Kişilər eşitməsin

Kişilər eşitməsinDeyirlər, cütlük arasında sirr olmamalıdır, tam səmimilik - uzunömürlü münasibətlərin qarantıdır. Düz deyil! Ola bilər ki, sənin barəndə bəzi məlumatlar partnyorun üçün xoşagəlməz olsun. Ona görə də "Aysel" jurnalı incə kişi psixikasını zədələməmək üçün kişilərdən gizlədilməli sirləri açıqlayıb.

1.Keçmiş sevgililərini

Hazırkı partnyorun bilir ki, sənin həyatında birinci deyil. Amma bu o demək deyil ki, keçmiş münasibətlərin barədə ona ətraflı məlumat verməlisən. Kişilər keçmiş münasibətlər haqqında yalnız ona görə soruşurlar ki, özlərinin ən yaxşı olduqlarını eşitsinlər. Seksual keçmişin barədə suallara cavab verməməyə və yalan danışmamağa çalış. Partnyoruna sənin yalnız onu düşünndüyünü söylə.

2.Pulu necə xərclədiyini
Əgər müştərək büdcə qurmamısınızsa, ona məvacibini nələrə xərclədiyini söyləmə. Çünki kişiləri lazımsız hesab etdikləri beşinci çanta və ya onuncu ayaqqabı fikri özündən çıxarır. Sevgilin geyindiyin donu təriflədiyi zaman, ona paltarı neçəyə və haradan aldığını demə. Əgər o, paltarın qiyməti ilə maraqlansa, söhbəti dəyiş, de ki, axşam futbol olacaq.

3. Onun qohumları haqqındakı fikrini

Xəbərdarlıq: qohumları barədə sənin pis fikirlərin münasibətlərinizi korlaya, hətta poza bilər. Qohumları həqiqətən pis olsalar belə, bunu dilinə gətirmə, xüsusilə anası haqqında. Bir faktı qəbul edin ki, qayınanan onun üçün önəmli olduğu kimi, sənin üçün də önəmlidir. Əlbəttə, hər bir insan kimi, sən də şəxsi fikrə sahib ola bilərsən. Amma ərinin anasına məhz ona görə hörmət etməlisən ki, o, dünyaya belə bir insan gətirib. Bu, qarşılıqlı anlaşma üçün birinci və ən çətin andır. Qayınananda bəyənmədiyin cəhətləri yaxşısı budur, ərinə yox, elə onun özünə deyəsən. Çünki du situasiyada ərin yaxşı məsləhətçi ola bilməyəcək. Unutma ki, hazırda sənə rəqib olan adam onun doğma anasıdır. Onu seçim qarşısında qoymaq yolverilməzdir. Bu, yeni konfliktlərə yol aça bilər.

4.Məsum flirtini
Əgər partnyorunu həqiqətən sevirsənsə, onda başqa kişilərə baxma. Sən əvvəlki kimi kişilərin xoşuna gəlib-gəlmədiyini yoxlamaq istəyirsən? Amma bu davranışın sevgilini özünü inamsız hiss etməsinə gətirib çıxaracaq. Sevin ki, yanında sevdiyin insan var. Həm də məsum flirtlərin sonu da xoşagəlməz ola bilər. Odur ki, başına əlavə problem açmaq istəmirsənsə, flirtlərdən uzaq qol.

5.Hədiyyəsi barədə düşüncəni

Hər dəfə ondan bəyənmədiyiniz hədiyyəni alanda pis sima göstərməkdənsə, bu hədiyyələrdə yaxşı nə isə tapmağa çalış: bu yolla partnyorun sübut etməyə çalışır ki, sən onun üçün önəmlisən. Və ya hədiyyələrilə sənə bağlılığını ifadə etməyə çalışır. Ona gələn dəfə hədiyyə olaraq nə almaq istədiyin barədə ipucu ver.

6.Yaşını

"Kişidən gerçək yaşını gizlətmək lazımdır?" sualı bütün qadınları narahat edir. İlk növbədə, bu, kişi ilə münasibətlərini uzunmüddətli qurub-qurmayacağından asılıdır. Əgər kişi ilə heç zaman yaxınlaşmayacaqsansa, onda intuisiyana görə hərəkət et. Yox, əgər kişi gələcək həyat yoldaşın roluna namizəddirsə, onda mütləq həqiqəti deməlisən. Əks halda kişi yaşını ZAQS-da öyrənərsə, bal ayınızı yalan danışdığına görə hesab verməklə keçirməli olacaqsan. Yaxşı halda ailə həyatınız başlanğıcdan pozulacaq, pis halda isə boşanma ilə nəticələnəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7577   Tarix: 28 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571