Milyonçu Murtuza Muxtarov haqda bilmədiklərimiz

Milyonçu Murtuza Muxtarov haqda bilmədiklərimizAdi arabaçı olan Murtuza Muxtarov sonralar milyonçuya çevrilir. "Diplomsuz mühəndis" Murtuza bütün neft sahəsinə dərin yiyələnir, bu sahədə mühüm irəliləyişlər əldə edir. O, maşınların səsindən,balta və boruların ahəngindən, avadanlıqların gurultusundan quyunun dərin qatlarındakı vəziyyətini müəyyən edə bilirdi.1865-1920-ci illərdə yaşamış milyonçu 1895-ci ildə dünyada ilk dəfə metal ştanqlarla zərbə qazma dəzgahını quraşdırır və bunun üçün dövlət patenti alır. Onun bu ixtirası «Bakı qazma sistemi» adı ilə tarixdə qalır. Təkcə Bakıda yox, Maykop və Qroznı neft mə’dən sahiblərilə də müqavilə bağlıyıb quyu qazırdı; zavod və mə’dənlərlə, konstruktor büroları ilə texniki və işgüzar əlaqələri vardı; tez-tez Şimali Qafqaza gedirdi.

Yuxarıda deyildiyi kimi çox məğrur olan bu insan Bakının yeganə milyonçusu olub ki,yanında heç bir qoçu saxlamayıb, yəni indiki vaxtla desək, cangüdən. Bakının qoçuları ondan ehtiyat edərlərdi. Manaf Süleymanovun "Elədiklərim, oxuduqlarım,gördüklərim" kitabında yazılır ki, bir dəfə Murtuza Muxtarov Beslanda restoranda oturub nahar edib qatarı gözləyirmiş. Birdən qaçaqaç düşür ki, bəs Zəlim xan gəlir. Zəlim xan Beslanda tanınmış qoçu idi. Muxtarovdan başqa hamı qaçıb gizlənir. Neftxudanın yanındakı adam deyir ki, ağa atlar və kareta hazırdır, dur qaçaq. Muxtarov deyir ki, heç yerə getməyəcəyik, sən də otur burda, durma. Çox keçmir ki, Zəlim xan içəri daxil olur və Muxtarovgili görüb təəccüblənir. O, Muxtarovu öz masasına dəvət edir, amma Murtuza bu dəvəti rəd edir. Bu zaman Zəlim xanın adamları istəyirlər ki, gedib Muxtarovgili öldürsünlər, Zəlim xan buna icazə vermir. Özü durub Muxtarovun oturduğu masaya yaxınlaşır. Muxtarovun cəsarəti onun çox xoşuna gəlir və sonradan onlar dostlaşırlar. Zəlim xanı çar höküməti öldürdükdən sonra onun iki uşağına M. Muxtarov himayədarlıq edir.

Vladivostoka səfəri zamanı orada Liza xanım Tuqanova ilə evlənir. Liza xanım Valdiqafqazlı general Tuqanovun ortancıl qızı olub. Onların aralarında yaş fərqi çox idi və öz övladları olmasa da bir çox uşaqlara qəyyumluq etmiş, oxudub savad vermişdilər. Liza xanımla Avropa səyahətinə gedirlər. Venetsiyadakı binaların arxitekturası Muxtarovu valeh edir. Və onlara oxşar bir sarayı Bakıda bir il ərzində (1911-1912) inşa etdirir. Sarayın hər sütünü, tağları, buta və gülləri, pəncərə və qapıları, bəzəklərinin hamısı təkrarolunmaz sənət əsəri, memarlıq incisidir.

Sarayı arxitektor Ploşko fransız kotik üslubunda layihələşdirib. M.Muxtarov, 6 ünvanında yerləşən Saray Fransız qotikası üslubunda tikilmiş sənət əsəridir. Onun iç interyeri də çox gözəldir. İndi bu binanı "Səadət" sarayı adlandırırlar. Həmin bu sarayın podratçısı olmuş Hacı İmran Qasımov tikilməkdə olan binanın eyvanındakı əsgər heykəlini yerləşdirərkən yerə yıxılır və vəfat edir. Onun həyat yoldaşı Rübabə xanım isə bu dəhşətli hadisəyə dözə bilməyib 2 həftədən sonra özünə qəsd edir...

M. Muxtarov bizə əzəmətli binalar miras qoyub getmişdir. Bakı şəhərində, onun ətraf kəndlərində, Rusiyanın şəhərlərində və Avropanın bə’zi ölkələrində hazıradək hifz olunub qalmış bir çox binalar onun adı ilə bağlıdır. 1910-cu ildə Əmircan kəndində tikdirdiyi məscid binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır.

Deyilənlərə görə, sənədlərə imza atarkən nadir hallarda söyadını bütöv şəkildə yazardı, adətən üç hərfdən ibarət "Mux" cızardı...
Təbiətcə çox məğrur olan bu şəxsin həyatı faciə ilə bitmişdir. Bakıda 1920-ci ilin aprel ayında (aprel inqilabının ilk günləri) Muxtarovun sarayına soxulan iki nəfər bolşevik ondan təcili evi tərk etməsini tələb edir.. Əsəbləri pozulmuş milyonçu Muxtarov bu rəzilliyə dözə bilməyib əlindəki tapança ilə bolşeviklərin birini (bolçevik Anosov) güllələyib öldürür, digər gülləni isə öz alnına vurur....

Muxtarovun ölümündən sonra həyat yoldaşı Liza xanım bir müddət sarayın qonşuluğunda yerləşən evlərdən birinin zirzəmisində yaşayır. Xaricə qaçmaq məqsədi ilə saxta olsa da bir Türk paşasına ərə gedib Türkiyəyə qaçır və zənn edir ki, xilas oldu, amma onun məşəqqətli həyatı sonradan başlayır. Bəzi mənbələrdə qeyd edilir ki, Liza xanım 1950-ci illərdə Parisdə vəfat edir, amma onun məzarının yerləşdiyi yer barədə heç bir məlumat yoxdur, çünki Liza xanım xaricə qaçdıqdan sonra yaxınları ilə əlaqə saxlamayıb, hətta məktub da yazmırmış...


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2813   Tarix: 01 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sirr açılır: Alkatras qaçışı yalnız məhbusların zəkası sayəsində mümkün olmayıb

Kağız üzərində mümkünsüz görünən 1962-ci il qaçışının arxasındakı təəccüblü detal üzə çıxıb: Con və Klarens Enqlin qardaşları ilə Frenk Morrisin aylarla davam edən qazıntılarını asanlaşdıran təkcə onların zəkası və yaxşı planı deyilmiş. Qaynarinfo xəbər verir ki, ABŞ tarixinin ən məşhur həbsxana qaçışlarında

16.12.2025 389
.

Kolbasanın üstündə bu söz varsa, qəti almayın

Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib. xəbər verir ki, bu sahə üzər ekspert Yelena Medkovanın sözlərinə görə əsas meyar qablaşdırmanın dizaynı yox, məhsulun texnoloji göstəriciləridir. "Bişmiş kolbasa seçərkən dövlət standartlarına əsaslanmaq olar. Mövcud GOST standartlarında məhsulla

14.12.2025 563
.

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

Mütəxəssislərə görə, kartof qızardarkən duz kartoflar yağdan çıxan kimi, yəni hələ isti və üzəri yağlı ikən əlavə edilməlidir. Çiy kartofa və ya qızartma zamanı duz atmaq, kartofun suyunu buraxmasına və çıtırlığını itirməsinə səbəb olur. İsti səthə səpilən duz isə həm daha yaxşı yapışır, həm də dadı

13.12.2025 315
.

Dünyanın ən yaxşı 100 mətbəxi açıqlandı: Azərbaycan neçəncidir?

Dünyanın ən yaxşı mətbəxləri açıqlanıb. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, beynəlxalq qiymətləndirmələrə görə, ləzzət sıralamasında aşağıdakı 100 ölkə yer alıb. Siyahıda Azərbaycan və ona sərhəd ölkələr - Türkiyə, Qazaxıstan, Rusiya, İran, Ermənistan və Gürcüstan yer alıb. Həmin siyahın

08.12.2025 1957
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

11.12.2025 260
.

Kirayə ev tapmaq üçün ən etibarlı üsullar

Kirayə ev tapmaq bəzən göründüyündən daha çətin prosesə çevrilə bilər, çünki bazarda çoxlu sayda elan və təklif mövcuddur. İnsanlar tez-tez münasib qiymət, yaxşı şərait və əlverişli məkan arasında balans qurmaqda çətinlik çəkirlər. Doğru qərar vermək üçün həm məlumatlı, həm də diqqətli olmaq vacibdir

12.12.2025 252
.

Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?

Yarpaq dolmasının iştahaçan və parlaq görünməsi əsasən düzgün bişirmə üsulu və istifadə olunan inqrediyentlərlə bağlıdır. xəbər verir ki, yarpaq dolmasının parlaq olması üçün təzə və keyfiyyətli, xüsusilə sıxma zeytun yağı seçilməlidir. Dolmalar qazana düzüləndən sonra üzərinə az miqdarda zeytun yağ

14.12.2025 307
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

16.12.2025 284
.

Balığın təzə olub-olmadığını belə yoxlayın

Balığın təhlükəsiz olması üçün onu düzgün seçmək, saxlamaq və hazırlamaq çox vacibdir. xarici mediaya istinadla xəbər verir ki, həkimlərbalıq alarkən nələrə diqqət etməli olduğunuzu, məhsulu necə saxlamaq və bişirmək lazım olduğunu izah edib. Qeyd edilir ki, hətta piştaxtada diri görünən balıq belə

14.12.2025 469
.

TOP MP3