Mürəbbə bişirilməsi qaydası və faydaları

Mürəbbə bişirilməsi qaydası və faydalarıEv şəraitində hamı mürəbbə bişirir, lakin bu işin incəliyini hamı bilmir. Əvvəla mürəbbə emallı ləyəndə, az miqdarda, 2-3 kq. bişirilməlidir. Əgər alüminium ləyəndə bişirilsə, mürəbbə bişdikdən sonra başqa qaba boşaldılmalıdır. Mürəbbə bişirilən qab yastı və enli olmalıdır ki, bişirilmə və mətə qoyma zamanı artıq su tez buxarlansın. Bişib və soyudulmuş halda şüşə, saxsı küplərə töküb sərin yerdə saxlanmalıdır.

Mürəbbə bişirmək üçün tam yetişmiş,

bərk olmayan, eyni ölçülü meyvələr götürülməlidir. Kal meyvədən alınan mürəbbə bərk və büzüşmüş halda olur. Vaxtı ötmüş meyvədən isə mürəbbə əzilmiş formada olur. Yaxşı olar ki, orta irilikdə olan meyvədən mürəbbə hazırlansın. İri olan meyvəni məsələn alma, heyva doğranıb bişirilsin. Doğranılıb bişirilən zaman, meyvə qaralmasın deyə onları 0,5 -1 %li limonlu suda saxlamaq yaxşıdır. Alça, göyəm, gavalı mütləq bir-iki yerdən deşilməlidir ki, şərbət meyvəyə keçsin. Yumşaq meyvələr əhəng məhlulunda saxlanmalıdır ki, bişmə zamanı əzilməsin. Mürəbbələr müxtəlif cür hazırlanır. Birbaşa və bir neçə dəfə bişirilmə üsulu ilə hazırlanır. Meyvələr əzilməsin deyə bir neçə dəfəyə bişirilir.

Mürəbbə bişirilərkən əmələ gələn köpük arada yığılmalıdır. Çalışmaq lazımdır ki, mürəbbənin içində köpük qalmasın. Limon turşusu bişməyə 10 dəqiqə qalmış əlavə edilir. Mürəbbənin hazır olmasını bilmək üçün bir neçə üsul var, əgər meyvə və gilə meyvə bişmişsə, onlar şirənin içində bərabər yayılır. Nəlbəkiyə töküb soyudulmuş azacıq mürəbbə şirəsini qaşıqla sıyırıb iki yerə ayırırıq və o uzun müddət birləşmir. Soyumuş mürəbbə damcısı yayılmadan öz formasını saxlayır. Bəzi meyvələr bişdikdə rəngi şəffaflaşır.

Hazır mürəbbəni 12 saat soyutmaq lazımdır. Soyuma zamanı ağzını qapaq və qəzetlə örtmək olmaz. Tənziflə örtülməlidir. Qapaqla örtüldüyü zaman qapaqda buxar suya dönür və mürəbbənin içinə tökülür, nəticədə mürəbbə turşuya bilər. Bankalar yuyulub və qurulanmış halda olmalıdır. Mürəbbəni bankaya yığdıqda fikir verməliyik ki, meyvə şirə ilə eyni bərabərlikdə olsun.

Xarlanmış mürəbbəni hər kiloqramına 3 xörək qaşığı su əlavə edib 5-8 dəq. qarışdırıla-qarışdırıla bişirilir. Qıcqırmış mürəbbə hər kiloqramına 200 qr toz-şəkər əlavə edilib yenidən qaynadılır. Əmələ gələn kəf yığılıb yenidən bankaya yığılır.

Əhəng məhlulunu hazırlamaq üçün 250 q əhəng 5 lıtr suda həll edilir, çökdürülür və tənzifdən süzülüb istifadə olunur.

Qənd ilə hazırlanan gülqənd və ya gülşəkər, bal ilə hazırlanan güləngəbin adlanılır. Bal ilə təsiri 4 ilədək təsir edir, qənd ilə hazırlanan 2 ilədək qalır. Hər ikisi də başı, mədəni, beyni möhkəmləndirir. Gül ləçəklərini toxumlardan və əlavə zibillərdən təmizlənir, döyüb qənd ilə qarışdırılır. Sonra qatışığı şüşə qaba töküb günün altında 40 gün ərzində saxlanılır. Gül və qəndin miqdarı eyni olmalıdır.

Bal ilə olan oynaq ağrları, iflic, böyrək və sidik kisəsində olan daş, sidik tutulması zamanı faydalıdır. Ona 1/4 ölçüsündə zirə qatmaq mədə-bağlrsaqdakı qəliz qazları həll edir, bel ağrısı və həzm üçün yararlıdır.

Albalı mürəbbəsi sinəni yumşaldır, beli isti saxlayır, bel ağrılarını sakitləşdirir, cinsi fəaliyyəti gücləndirir.

Alma mürrəbbəsi ürək bulanmaya qarşı yaxşıdır, ürək və mədəni qüvvətləndirir.

Badam mürəbbəsi öskürəyə görə çox yaxşıdır.

Qabaq mürəbbəsi bal və şəkərlə hazırlanır. Bal ilə hazırlanan mürəbbə cinsi həvəs artırır, bədəni kökəldir, qəbizliyə kömək edir. Bədən tərəfindən çox məsrəf olunandır, daxili orqanları möhkəmləndirir. Şəkər ilə hazırlanan mürəbbə təmiz qan yaradır. Sinə ağrısını, öskürəyi, mədə və ciyər zəifliyi, sidik yollarının tutulması zamanı faydalıdır.

Qarpız mürəbbəsi qorxu və vasvasalığı, sinə ağrısı, mədə zəifliyinə qarşı və həzmi yaxşılaşdırmaq üçün işlədilir.

Qoz mürəbbəsi bədəni qüvvətləndirir, cinsi fəaliyyəti gücləndirir. Bel ağrısı və əsəbə qarşı xeyirlidir.

Zəncəfil mürəbbəsi sidik qovucu təsirə malikdir, mədə, böyrək və sidik kisəsini isti saxlayır. Bəlğəmə qarşı faydalıdır.

Yerkökü mürəbbəsi səsi və ağ ciyəri təmizləyir. Öskürəyi kəsir və qara ciyər üçün xeyirlidir, həzmə kömək edir, mədəni və cinsi fəaliyyəti qücləndirir.

Naringi və limon mürəbbəsi ödü sakitləşdirir, mədəni və ürəyi möhləmləndirir.

Püstə mürəbbəsi ürək, mədə, qaraciyər və beyni möhkəmləndirir.

Heyva mürəbbəsi həzm üçün münasibdir. Ürəkbulanma və ishala qarşı təsirlidir. Tumu isə öskürəyə qarşı çox xeyirlidir. Tumunu fincana qoyub üzərinə qaynar su əlavə edib dəmə qoyub, sonra ilıq halda yeyilir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 8933   Tarix: 11 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

TOP MP3