Obama telefonda kimə qışqırdı? – Şok telefon söhbətinin mətni

Obama telefonda kimə qışqırdı? – Şok telefon söhbətinin mətniABŞ prezidenti Barak Obama və İsrail baş naziri Benyamin Netanyahu arasındakı telefon danışığının təfərrüatları mətbuata sızıb.

BiG.AZ-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Qəzzada əməliyyatların başa çatdırılması üçün İsrail baş nazirini danlayıb.

İsrailin "Kanal 1" televiziyasının əməkdaşı Oren Nahari Obama_ilə Netanyahu arasında 35 dəqiqə davam edən telefon söhbətinin dərc edib. Vaşinqton və Təl-Əviv dərc olunan telefon danışığının gerçek olmadığını bildirsə də Nahari sənədin ABŞ-lı bir səlahiyyətli tərəfindən sızdırıldığını bildirib.

Obama və Netanyahu arasında olduğu iddia edilən telefon danışığı isə aşağıdakı kimidir:

-Obama: İsrailin dərhal təktərəfli atəşkəs elan etməsini, xüsusilə də hava hücumlarını dayandırmasını tələb edirəm.

-Netanyahu: İsrail bunun qarşılığında nə alacaq?
-Obama: Həmasın raket hücumlarını dayandıracağına inanıram.
-Netanyahu: Həmas daha əvvəllər 5 dəfə atəşkəsi pozub. Həmas İsraili məhv etmək istəyən terrorçu təşkilatdır.

-Obama: Təkrar edirəm, İsrailin dərhal hərbi əməliyyatları dayandırmasını gözləyirəm. Qəzzadakı dağıntıların görüntüsü dünyanı İsraildən uzaqlaşdırır.
-Netanyahu: Kerrinin atəşkəs planı gerçəkdən uzaqdır və Həmasın üstünlüyünü təmin edir.
-Obama: Hərbi əməliyyatlar bir həftə ərzində dayandırılsa, Türkiyə və Qətər Həmasla 2012-ci ildəki atəşkəs təməlində olan danışıqlara başlayacaq.
-Netanyahu: Türkiyə və Qətər Həmasın ən böyük dəstəkçiləridir. Onların ədalətli davranacağına ümid etmək olmaz.

-Obama: Mən Türkiyə və Qətərə güvənirəm. İsrail vasitəçiləri seçə biləcək mövqedə deyil.
-Netanyahu: Həmas raket hücumlarını davam etdirəcək, tunellərdən hücum etməkdə davam edəcək.

-Obama: Top hazırda İsrailin tərəfindədir. Hərbi əməliyyatlar dayandırılmalıdır.
İsrailin keçmiş baş naziri, Likud Partiyasından olan millət vəkili Danny Danon isə Obamanın Netanyahuya qışqırdığını iddia edib. "Obama Netanyahuya qışqıraraq nə etməli olduğunu söyləyib. ABŞ ən güclü müttəfiqimizdir. Müttəfiq bir ölkənin lideri ilə belə davranış olmamalıdır", - Danon deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2228   Tarix: 01 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774