordusu yaradılmışdı. Qışın sonunda "mövcud olmayan" erməni ordusu Qarabağ və ətraf rayonlara hücuma keçdi. Azərbaycan ordusu geri çəkildi, bir sıra rayonlar tərk edildi, həmçinin Xocalı. Xocalının yüzlərlə sakininin başı kəsildi, gözləri çıxarıldı. Qadınların sinələri kəsilərək qənimət götürüldü.

Sağ qalmış şahidlər danışırdı ki, dördyaşlı Azərbaycan qızı anasının gözü önündə zorlandı. Onun anası və bacılarını güllələdilər. Ardınca qaliblər cəsədi təhqir etmək üçün növbəyə düzüldü. Heç kəs Xocalı faciəsini açmağa çalışmadı. Sadəcə olaraq, quş hündürlüyündən jurnalistlər cəsədləri, yandırılmış şəhəri çəkə bildi. Həqiqətən də bu, sürrealist görüntü idi. Ermənilər tələsik car çəkdilər ki, bütün bunlar iki tərəfin müharibəsi zamanı baş verib. Tezliklə Xocalı faciəsi Azərbaycanın digər rayonlarında da təkrarlandı".

Yəhudi jurnalist bildirir ki, bütün dünya bu gün yanlış olaraq bu qorxunc münaqişədə dil tapmağa çağırır.

publika


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3764   Tarix: 17 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585