3 qohumunun ölümünə səbəb olan sürücüyə - Bu cəza verildi
Kürdəmirdə 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində rayon sakini 1992-ci il təvəllüdlü Əflatun Əflan oğlu Umudova hökm oxunub.
Bildirilib ki, hadisə ötən ilin iyun ayında baş verib. Əflatun Sumqayıtda yaşayırmış və hadisə ərəfəsində Qurban bayramı ilə əlaqədar rayona gedib. O, qohumları ilə Cəyli kəndindən rayon mərkəzinə gedərkən idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb.
Nəticədə avtomobildə olan sərnişinlər - 1984-cü il təvəllüdlü Ceyhun Ağanəzər oğlu Xanalıyev, 1993-cü il təvəllüdlü Toğrul Hikmət oğlu Xanalıyev və 1982-ci il təvəllüdlü Süleyman Qarakişi oğlu Əhmədov hadisə yerində vəfat ediblər.
Həmin şəxslərdən Ceyhun sürücünün dayısı oğlu olub. Ceyhun həm də Süleymanla bacanaq olub. Toğrul isə sürücünün sinif yoldaşı imiş. Onların valideynləri əmiqızı-əmioğlu imiş.
Məhkəmədə ölən şəxslərdən ikisinin ailəsi sürücüdən şikayətçi olmayıb, digər ailə isə onun həbs olunmasını tələb edib.
Sürücü də qəzanın baş verməsində özünü günahkar bilib.
Məhkəmə Əflatun Umudova 3 il sürücülük hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Lakin təqsirləndirilən şəxsin cəzasını məntəqə tipli müəssisədə çəkməsi hökmdə vurğulanıb.
Qeyd edək ki, məntəqə tipli müəssisədə cəza çəkən məhkumlar bəzi hallarda oranı tərk edə bilərlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 857 Tarix: 16 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞənbə günü hava belə olacaq
Sentyabrın 19-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-23, gündü
18.09.2026 226 Rusiya-Ukrayna müharibəsində gərginlik artır: qarşılıqlı zərbələr davam edir
Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları və diplomatik səylər fonunda gərginlik davam edir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Rusiya gecə saatlarında Ukraynanın müxtəlif bölgələrinə dron və raket zərbələri endirib. Kiyev və ətraf ərazilərə hücumlar nəticəsində azı 19 nəfərin, o cümlədə
18.09.2026 274 TDT yeni mərhələdə: Azərbaycanın təşəbbüskarlığı hansı imkanları yaradır?
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Vikto
18.09.2026 207 Ayıların hücumlarına görə - Komendant saatı elan etdilər
Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində ayıların hücumu ilə əlaqədar komendant saatı tətbiq edilib. "Qafqazinfo" "Kommersant"a istinadən xəbər verir ki, qərarla axşam saat 19:00-dan etibarən insanların küçələrdə, parklarda və meşə massivlərində olması qadağan olunub. Şəhə
18.09.2026 192 Dünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq
Qlobal istiləşmənin təsiri ilə Yer atmosferindəki su buxarının miqdarı rekord həddə çatıb. Mütəxəssislər bunun güclü yağışlar, tropik siklonlar və yüksək temperaturla bağlı riskləri artıra biləcəyini bildirirlər. "Qafqazinfo" xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə
18.09.2026 197 Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18.09.2026 176 "Kontakt Home"dan aldığı bütün əşyalar xarab çıxdı - Şikayət
Son bir il ərzində "Kontakt Home"dan aldığım məhsullarla bağlı dəfələrlə ciddi problemlərlə üzləşmişəm və artıq bunu ictimai şəkildə paylaşmaq qərarına gəldim. Demək olar ki, aldığım məhsulların bir çoxunda qısa müddət ərzində nasazlıq yaranıb. xəbər verir ki, bu barədə Feysbukun şikayət səhifəsind
18.09.2026 248 Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı - 13 qalib avtomobilinə qovuşdu
Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. Kampaniya çərçivəsində 13 həftə ərzində hər həftə bir avtomobil oynanılıb və nəticədə 13 iştirakçı "Changan Q05" avtomobilini
18.09.2026 202 Nəsimi rayonunda fəaliyyət göstərən "ELMA" restoranı sakinlərin gecə yuxusunu haram edib (VİDEO)
Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 40 ünvanında fəaliyyət göstərən "ELMA" restoranından sakinlər şikayətçidir. "Real Azərbaycan" xəbər verir ki, İmran Qasımov küçəsi 10 ünvanında yaşayan sakinlər restoran ərazisindən gecə saatlarınadək yüksək səslə musiqi səsləndirilməsində
18.09.2026 216