İranlılar Mübariz İbrahimov haqqında film hazırladı

İranlılar Mübariz İbrahimov haqqında film hazırladıİranın "Nasr" televiziyasının hazırladığı video çarx Qarabağın işğalı və Mübariz İbrahimovun şücaətinə həsr edilib.

ans press-in məlumatına əsasən BiG Az,bildirir ki, sözügedən video çarxda ermənilərin Azərbaycan torpaqlarına, tarixi abidələrimizə qarşı vandalizm faktları göstərilib.

Mübariz İbrahimovun qəhrəmanlığından bəhs edilən qısametrajlı bu film ingilis dilində hazırlansa da, subtitrlər türkcə yazılıb.

Qeyd edək ki, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2833   Tarix: 11 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040