3 qardaşın vurulduğu 26 milyonluq birinci ledi - FOTO

3 qardaşın vurulduğu 26 milyonluq birinci ledi - FOTOLayihə: "Məşhur cütlüklər"

Amerikanın ən dəbli qadını ilə ən varlı kişisinin evliliyi sözsüz ki, hadisə idi. Bir vaxtlar ABŞ-ın birinci xanımı indi yunan əsilli "dəniz qulduru" hesabına okeanın birinci xanımı olacaqdı.

Aristo Onassisin Jaklin Kennedi ilə evliliyi bəlkə də XX əsrin ən qalmaqallı izdivacı idi.

Təsadüfi deyildi ki, bu evlilik dünyada ən çox müzakirə olunan hadisə idi. Amerikalılar qəzəb vulkanına dönmüşdü. Axı Jaklin bütün Amerikanın sevimlisi olan prezidentin ruhuna hörmətsizlik etmişdi. Çoxları Jaklinin bu addımını sona qədər bağışlamır, hətta Jaklin haqda danışanda onun soyadının əvvəlindəki "O" hərfini ixtisara salırdı: "Jaklin nasis".

Amerikanın birinci xanımı

Uşaq yaşlarından Jaklin Buvye özü üçün dəqiqləşdirmişdi ki, bütün kişilər qadınlarını aldadır. Gözünün qarşısında atası vardı. Atasının xəyanəti ailənin dağılması ilə nəticələnmişdi.

Amma Jaklin atasına çox bağlı idi. O hesab edirdi ki, atası səhv etməyib. O, bütün ömrü boyu sevdiyi kişilərlə atasının obrazı arasında oxşarlıqlar axtaracaqdı. Və sevdiyi kişilərə onu əllərində alət kimi istifadə etməyə imkan verəcəkdi.

Jaklin Buvye və Con Kennedinin toyu amerikalılar üçün bir nağıl idi. Ümidverici senator və intiligent qadın amerikalıların sevimlisinə çevrildi. Daha sonra Con Kennedi ABŞ-ın 35-ci prezidenti olanda ölkə prezidenti qədər öz birinci xanımını da sevməyə başladı.
Axı ilk dəfə idi ki, Amerikanın belə gənc və gözəl birinci xanımı var idi.

Amma bu xoşbəxt birinci ailənin çoxlarının bilmədiyi sirləri vardı. Bu sirlərin kökündə Kennedinin xəyanətlər dayanırdı.
Maraqlısı o idi ki, hər dəfə Jaklin xoşagəlməz əhvalat barədə eşidəndə öz əvəzolunmaz imicini bir az da cilalayırdı. O, hər dəfə yeni və daha gözəl imicdə kütlə qarşısına çıxırdı. İndi kütlə artıq onu ikona qiyafəsində görmək istəyir və bəlkə də görürdü.

"Dəniz qulduru" ilə görüş

Argentina pasportu gəzdirən, əslən yunan olan milyarder biznesmen Aristotel Onassislə Jaklini bacısı Li tanış etmişdi. Li Jaklinin ən sadiq dostu və ən barışmaz rəqibi idi.
Onassis varlı, ehtiraslı, xarizmatik bir macəra axtaran idi. O, möhtəşəm enerjiyə malik biri idi.

Onassis Jaklinin bacısı ilə görüşürdü, amma onunla evlənmək ağlından belə keçmirdi. Günlərin bir günü Jaklin Conun və onun qardaşı Robertin iradəsinin əleyhinə olaraq Onassisin yaxtasında səfərə çıxır.

Kruizdən qayıtdıqdan sonra Onassis hər iki bacıya çox qiymətli hədiyyələr verir. Jaklin Aristotelin ağlını almışdı. O Jaklinə başqa qadınlar kimi heyvani hisslərlə yanaşa bilmirdi.
Bu səfərdən bir ay sonra Con Kennedi qətlə yetirilir.

Kennedi qardaşlarının Onassisi görməyə gözü yox idi. Onassis hesab edirdi ki, Con və Robert onun işlərinə daima mane olur.

Aristotel Onassis ilk milyonunu 25 yaşında qazanmışdı. O, öz rəqiblərini qurduğu unikal biznes kombinasiyaları, hakimiyyət strukturlarını isə pulu isə zərərsizləşdirə bilmişdi.

Aristo öz biznesini sözün həqiqi mənasında "oğru qanunları" ilə idarə edirdi.

Məhz Kennedi hakimiyyətə gələndən sonra Bobbi Kennedinin baş prokuror olaraq mafiyaya müharibə elan etməsi onun üçün problemlər yaratmışdı.

Con Kennedinin ölümündən sonra Bobbi Jaklinlə sevgi macərası yaşamışdı. Onassis isə Jaklinlə rəsmən evlənmək istəyirdi.

Onassis başa düşürdü ki, o, pulu ilə hər şey ala bilər, amma ona pulla alınan qadın sevgisi lazım deyildi. Aristotel Jaklinin sevgisini istəyirdi.

Dünya şokda

Beləliklə, Onassis Jaklinə tez-tez baş çəkməyə başlayır. Hətta bəzən bir çox problemlərini də həll edirdi.

Jaklin Kennedinin ölümündən sonra yeni hücumlardan və övladlarının həyatına yarana biləcək təhlükədən qorxurdu. Jaklin qüvvətli bir müdafiəçi istəyirdi. Və belə bir müdafiəni onun üçün Aristotel Onassis qura bilərdi.

Amma Kennedilər ailəsi bunu eşidəndə bərk əsəbiləşdilər. Prezidentlik marafonuna hazırlaşan Bobbi Kennedi məsələni belə qoydu: "Nə qədər ki, mən sağam, sən Onassisə ərə getməyəcəksən".

5 iyul 1968-ci ildə prezidentlik marafonuna hazırlaşan Bobbi qətlə yetirilir.

Jaklin bu "qan gölündə" boğulurdu. Və o, Aristoteldən xahiş edir ki, onu bu dəhşətli ölkədən aparsın.

10 oktyabr 1968-ci ildə Aristotel Onassis Jaklinin barmağına 1,2 milyon dollar dəyəri olan nişan üzüyü taxır. Həmin vaxt Jaklinin 39, Aristotelin isə 62 yaşı vardı.
Oktyabrın 20-də onlar rəsmən nikaha girirlər.

Hamı bu nikaha qarşı çıxırdı. Kennedilər, Onassisin oğlu, qızı və bütün Amerika.

Nə qədər qəribə də olsa, bütün ətrafdakıların iradəsinin əleyhinə gedən bu sevgi alovu bir neçə həftədən sonra sönməyə başladı.

Bu evlilik formallıqdan başqa bir şey olmadı. Jaklin Onassisin pullarını hara gəldi xərcləyirdi. Aristotel isə əvvəlki arvadı Mari Kallasın yanına qayıtdı.

Pul və hakimiyyət

Çox keçmədi ki, Aristotel Onassis dərk elədi ki, Jaklin ilə nikah sonda onu qəpiksiz qoya bilər.
Onassis müstəqil detektivlə müqavilə bağladı və Jaklinin hər addımını izləməyə başladı. Onassis hesab edirdi ki, Jaklinə qarşı kompromat toplayıb tezliklə boşana bilər.

Amma Aristotelin planlarını oğlu Aleksandrın qəfil ölümü alt-üst elədi. Bundan sonra onun həyat enerjisi tükənməyə başladı. Və onun üçün heç nəyin əhəmiyyəti qalmadı.

15 mart 1975-ci ildə Aristotel Onassis vəfat elədi. Onun adı uğurlu biznes, var-dövlət, şan-şöhrət simvoluna çevrilmişdi. O, son günlərini Paris ətrafındakı xəstəxanada keçirdi. Yanında isə Jaklinin bacısı və bir də qızı vardı.
Jaklinin vəkili dəfndən dərhal sonra Onassisin var-dövlətində payları barədə iddia ilə çıxış elədi. Onassis Jaklin üçün az bir məbləğ vəsiyyət eləmişdi. Amma Kristina Onassis Jaklinə 26 milyon verdi ki, o, Onassis ailəsi ilə ayrılığını rəsmiləşdirsin.

Təhlükəli qadın

Beləliklə, Jaklin özü və övladlarının gələcəyini təmin etmiş oldu.

Jaklin həmişə maraqla izlənən qadın olaraq qaldı. Amerika onu sevməsə də, Onassis öləndən sonra da ona maraq həmişə vardı.

Aristotelin ölümündən sonra Jaklin redaktor işləməyə başlayır. Amma hamının gözlədiyini bilsə də, bu sirli xanım memuarlarını yazmadı.
1994-cü ildə Jaklin Kennedi xərçəngdən vəfat etdi.
Çoxları onu Kennedi və Onassis klanı arasında bölünə bilməyən "alma" hesab edirdi.

Con Kennedinin kişik qardaşı Teddi Kennedinin 2009-cu ildə öləndən sonra çox maraqlı bir əl yazısı üzə çıxdı. O, Jaklinə vurulduğunu və buna görə çox qorxduğunu yazmışdı: "Mən qorxurdum ki, bu sevgi mənə həyatım bahasına başa gələ bilər".

3 qardaşın vurulduğu 26 milyonluq birinci ledi - FOTO3 qardaşın vurulduğu 26 milyonluq birinci ledi - FOTO3 qardaşın vurulduğu 26 milyonluq birinci ledi - FOTO3 qardaşın vurulduğu 26 milyonluq birinci ledi - FOTO3 qardaşın vurulduğu 26 milyonluq birinci ledi - FOTO3 qardaşın vurulduğu 26 milyonluq birinci ledi - FOTO3 qardaşın vurulduğu 26 milyonluq birinci ledi - FOTO


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2133   Tarix: 07 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sirr açılır: Alkatras qaçışı yalnız məhbusların zəkası sayəsində mümkün olmayıb

Kağız üzərində mümkünsüz görünən 1962-ci il qaçışının arxasındakı təəccüblü detal üzə çıxıb: Con və Klarens Enqlin qardaşları ilə Frenk Morrisin aylarla davam edən qazıntılarını asanlaşdıran təkcə onların zəkası və yaxşı planı deyilmiş. Qaynarinfo xəbər verir ki, ABŞ tarixinin ən məşhur həbsxana qaçışlarında

16.12.2025 389
.

Kolbasanın üstündə bu söz varsa, qəti almayın

Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib. xəbər verir ki, bu sahə üzər ekspert Yelena Medkovanın sözlərinə görə əsas meyar qablaşdırmanın dizaynı yox, məhsulun texnoloji göstəriciləridir. "Bişmiş kolbasa seçərkən dövlət standartlarına əsaslanmaq olar. Mövcud GOST standartlarında məhsulla

14.12.2025 563
.

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

Mütəxəssislərə görə, kartof qızardarkən duz kartoflar yağdan çıxan kimi, yəni hələ isti və üzəri yağlı ikən əlavə edilməlidir. Çiy kartofa və ya qızartma zamanı duz atmaq, kartofun suyunu buraxmasına və çıtırlığını itirməsinə səbəb olur. İsti səthə səpilən duz isə həm daha yaxşı yapışır, həm də dadı

13.12.2025 315
.

Dünyanın ən yaxşı 100 mətbəxi açıqlandı: Azərbaycan neçəncidir?

Dünyanın ən yaxşı mətbəxləri açıqlanıb. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, beynəlxalq qiymətləndirmələrə görə, ləzzət sıralamasında aşağıdakı 100 ölkə yer alıb. Siyahıda Azərbaycan və ona sərhəd ölkələr - Türkiyə, Qazaxıstan, Rusiya, İran, Ermənistan və Gürcüstan yer alıb. Həmin siyahın

08.12.2025 1957
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

11.12.2025 260
.

Kirayə ev tapmaq üçün ən etibarlı üsullar

Kirayə ev tapmaq bəzən göründüyündən daha çətin prosesə çevrilə bilər, çünki bazarda çoxlu sayda elan və təklif mövcuddur. İnsanlar tez-tez münasib qiymət, yaxşı şərait və əlverişli məkan arasında balans qurmaqda çətinlik çəkirlər. Doğru qərar vermək üçün həm məlumatlı, həm də diqqətli olmaq vacibdir

12.12.2025 252
.

Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?

Yarpaq dolmasının iştahaçan və parlaq görünməsi əsasən düzgün bişirmə üsulu və istifadə olunan inqrediyentlərlə bağlıdır. xəbər verir ki, yarpaq dolmasının parlaq olması üçün təzə və keyfiyyətli, xüsusilə sıxma zeytun yağı seçilməlidir. Dolmalar qazana düzüləndən sonra üzərinə az miqdarda zeytun yağ

14.12.2025 307
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

16.12.2025 284
.

Balığın təzə olub-olmadığını belə yoxlayın

Balığın təhlükəsiz olması üçün onu düzgün seçmək, saxlamaq və hazırlamaq çox vacibdir. xarici mediaya istinadla xəbər verir ki, həkimlərbalıq alarkən nələrə diqqət etməli olduğunuzu, məhsulu necə saxlamaq və bişirmək lazım olduğunu izah edib. Qeyd edilir ki, hətta piştaxtada diri görünən balıq belə

14.12.2025 469
.

TOP MP3