Zeynəb Xanlarova ,Azərbaycanda hamını narahat edən bir mövzuda, Şeyxin qudası ilə üz-üzə-VİDEO
Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili, Xalq artisti Zeynəb Xanlarovanın Xəzər dənizinin sahilinin zəbt edilməsi ilə bağlı fikirləri həmkarı tərəfindən etirazla qarşılanıb.
BiG Az,axar.az-a istinadən xəbər verir ki, millət vəkili Zeynəb Xanlarova parlamentin iclasında Nardaran camaatının problemlərini diqqətə çatdırıb.
Millət vəkili ilk öncə ölkə prezidentinə onların problemlərinin həllində yaxından diqqət göstərdiyinə görə, minnətdarlığını bildirib: "Mən Naradaranın işıq, qaz, su problemlərini cənab Prezidentin nəzərinə çatdırdım. O da sağ olsun ki, bu məsələyə çox böyük diqqətlə yanaşaraq onların həlli istiqamətində addımlar atdı. Bu gün bu məsələdə artıq ciddi problem yoxdur".
Lakin xalq artisti başqa problemə toxunub: Onun fikrincə, bu, daha vacib problemdir:
Camaat çox narahatdır. Biz gərək yerli camaatı ayağa qaldırmayaq. Binə yolu ilə gələndə görürəm ki, dənizin qırağında elə evlər tikilib ki, bilmək olmur kimindir. Üstəgəl o evləri elə hasara alırlar ki, mən dünyanı gəzmişəm elə hasarlar görməmişəm. Amerikada Ağ Evin qarşısında belə, heç bir hasar yoxdur. İnsanlar ağlayır ki, bizim əlimizdən hər şeyi alıblar. Bəs bu dənizi niyə alıblar? Hasarı çəkmisən özün bilərsən, gəlib səni oğurlamayacaqlar ki? Bilmirəm kimindir, İsgəndərindir, yoxsa Cahangirin?"
"Bu gün Nardaran camaatını daha çox dənizin sahillərinin imkanlı adamlar tərəfindən hasarlanması narahat edir. Maştağa tərəfdə evlər tikilib, hasar çəkilib. Tikiblər, sağlıqlarına qismət. Amma hasarlarla dənizi xalqın əlindən almaq olmaz. Nə qədər hasar çəkmək olar? Bir var, evi hasara alsınlar, bir də var, dənizi hasara alıblar. Niyə belə ediblər? Onu istəyirlər ki, xalq ayağa qalxsın, külünglə gedib onları sındırsınlar? Biz xalqı güclə sakitləşdiririk ki, belə şeylər olmasın. Niyə belə edirlər? Mən qorxuram ki, camaat ayağa qalxsın. Nardaran camaatı "mən öl-sən öl" qəbul etmirlər. Məndən deməkdir. Nardaran camaatı da bilsin ki, mən onların problemini qaldırdım".
Millət vəkilinin bu fikriləri onun həmkarı Qalib Salahzadə tərəfindən etirazla qarşılanıb. O, qeyd edib ki, Zeynəb Xanlarovanın dediyi ərazi heç də Nardarana və Maştağaya aidiyyəti yoxdur:
"Zeynəb xanımın dediyi torpaqlar Bİlgəh torpaqlarıdır. O tarpaqların Nardaran camaatına heç bir aidiyyəti yoxdur. Vaxtilə İskəndər deyilən adam oranı alıb, hasar çəkib. Buna etirazımız yoxdur. Deyilən torpaqlar Bilgəh torpaqlarıdır, heç kimin də buna etirazı yoxdur".
Qeyd edək ki, millət vəkili Qalib Salahzadə QMİ-nin sədri Şeyxulislam Allahşükür Paşazadənin qudasıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 6355 Tarix: 25 fevral 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranın pisliyi özünə qalacaq!
xəbər verir ki, bir neçə gün əvvəl İranın xarici işlər naziri Abbas Araqçi Bakıya gəldi. Hər zaman olduğu kimi, bu dəfə də rəsmi Bakı İranın ali qonağını yüksək səviyyədə qarşıladı və yola saldı. Araqçi Bakıda olarkən Azərbaycan-İran münasibətlərinin yeni bir dövrə qədəm qoyduğunu, İranın dövlət başçısını
21:30 0 "İnfluenserlər bunu həyat tərzi kimi təqdim edir"
"Elektron siqaretlərdən daha çox yeniyetmələr istifadə edir. Çünki bunun ətri siqaret kimi deyil, gizlətmək daha asandır". "Qafqazinfo" xəbər verir ki, bunu AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq
16:40 108 Sevda dayələrə etibar etmir
"Övladlarıma anam, qayınanam baxır. Dayəmiz bir il yarımdır yoxdur. Artıq istəmirik də. Evdə olan günü vaxtıı uşaqlara sərf edirəm. Bu, həm onlar, həm mənim üçün yaxşıdır". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Qonaqcanlı" verilişində deyib. Sənətçi övladların
16:54 151 Pakistanda 5,2 bal gücündə zəlzələ baş verib
Pakistanın Bəlucistan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, Geo News-un Pakistan Meteorologiya Departamentinə istinadən verdiyi məlumata görə, episentri Bəlucistan əyalətinin Sommiani bölgəsində 5,2 bal gücündə zəlzələ qeydə alınıb. 12 kilometr dərinlikd
16:31 110 Həmin atışmada yaralanan ikinci avtoritet də öldü
11 noyabrda Qondarma "Abxaziya Respublikası"nın Suxumi şəhərində baş vermiş atışma nəticəsində yaralanan ikinci şəxs Moskva klinikasında vəfat edib. xarici mediaya istinadla bildirir ki, Suxumi sakini olan 45 yaşlı avtoritet Almas Kvitsiniya ağır kəllə-beyin travması alıb. O, müalicə üçün Rusiyay
19:15 1 88 ildən sonra ilk dəfə: Volkswagen Almaniyadakı zavodunu bağladı
Almaniyanın avtomobil istehsalçısı Volkswagen, şirkətin 88 illik tarixində ilk dəfə olaraq Drezden zavodunun bağlandığını elan edib. -ın xarici mediaya istinadla məlumatına görə, bu qərar maliyyə çətinlikləri ilə əlaqədardır. Məlumata görə, şirkət Çində satışların azalması, Avropa bazarında tələbatı
18:45 3 Cəmil Həsənli yenidən DTX-yə çağırıldı
Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə C.Həsənli özü məlumat yayıb. Milli Şura sədri çağırılma səbəbini bilmədiyini yazıb. Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək istəyərkə
13:29 191 3 qohumunun ölümünə səbəb olan sürücüyə - Bu cəza verildi
Kürdəmirdə 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində rayon sakini 1992-ci il təvəllüdlü Əflatun Əflan oğlu Umudova hökm oxunub. Bildirilib ki, hadisə ötə
14:15 219 Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı şərtlər dəyişdi
Əmək müqaviləsinə xitam verilməsi üçün əlavə şərtlər müəyyənləşir. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq qanunvericilikl
14:27 203