Qəzəblənmə!

Qəzəblənmə!Mənbə: http://zikr.az

      İslam dini insanlara gözəl əxlaqı əmr edir. Mülayim olmaq və qəzəbi tərk etmək gözəl əxlaqdan irəli gəlir. Kim tez qəzəblənərsə, pisliklərə dözməz və bir pislik baş verəndə özünü idarə edə bilməz. Ona görə İslam mülayim olmağı və qəzəblənməməyi əmr etmişdir. Allah təala buyurur:
"Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin. O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir" (Ali İmran, 133‐134).
Peyğəmbər - sallallahu aleyhi və səlləm - mülayimliyin Allah tərəfindən sevilən xasiyyət olduğunu bildirərək Abdullah İbn Əşəcc əl‐Qeys adlı səhabəsinə belə demişdir:
ʺSəndə Uca Allahın sevdiyi iki xislət vardır: mülayimlik və təmkinli olmaqʺ.
Qəzəb bütün şəri özündə cəm edir. Ağıllı və xeyirxah insan qəzəbli halda pis işlər və qatı cinayət törədə bilər. Rəvayət edilir ki, bir kişi Peyğəmbərin yanına gəlib dedi:
"Mənə nəsihət et! Peyğəmbər buyurdu: ʺQəzəblənməʺ həmin adam sualını bir neçə dəfə təkrar etdi və Peyğəmbər hər dəfə eyni cavabı verdiʺ.  (əl-Buxari, 6116).
İslam müsəlmana mülayimliyi, geniş qəlbli olmağı və əziyyətə dözməyi öyrədir. Bunlara əməl etdikdə insanın qəlbi rahat olur. Mülayim olan insanı hər kəs sevər. Əgər kimsə ona pislik etsə, o buna səbir edər, pislik edən adamın günahından keçər. Bunu görən həmin adam etdiyi pisliyə görə özünü məzəmmət edər və peşman olar.
İslam dini insanın ehtiyacı olan hər bir şey haqqında danışmışdır. İslam dini sadəcə olaraq gözəl əxlaqı əmr etmir, hətta buna nail olmağın yolunu göstərir. Belə ki, Peyğəmbər qəzəblənən adama şeytanın şərindən Allaha sığınaraq:
ʺƏuzu billəhi minəş şeytanir racimʺ deməyi buyurmuşdur. Çünki qəzəb şeytan əməlindəndir. Həmçinin, Peyğəmbər qəzəblənən adama dəstəmaz almağı əmr etmişdir.
Çünki su qəzəbin hərarətini soyudur. Eləcə də ayaq üstədirsə, oturmaq əmr edilmişdir. Əgər qəzəbi getməsə, onda dirsəklənməlidir. Çünki ayaq üstə olan adam hərəkət etmək və həyəcanlanmağa hazır olur. Oturan qəzəblənməkdə ayaq üstə durandan bir pillə aşağıdır. Dirsəklənən isə tamamilə qəzəbdən uzaq olar. Qəzəbli olarkən peşmançılıq gətirən bir əməli etməmək üçün, bu halda oturmaq və ya dirsəklənmək əmr edilmişdir. Bəzi hallarda isə Allah xatirinə qəzəblənmək yaxşı əməllərdən sayılır. 


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2640   Tarix: 04 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532