Qubadlı rayonunun işğalında 17 il ötür

Qubadlı rayonunun işğalında 17 il ötürQubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəifndən işğal edilməsindən 17 il ötür Avqustun 31-i Qubadlının işğal günüdür.

Qubadlının işğalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, «Dənizdən dənizə böyük Ermənistan» yaradılması daşnaq ideoloqlarının çoxillik sərsəm xülyalarının tərkib hissəsi idi. 1993-cü ilin iyul-avqust aylarında bütün cəbhə boyu erməni hücumlarının miqyası genqişləndirildi. Bir-birinin ardınca Ağdam, Füzuli və Cəbrayıl rayonları işğal edildi. Bu rayonların boşalması Qubadlını faktiki olaraq, mühasirə vəziyyətinə saldı. Avqust ayı ərzində həm Ermənistan həm də Laçın istiqamətindən hücumlar gücləndirildi.

Avqustun 30-da Həkəri çayı boyu kəndlərə atılan mərmilərin ardı arası kəsilmirdi. Günün ikinci yarısında başlanan yayım atəşi isə insanların son ümidini də qırdı. Həmin gecə Xanlıq kəndinə qədər olan bütün kəndlər ermənilərin əlinə keçdi. Səhəri gün isə tamamilə mühasirəyə düşən Qubadlının geri çəkilməkdən başqa çarəsi qalmadı. Bu işğal nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəb, 10 mədəniyyət evi, 24 klub, 1 tarix - diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb. 31. 364 nəfər öz yurd-yuvasını tərk etməyə məcbur qalıb. Ümumilikdə bu döyüşlərdə 230 nəfər şəhid olub. Lakin itkilər yalnız bununla bitmir. Rayon ərazisində 23-ə yaxın mağara və IV və V əsrə aid 3 qalanın taleyi bu günədək məlum deyil. Bundan əlavə Qubadlının işğalı nəticəsində 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumtəhsil məktəbi, 10 mədəniyyət evi, 21 klub, 1 tarix- diyarşünaslıq muzeyi və 60 kitabxana ermənilər tərəfindən dağıdılıb. İşğaldan sonra BMT Təhlükəsizlik Şurası 874 saylı qətnaməsi ilə zəbt olunmuş torpaqlardan qoşunların çıxarılmasını tələb etsə də, Ermənistan hökuməti indiyədək buna məhəl qoymur.

Ekologiya və Təbii Sərvət Nazirliyindən ANSPRESS- ə verilən məlumata görə ümumi sahəsi 80250 hektar olan Qubadlı respublikanın cənub-qərbində Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsinin 35 kilometr uzunluğunda Ermənistanla sərhəddə yerləşir. Qubadlının meşə fondu sahəsi 13160, meşə ilə örtülü sahəsi 7288, mədəni meşə əkini sahəsi isə 11 hektar olub. Qubadlı meşələri qırmızı palıd, vələs, qoz, şam, ağcaqayın, söyüd, andız, akasiya, yemişan, armud, zoğal, qarağat və başqa ağaclarla zəngin olub. Rayon ərazisində ehtiyatları 6247 min kvadratmetr olan, mişar daşı istehsalı üçün yararlı Hacılı tuf, kərpic istehsalına yararlı Xanlıqkənd gil, Eyvazlı bəzək əlvan daşları, şirin su yataqları var. Qubadlıda diametri 80 sm, hündürlüyü 35 metr, yaşı 160 il olan 2, diametri 150 sm, hündürlüyü 20 metr, yaşı 300 il olan 1, Xanlıq kəndində hündürlüyü 40 metr, yaşı 1600 il olan 3 şərq çinarları, Gödəklər kəndində isə yaşı 150 il olan saqqız ağacı təbiət abidəsi kimi qorunub. Qubadlı meşələri vaşaq, canavar, ceyran, cüyür, bezoar keçisi, dağ qoyunu, kəklik, meşə xoruzu, meşə toyuğu ilə zəngin olub.
Xatırladaq ki, Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Qubadlı rayonunun işğalında 17 il ötürİşğal olunmuşdur 1993-cü il 31 avqust
Ərazisi 826 km2 Əhalinin sayı 33800
Şəhid olmuşdur 232 Əlil olmuşdur 146
Erməni işğalçıları tərəfindən dağıdılmış,
Yandırılmış və talan olunmuşdur:
· Mədəni-məişət obyekti 205
· Qəsəbə və kənd 94
· Tarixi abidə 12
Qubadlı rayonu 1933-cü ildə təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayon uilə birləşdirilmişdir. 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur.

802 km2. ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfərdir. 30500 nəfərlik Qubadlı əhalisi 94 kənd və bir şəhərdə məskunlaşırdı. Rayonun əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur.
33629 hektar kənd təsərrüfatına yararlı torpaqları vardı Qubadlının.13958 hektarı əkinə yararlı hesab olunurdu. 1365 hektar sahədə çoxillik bitkilər əkilirdi.18,6 min hektar otlaqların 0,6 hektarını biçənəklər təşkil edirdi. 4825 hektar sahədə suvarma işləri aparılırdı.850 hektar çoxillik əkmələr sahəsi mövcud idi ki, bunun da114 hektarını bağlar, 468 hektarını üzümlüklər təşkil edirdi. Tut bağlarının ümumi sahəsi 268 hektar idi. 543 hektar həyətyanı torpaq sahələrinin payına düşürdü. Rayonun 79812 hektar ümumi torpaq sahəsindən 32275 hektarı yol, tikinti və s. altında qalan torpaqlar idi.13,2 min hektar təbii meşə sahəsi var idi.1969-cu ildən həmin sahədə Dövlət yasaqlığı yaradılmışdı.
Bakıdan 401 km-lik məsafədə yerləşən Qubadlı rayonunun Ermənistanla 120, Dağlıq Qarabağın Hadrut rayonu( hal-hazırda bu inzibati rayon ləğv olunub) ilə 42 km-lik sərhəd zolağı vardı. Eyni zamanda Laçın, Jəbrayıl və Zəngilan rayonları ilə həmsərhəd olan Qubadlının iqtisadiyyatının əsasını işğala qədər taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil etmişdir.31 süd-əmtəə ferması mövcud olmuşdur ki, onun da 27-si tam mexanikləşdirilmiş vəziyyətdə idi. Rayonda 2 üzümün ilkin emalı zavodu fəaliyyət göstərirdi. Süd-əmtəə fermalarının məhsulları Yağ-pendir zavodunda emal olunurdu.
Tam gücü ilə işləyən asfalt zavodu təkcə Qubadlıya deyil, eyni zamanda qonşu rayonlara da xidmət edirdi.İnkubator-quşçuluq fabriki və balıqyetişdirmə vətəgəsi rayon əhalisini ət və balıq məhsullarıyla təmin edirdi.Daş karxanası və mərmər sexi əhalinin tələbatını əsaslı şəkildə ödəyirdi. Azərbaycan "Neftqazavtomat" təcrübə zavodunun rayonda yaradılmış filialında son tamamlama işləri gedirdi. ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə fəaliyyət göstərirdi.
İşğala qədər Qubadlı rayonunda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb fəaliyyət göstərirdi. Bundan əlavə bir əyani-qiyabi, bir orta texniki peşə və iki musiqi məktəbi də gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynayırdı. Məktəbəqədər müəssisələrin sayı 7 idi.Bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışırdı. Onlardan 925 nəfəri ali təhsilli idi. 43 nəfər məktəbəqədər müəssisələrdə çalışırdı. 5852 nəfər şagird ümumtəhsil məktəblərində təhsil alırdı. Məktəbəqədər müəssisələrdə 272 azyaşlı tərbiyə olunurdu.
Qubadlıda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klab xalqa xidmət edirdi. 6 avtoklub fəaliyyət göstərirdi. 23 kino qurğusundan istifadə olunurdu. 125 ticarət , 96 iaşə obyekti qubadlılara mədəni xidmət göstərirdi. 25 məişət xidməti müəssisəsi tam gücüylə işləyirdi.
Qubadlı rayonunda 21 rabitə müəssisəsi var idi. 8 avtomat stansiyası quraşdırılmışdı. 1950 nömrəlik həmin stansiyalar gecə-gündüz xalqın xidmətində idi.
Rayonun 33 səhiyyə müəssisəsində 56 həkim və 511 orta tibb işçisi fəaliyyət göstərirdi. 4 xəstəxana, 5 həkim ambulatoriyası, 54 feldşer-mama məntəqəsi, 4 aptek əhalinin sağlamlığı keşiyində dururdu. Rayon gigiyena-epidemologiya mərkəzi və profilaktik dezinfeksiya şöbəsi yüksək səviyyədə iş aparırdı.
Qubadlı rayon Tarix-diyarşünaslıq muzeyində 5 mindən çox nadir eksponat toplanmışdı.
Bütün bunlardan əlavə, aşağıda göstərilənlər də erməni işğalçıları tərəfindən qarət olunmuşdur :

Qubadlı rayonunun işğalında 17 il ötür· Taxıl məhsulu -7352 ton
· Tütün məhsulu - 1556 ton
· Bostan məhsulu - 80 ton
· Kartof - 104 ton
· çuğundur - 30 ton
· Yem məhsulları - 6670 ton
· İribuynuzlu mal-qara - 7160 baş
· Xırda buynuzlu davar - 27231 baş
· Traktorlar - 234 ədəd
· Avtomaşınlar - 100 ədəd
· Taxılyığan kombaynlar - 62 ədəd
· Süfrə üzüm şərabı xammalı - 130 min dekalitr
· Barama məhsulu - 14,4 ton
Eyni zamanda binalar, qurğular, çoxillik əkmələr, texnikalar, inventar və ehtiyat hissələri, neft məhsulları da buraya daxildir.
4-cü əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, 5-ci əsrin yadigarları "Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş "Dəmirçilər Türbəsi", Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr də işğal zonasında qalmışdır.

Qubadlı rayonunun təbiəti
Rayonun səthi, əsasən, dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub- qərb (Topağac dağı-2010 m, Pirdağ-1316 m), Bərgüşad silsiləsinin şərq (Qartız dağı- 1277 m) və Qarabağyaylasının cənub-şərq (Qurbantəpə dağı - 1075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü ( Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir .Yura-Antropogen çöküntüləri yayılmışdır. Əqiq yatağı var.İqlimi əsasən mülayim isti və quru subtropikdir. Orta tempratur yanvarda düzən yerlərdə 1 dərəcədən dağlıq yerlərdə - 4 dərəcəyə qədər, iyulda müvafiq olaraq 26 və 14 dərəcədir. İllik yağıntı 400-600 mm-dir. çayları Bazarçay, Həkəri və onların qollarıdır( Kiçik Həkəri, Meydandərəsi və s ); bunlardan suvarmada istifadə edilir.Rayonda , əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir .Dağ meşələri (fıstıq, palıd, vələs və s ) var.Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir.Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var.Rayonda Qubadlı yasaqlığı təşkil edilib.

Kəlbəjər -Qubadlı iqtisadi rayonu
Reliyefi əsəsən dağlıqdır. Ərəzisi şm.-q-də Şərqi Sevan, şm.-da Murov dağ, ş-də Qarabağ silsilələri ilə əhatələnir. Rayonun qalan hissəsini Qarabağ yaylası tutur. Mərkəzi hissədə Mıxtökən silsiləsi uzanır. Cənub .ş hissəsi Araz çayı dərəsinə tərəf alçalaraq düzənliklərə keçir.

Qubadlı rayonunun işğalında 17 il ötür


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 9763   Tarix: 31 avqust 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xırdalanda çoxmərtəbəli binada yanğın - Yenilənib

Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən "Kristal Abşeron 1" yaşayış kompleksindəki binaların birində yanğın başlayıb. BİG.AZ "Report"a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətind

12:28 361
.

"Google" Novruz bayramına "doodle" həsr etdi

Beynəlxalq axtarış sistemi olan "Google" Novruz bayramına "doodle" həsr edib. "Qafqazinfo" xəbər verir ki, axtarış sisteminin əsas səhifəsində istifadəçilər üçün Novruz bayramı ilə bağlı görüntü yerləşdirilib. Hansı ki, istifadəçilər onun üzərinə klikləməklə Novruz bayram

10:39 209
.

Naməlum xəstəliklərin yayılması dünyanı təhdid edə bilər - Bioloq xəbərdarlıq edir

Əbədi buzlaqların əriməsi ilə əlaqədar olaraq dünya qarayara və bəşəriyyətə məlum olmayan digər xəstəliklərin yeni epidemiyası təhlükəsi ilə üzləşə bilər. Qaynarinfo xəbər verir ki, amerikalı təkamül bioloqu Skott Trevers (Ratqers Universiteti) "Forbes" nəşrində yayımlanan məqaləsində əbəd

19.03.2025 328
.

Evdə doğuş edən qadın öldü

Cəlilabadda qadın doğuşdan sonra ölüb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Soyuqbulaq kəndində baş verib. Belə ki, kənd sakini Nahidə Abasova evdə doğuş edəndən sonra halı pisləşib. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. N. Abbasova bir həftə Reanimasiya şöbəsind

22:15 0
.

Astarada altı uşaq atasını maşınla vurub öldürənə cəza verildi

Ötən ilin noyabrında Astarada altı uşaq atası olan 44 yaşlı Nazim Baxşiyevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxsə hökm oxunub. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Astara Rayon Məhkəməsinin hökmünə əsasən, yük maşını ilə ağır qəza törətmiş 37 yaşlı Peyma

20:45 110
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında martın 21-də hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6 isti, gündüz 9-1

13:39 253
.

Azərbaycanda süni intellekt laboratoriyası qurulacaq - 7,1 milyon manatlıq layihə

Azərbaycanda süni intellekt laboratoriyasının qurulmasına başlanılır. Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı "Azerbaijan International Telecom" (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) müvafiq işlərə başlayıb. Belə ki, qurum hazırda laboratoriyanın qurulması məqsədil

11:51 178
.

Leyla və Arzu Əliyevalar uşaqlarla bir arada - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva "Ümid Yeri" Uşaq Sığınacağını ziyarət ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Leyla Əliyeva instaqram hesabında paylaşım edib

10:52 259
.

Evdə qeyri-adi doğuş: 34 yaşlı qadın mobil telefon işığında 9-cu uşağını dünyaya gətirdi

Zakarpatya vilayətində 34 yaşlı qadın 9-cu övladını ekstremal şəkildə dünyaya gətirib. -ın xarici mediaya istinadla xəbərinə görə, həkimlər körpəni elektrik enerjisi kəsilmiş vəziyyətdə dünyaya gətirməli olublar. Həkimlərin sözlərinə görə, onlara martın 18-nə keçən gecə Bereqovo rayonunun Velikiye Bereq

21:30 70
.

TOP MP3