Yatarkən tətbiq ediləcək 9 faydalı məsləhət
Yuxuda gözəlliyinizə gözəllik qatın - gözəllik yuxusu
BiG.AZ saytı bildirirki, Gündəlik cild baxımı lazımlıdır,üz dərisinə qulluq edilməsi üçün də zamana ehtiyac vardır. Saçınıza, dərinizə, gözlərinə, dodaqlarınıza yaxşı baxmanız lazım olduğunu siz də bilirsiniz amma zaman tapmaq və özünüzə yaxşı baxmaq gündəlik qaça-qaç içində həqiqətən də çətindir. Buna görə sizə xüsusilə yuxudaykən tətbiq edəcəyiniz gözəllik təklifləri hazırladıq. Bu proqramlar ''gözəllik yuxusu'' na yeni bir məna qatacaq!
1. Saçlarınızı nəmləndirin
Yatarkən tətbiq edə biləcəyiniz, saçınızı gözəlləşdirəcək bir çox texniki vasitələr vardır. Saçı nəmli tutmaq, parlaqlığını təmin etmək və saçınızın sağlamlığını qorumaq üçün yuxuda edilən baxım mükəmməl bir üsuldur. Üstəlik saçınızı nəmləndirmək üçün istifadə edə biləcəyiniz bir çox məhsul da mövcud. Saça qulluq və baxım kremləri ya da evdə edəcəyiniz təriflərdən istədiyinizi seçib tətbiq edə bilərsiniz. Baxım məhsulunuzu tətbiq etdikdən sonra saçınızı bir şarf, dəsmal ya da duş papağı ilə bağlasanız yataq dəstinizin çirklənməsinin də qarşısını almış olarsınız.
2. Əllərinizin daima yumşaq olmasını təmin edin
Əlləriniz quru və ya çatlamışdırmı? Əgər əllərinizi çox tez yuyursunuzsa (xüsusilə həkimlər, tibb bacıları və analar əllərini tez-tez yuyarlar ) əlləriniz ehtimalla quru hətta bəlkə də acı verəcək çatlara səbəb olar, əlləri kremləyib nəmlənməsini gözləmək üçün zamanınız olmur. Ona görə sizə təklifimiz: Əl kreminizi gecə yuxuya getməzdən dərhal əvvəl sürtün, istəsəniz dırnaqlarınıza da manikür üçün yağ sürtün və daha sonra istər əllərinizə incə pambıqlı əlcək geyərək ( əlcək həm kremin başqa yerə bulaşmasını maneə törədəcək həm də əllərinizin kremi yaxşıca əmməsini təmin edəcək ) istər əlinizə bir şey keçirmədən yuxuya gedin. Əgər əlləriniz çox quru və çox çatlamışsa əl kremi yerinə ayaq kremi istifadə edə bilərsiniz.
3. Əla ayaqlar
Əgər əlləriniz kimi ayaqlarınızın da baxıma ehtiyacı varsa, xüsusilə yaz aylarında çılpaq ayaq gəzməyi seçirsinizsə ayaqlarınıza daha da çox diqqət göstərməniz lazımdır. Əllərinizə tətbiq edilən texnikanın eynisini ayaqlarınıza da tətbiq edə bilərsiniz, amma təbii ki əlcək yerinə corab istifadə edərək :)
4. Gözaltı torbalarından xilas olun
Əgər gözaltı torbalarından və gözaltı qaralmadan şikayətçisinizsə, sizə mükəmməl bir təklifimiz var! Kürək üstü yataraq gözlərinizin şişməsinin qarşısını almış olarsınız. Gözaltınıza nəmləndirici sürün və gözaltı torbalarından və qurumuş dəridən xilas olun! Gözləriniz üçün xüsusi olan kremlərdən istifadə etmənizdə fayda var, çünki normal dəri kremləri bəzən çox yağlı ola bilər. Avokado və badam kimi təbii yağlar ilə E və A vitaminləri gözaltınıza son dərəcə faydalıdır.
Yatarkən tətbiq olunacaq 9 gözəllik məsləhəti.
5. Dodaqlarınız mükəmməldir
Dodaqlarınızın da baxıma ehtiyacı var! Qurumuş dodaqlar son dərəcə sıx rast gəlinən və narahat edici bir vəziyyətdir. Yatmazdan əvvəl dodaqlarınıza tətbiq edilən keyfiyyətli bir nəmləndirici səhər dodaqlarınızda möcüzələr yaratmış olacaq.
6. Gülə-gülə dəri ləkələri
Əgər civzə və ya sızanaq probleminiz varsa, çay ağacı yağı ( tea tree oil) ya da sink tozunu yuxudan əvvəl problemli bölgələrinizə tətbiq edin. Sizin ehtiyacınız olan, antibakterial xüsusiyyətli vəsaitlərdir, çünki civzə və ya sızanaq ancaq içindəki bakteriyalardan xilas olduqdan sonra keçərlər. Əgər civzə və sızanaqlarınız yuxarıda ifadə etdiyimiz kimi keçməyəcək qədər pis vəziyyətdədirsə "Benzoil peroksid" kimi daha qüvvətli şeylər tətbiq etmək lazımdır. Amma bunu edərkən son dərəcə diqqətli olmalısınız! Əsla çox sürtməyin!
7. Hamar bir dəri üçün
Əgər ümumiyyətlə hamar, məxmər kimi bir dəri istəyirsinizsə, etməniz lazım olan şey içində glyukoza olan kremlər ya da losyonlar əldə etmənizdir. Qlükoza turşusu dərinizi ölü və qurumuş dərilərdən təmizləməyə faydalıdır. Xüsusilə yüksək nisbətdə antioksidant xüsusiyyəti vardır. Tək etməniz lazım olan nizamlı bir şəkildə kremin tətbiqinə diqqət etmənizdir. Yuxudan əvvəl kreminizi sürtməniz dərinizin əmməsi üçün ən uyğun zamandır. Bunu bir neçə gün nizamlı istifadə etdikdən sonra dərinizdəki fərqə heyran qalacaqsınız.
8. Yeni bir mövqe seçin
Gözəllik üçün tətbiq olunan şeylər ümumiyyətlə çox sadədir. İndi sizə söyləyəcəyimiz üsul isə yalnız yatarkən yeni bir mövqedə yatmanızı tələb edir. Əgər yana dönüb yatırsınızsa, üz xəttlərinə sahib olma ehtimalınız artar, çünki yan yatdığınızda xəttlər zamanla qalıcı hala gəlirlər. Eyni şəkildə üz üstü yatmaq da üz xəttlərinə səbəb olacaq. Əgər mümkünsə kürək üstü yatmağa cəhd edin.
9. Üzdəki mimiki cizgilərinizlə vidalaşın
Əgər üz xəttləriniz varsa bunu yoxlayın! Retinol, A vitamini və ya ikisini birdən ehtiva edən bir üz kremi əldə edin. Üzünüzə yatmadan əvvəl belə bir krem sürmək olduqca faydalıdır.
Əgər bu gözəllik baxımlarınızı hər gecə tətbiq etsəniz, səhərlər özünüzü yenilənmiş, təravətli, canlanmış və gözəl hiss edərək oyanacaqsınız. Gördüyünüz kimi etməniz lazım olanlar çox sadədir və bəsit şeylərdir.Ancaq nəticə çox gözəldir. Çox böyük pullar xərcləmədən də gözəl nəticələr əldə edə bilərsiniz.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş