Təranədən Kərimə sərt sözlər: "Kaş qardaşın sənin başını kəsərdi"
Prodüser Təranə Səmədova ötən gün ANS telekanalında yayımlanan "Adam içində" verilişinin qonağı olub.
BiG.AZ axşam.az-a istinadən xəbər verir ki, prodüserin keçmiş həyat yoldaşı, müğənni Kərim Abbasov haqqında verdiyi açıqlama hamını heyrətə salıb. Təranə Kərimin övladı olmadığını, yalan danışdığını iddia edib:
"Başıma gələnlərə baxmayaraq, yıxılmamışam, ayaqdayam. Nur topu kimi bir övladım var. Ailəli olanda beynimə həkk etmişdilər ki, sonsuzam. Allahdan ən böyük mükafatım övladım oldu. Mənim övladım keçmiş həyat yoldaşım üçün göz dağıdır. Onun övladı yoxdur, araşdırın, heç vaxt da olmayacaq. Əgər düz danışırsa, doğum şəhadətnaməsini gətirsin. Allah saxlasın olmayan övladını (gülür). Niyə arvadının hamilə halı görünmədi?".
Verilişin aparıcısı Elgiz Əkbər isə Təranənin sözlərinə etiraz edib və Kərimin tərəfini tutmağa çalışıb:
"Sən nə danışırsan? Övladı üçün tədbir keçirib, biz də yığışıb getmişik, hədiyyələr almışıq. Sadəcə, həyat yoldaşını gündəmə gətirmir. Onun gözəl, xalqımıza layiq bir övlad olmasını arzulamışıq.Mən bilmirdim ki, siz tənha anasınız".
T.Səmədova bu sözün arxasında durduğunu və Kərimin xəstə olduğunu iddia edib:
"Həyat yoldaşı nə vaxt hamilə oldu? Mətbuatda oxudum ki, arvadının 7 aylıq hamilə olduğunu deyib. Səhəri gün onları Oksana və Elşadın toyuna gedəndə gördüm. Qarnı belinə dəyirdi. Bunu əminliklə deyirəm, faktın arxasında dururam. Övladını ortalığa çıxarsın, sübut etsin ki, onun uşağıdır. Sonra mən bu verilişə çıxıb üzr istəyərəm. Mən heç nədən qorxmamışam, alnım təmizdir. Onun mənim yanımda dili qısadır. O insanın üstündən xətt çəkmişəm. Bu gün bir qadın kimi xoşbəxtəm. Heç vaxt efirlərdə göz yaşımdan istifadə edib, özümü yazıq kimi göstərmək istəməmişəm. Atamın mirası olan ev anamla mənim aramda bölünmüşdü. Mən özümə düşən hissəni banka girov qoyub, 20 min pul götürüb Kərimin reklamına xərclədim. Boşanandan sonra onu qaytarmadı. Tək başıma 40 min ödədim. Bu haqqımı ona halal etməyəcəm. Uşağımın boğazından kəsib ona verdim, banka ödədim. O insanın elə bir xəstəliyi var ki, şükür ki, mənə keçmədi. Bir dəfə qadınla xəyanət etdi və bağışladım. İkinci dəfə başqa bir xəyanət etdi. Onu isə bağışlamaq olmazdı. Burdan ona demək istəyirəm ki, təki sənin ananın 7 mənim kimi qızı olardı, nəinki sənin kimi oğlu. Kaş qardaşın Qəzənfər sağ olaydı, sənin başını kəsib yanına qoyaydı. Onun valideynləri, həyat yoldaşı o cür Kərimi qəbul edirsə, böyük ürəkləri var".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB
Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"
17.09.2021 4147 Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16.09.2021 1870 "20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO
Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin
16.09.2021 5054 "Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO
Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz
16.09.2021 4761 Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO
Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas
16.09.2021 7167 "Bu missiyam da tamamlandı" - Afaq Gəncəli
"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd
16.09.2021 1999 Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"
"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy
16.09.2021 2063 Fahriye Karan üçün 15 dayə dəyişdi
Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"
16.09.2021 2609 "Kalp yarası"nda yeni aktyor - Foto
Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək
17.09.2021 3104