Evlənmək lazımdır - Elçin-MÜSAHİBƏ

Evlənmək lazımdır - Elçin-MÜSAHİBƏ"Şipşirin" ləqəbi ilə tanınan müğənni Elçin Cəfərov "Qafqazinfo"ya müsahibə verib.

BiG.AZ saytı axsam.az saytına istinadən, həmin müsahibəni təqdim edir:

- Ənənəvi sualımızdan başlayaq. Yaradıcılığınızda hansı yeniliklər var?

- Artıq "Dilimin ucunda" mahnısını təqdim etmişik. Qısa müddət olmasına baxmayaraq, sevildi. Hazırda onun klub janrında aranjeman etdiririk, tezliklə təqdim edəcəyik. Yeni mahnılarım da olacaq. Konsert vermək barəsində düşünürəm, çünki konsert vermək lazımdır. Sadəcə bir az müddət lazımdır.

- Bu müddət hazırlıq, yoxsa maddi baxımından lazımdır?

- Təbii ki, hazırlıq baxımından da vaxt lazımdır. Maddi tərəfi dilimə gətirmək istəmirəm. Mən yaxşı konsert ortaya çıxartmaq istəyirəm. Səhnəyə çıxıb oxumaqla kifayətlənmək istəmirəm. Yalan danışmağın yeri yoxdur. Hər iki baxımdan vaxt lazımdır. Dekorasiya gözəl olmalıdır, geyimləri seçməliyəm, mahnılar üzərində işləməliyik.

- Geyimdən söz düşmüşkən, geyimlərinizə nə qədər pul xərcləyirsiniz?

- Paltarlarıma çox pul xərcləyirəm. Demək olar ki, qazancımın 50 faizi paltarlarıma gedir. Mən geyimlərimi özüm seçirəm, saç düzümümü də hər zaman özüm edirəm.

- Bir müğənninin sevilməsi üçün nələr lazımdır? Gözəl görünüş yoxsa gözəl mahnılar?

- Bir müğənninin mahnıları da, görünüşü də önəmlidir. Yanız ifa ilə sevilmək olmur, onda gərək efirə çıxmayasan. Əgər görünürsənsə, özünə diqqət ayırmalısan. Bilməlisən ki, səni izləyən, səndən nələri isə öyrənən insanlar var. Tamaşaçı birinci səsini bəyənir, sonra isə görünüşündən nələri isə götürür. Kütləni istər sənət, istər geyim baxımından doğru istiqamətə aparmalısan. Bizim üzərimizdə bu baxımdan böyük yük var.

- Elçinin görünüşü sevilməyinə nə qədər kömək edib?

- Mənim sevilməyimdə ifamla, görünüşüm vəhdət təşkil edib. Elə ifaçı var oxuyur. Deyirlər dinləyəsən, amma üzünü görməyəsən. Eləsi də var, deyirlər baxasan, amma oxumasın. Mənim həm ifam, həm də görünüşüm sevilməyimə kömək edir.

- Elçin nə zaman ailə quracaq?

- Evlənmək barədə düşünmürəm. Təbii ki, evlənmək lazımdır, ailə qurmaq vacibdir. Amma hələ evlənməyimə var.

- Elçinin ailə quracağı xanım necə biri olmalıdır?

- Bu haqda indi danışmaq doğru olmaz. Deyə bilmərəm elə olacaq, belə olacaq. Qabaqcadan demək düşmür. Yalnız ailəyə yaraşacaq xanımla ailə quraram. Ailə tərbiyəsi görmüş xanım olmalıdır.

- Sosial şəbəkələrdən fəal istifadə edən sənətçilərdənsiniz.

- Bəli, sosial şəbəkə indiki dövrdə vacibdir. Efirə o qədər təlabat yoxdur, nəinki şəbəkələrə. Biz də ondan piar olaraq istifadə edirik, məlumatları orada paylaşırıq, kifayət qədər məlumat əldə edirik.

- Elçin mətbuatdan hansı sualı eşitmək istəmir?

- Mətbuat işçisi hər bir sualı verə bilər. Lakin şəxsi həyatıma toxunan sualları eşitmək istəmirəm.

- Qalmaqal sizin üçün nə məna kəsb edir?

- Süni qalmaqal sənətin büdrəməsidir, zəiflikdir.

- Elçinin rəqibi kimdir?

- Böyük danışmaq kimi çıxmasın, mən heç vaxt düşünməmişəm ki, filankəs mənim rəqibimdir. Müəyyən hədəflərim var, müəyyən zirvəyə gəlib çatmaq istəyirəm. Lakin rəqibim yoxdur. İnkişafda olan sənətçilərimiz var, rəqabət gedir. Bu məni sevindirir. Rəqabət olmasa, inkişaf olmaz. Mən mahnı yazdırıram, başqası yazdırmayanda istər-istəməz rahat olursan ki, sevilir. Lakin birini mən, birini o, birini başqası təqdim edəndə onda çalışmağa məcbursan. Paxıllıq yox, sağlam rəqabət həmişə lazımdır.

- Xarici şou-biznesə necə qatılmaq istəyirsiniz?

- Gələcəkdə ola bilər, lakin hazırda belə bir plan yoxdur. Hələlik Azərbaycanda inkişaf getməlidir, müəyyən səviyyəyə gəlib çıxmalıyıq ki, xarici şou-biznesə qatılaq.

- Kimləri dinləyirsiniz?

- Əvvəllər bizimkiləri və türk sənətçilərini dinləyirdim. İndi əsasən radioya qulaq asıram. Xoşuma gələn mahnıları dinləyirəm.

- Bayağı musiqilərə münasibətiniz necədir?

- Musiqiçi, bəstəkar olduğuma görə, bayağı musiqilər mənim üçün zəif musiqilərdir. Onları dinləyən kütlə böyükdür. Bu mahnıların sevilmə səbəbi isə millətimizin asan musiqilərə meyl etməsidir, standart şeyləri sevirlər. O musiqilər qısa müddətli musiqilərdir. Bir müddət sevilib unudulacaqlar.

- Bir neçə gün öncə pərəstişkarlarınızla görüşünüz baş tutdu. Təəssüratlarınız necə oldu.

- Uzun müddət idi, pərəstişkarlarımla bir araya gəlmək istəyirdim, vaxt tapa bilmirdim. Nəhayət onlarla görüşə bildim. Hər şey yaxşı keçdi, fanatların gəlməsi, görüşün təşkili ürəyimcə oldu. Onların sevgisini, istəyini, hiss etdim. Kənardan mənə olan sevgini görürdüm, lakin bu gün tamaşaçı sevgisini bir daha hiss etdim. Sənətçi tamaşaçıya yalnız mahnı və xoş xatirə bəxş edə bilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1239   Tarix: 17 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm"

Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub. BİG.AZ xəbər verir ki, ifaçı veriliş zamanı dostluq münasibətlərindən söz açıb:. "Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsil

13.11.2019 2270
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898
.

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏ

Musiqi insanın psixikasına fəal təsir edən incəsənət növlərindən biridir. Bədii zövqü tərbiyə etmək üçün sağlam musiqi dinləmək vacibdir. Bu işdə dinləyicinin seçimi qədər, bəstəkar və ifaçıların da rolu böyükdür. Bu gün Azərbaycan musiqisində ömrü bir ay olmayan mahnılar olduqca çoxdur. Bəs niyə uzunömürl

05.02.2020 5601
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229
.

"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLAR

ın növbəti müsahibi, "Xəzər" televiziyasında yayımlanan "Evdəkilərə salam" proqramının aparıcısı Aytəkin Mərdanovadır. Aytəkin xanımla etdiyimiz səmimi müsahibəni təqdim edirik:. Aytəkin xanım, xoş gəlmisiniz. Təəssüf ki, ölkədəki vəziyyəti nəzərə alaraq, sizinlə uzun aradır görüş

27.04.2020 40043
.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177