Tənhalığı seçənlər nəyi qazanır və nəyi itirirlər?

Tənhalığı seçənlər nəyi qazanır və nəyi itirirlər?Artıq bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da tənha yaşamağa maraq göstərənlərin sayı artır. Təəssüfləndirici hal isə budur ki, bu tendensiya artıq yaşlı insanlar arasında deyil, gənclər arasında müşahidə edilir. Halbuki əvvəllər daha çox 65 yaşdan yuxarı insanlar təbii şəraitin doğurduğu amillər əsasında tək yaşamağa məcbur olurdular.

Dünya ölkələrində aparılan müxtəlif araşdırmalar da onu göstərir ki, son 50 ildə dünyada, xüsusilə də inkişaf etmiş qərb ölkələrində tək yaşayanların sayı sürətlə artır. Araşdırmalar insanların artıq məcburiyyətdən deyil, öz seçimləri səbəbindən tək yaşadıqlarını, tənha həyat tərzinin gənclər, xüsusi evlənmə yaşında olan insanlar arasında yayılmağa başladığını üzə çıxarıb. Bu isə gələcək üçün narahatedici bir amil sayıla bilər.

Türk Dünyası Sosioloqlar Birliyinin vitse-prezidenti, sosiologiya elmləri doktoru Əbülfəs Süleymanlı Trend-ə bildirib ki, bir zamanlar yalqız həyat tərzini seçən insanlara cəmiyyət tərəfindən normal münasibət göstərilmirdi. Ancaq artıq insanlar "təhna həyat" fikrini narahatedici bir yaşam tərzi kimi qəbul etmirlər. Əslində isə "təhna həyat" kefə görə yaşamaq və məsuliyyətdən azadolmanı ifadə edir.

Ə.Süleymanlı bildirib ki, "təhna həyat" anlayışı ilk dəfə alman əsilli Amerika sosioloqu, professor Eric Klinenberg tərəfindən ortaya atılıb. Klinenberg 2012-ci ildə çap olunan "Going Solo" adlı kitabında insanın ailə xaricində tək həyata meylinin sivilizasiyanın yeni bir mərhələsi olduğunu dilə gətirib. O, bu anlayışın müsbət mənada irəliyə doğru bir addım olduğunu iddia edir. Qərb ölkələrində Klinenbergin bu qaydası çox populyardır. Hətta bu ölkələrdə insanları tək həyata alışdıran xüsusi kurslar da açılıb. Bu kurslarda insanları tək yaşamaq nəticəsində yarana biləcək depressiyadan qoruma yolları da izah edilir. Tək yaşamağı müdafiə edən insanların əsas fikirləri budur ki, müasir insan tək yaşadıqda özünə və karyerasına daha çox yatırım edə bilər. Əks təqdirdə ailə, yoldaş, uşaq və onların gündəlik problemləri insanı gerçək hədəfdən uzaqlaşdırır.
Sosioloqun fikrincə, tənha həyata üstünlük verilməsinin səbəbləri arasında ilk yeri fərdiçiliyə həddindən artıq önəm verilməsi göstərilə bilər. Digər tərəfdən, sosial və iqtisadi şərtlər də insanları tənha həyata doğru meyilləndirir. İqtisadi mənada müstəqil və yaxşı karyera sahibi olan insanların tənha həyatı daha çox seçdikləri müşahidə edilir. İqtisadi rifah səviyyəsinin daha yüksək olduğu Skandinaviya ölkələrində tək yaşayanların nisbətinin çox yüksək olması bu arqumentə dəstək verir: "Burada şəhər, xüsusilə paytaxt həyatının təsiri də nəzərə alınmalıdır. Şəhərli insan sürətli həyat tempi və dolanışıq çətinliyi səbəbindən zamanla yarışır. Şəhərin insan kütləsindən və stresdən yorulan insan tək yaşamağa üstünlük verir".

Sosioloq deyib ki, tənha həyat meylinin artmasında texnologiya amili də rol oynayır. Çünki texnologiya insanların bir-biri ilə ünsiyyət imkanlarını azaldaraq təklik duyğusunun dərinləşməsinə səbəb olmaqdadır. İnternet asılılığı, evli cütlər arasında belə təhna həyatın olması, yəni eyni evin içində cütlüklərin tək qalması bir başqa baxımdan problemin yaranmasına səbəb olur. Digər tərəfdən, son dövrlərdə nümunəvi ailələrin sayının azalması, boşanmaların sayında ciddi artımların olması, ailə içində etibar və sədaqətin getdikcə azalması da tənha həyat tərzinin artmasına gətirib çıxarır. Evlilik çağında olan gənc bütün bu mənfi halları nəzərə alaraq, çox yaxşı evlilik və tənha həyat arasında seçim edərkən ikinciyə üstünlük verir. Eyni səbəblərdən daha əvvəl müvəffəqiyyətsiz bir evlilik yaşamış insan ikinci dəfə ailə qurmağı düşünməyərək tək qalmaq yolunu seçir.

Araşdırmaların tək yaşayanların daha çox pul xərclədiklərini üzə çıxardığını deyən Ə.Süleymanlının sözlərinə görə, mediada da bu həyat formasını təşviq edən kifayət qədər reklamlar verilir: "Reklamlarda bu həyat tərzini təşviq edən "Təkcə tətil etmənin dözülməz kefi", "Tənha həyatı seçənlər üçün pop, müasir studiyalar" kimi sözlərlə qarşılaşırıq. Tənhalığı təşviq edən televiziya serialları da bu meylin yaranmasına təkan verir".

Sosioloq bildirib ki, insanın sağlam həyat yaşaması üçün onun mütləq digər insanlarla qarşılıqlı əlaqədə olması, hər şeydən əhəmiyyətlisi isə ailə quraraq həyatını bu mühitdə davam etdirməsi lazımdır. Əks halda, tək həyat dağıdıcı bir sonsuzluğa gətirib çıxarar. Təklik artdıqca insan bir sıra ruhi və fiziki problemlər yaşamağa başlayar. Tənha həyat tərzinin çox məşhur olduğu qərb ölkələrində aparılan araşdırmalar da tək yaşayanların xəstəliklərə qarşı daha müdafiəsiz olduqlarını üzə çıxarıb. İctimai baxımdan tək qalan insanda depressiya, utancaqlıq, qayğıya ehtiyac, gərginlik kimi hallar yaranar. Təkliyin meydana gətirdiyi problemlər yaşlılıq dövründə özünü daha çox hiss etdirir. Tənha yaşayan yaşlı insanlar bunu etiraf etməkdən çəkinsələr də, özlərini digərləri ilə müqayisədə bədbəxt hesab edirlər: "Tək yaşayan yaşlı insanların ən böyük qayğısı "Mən ölsəm, nə olacaq?" fikridir. Bəzən xaricdə yaşlı insanın cəsədi iy verməyə başladıqdan, ya da qəbzlərin ödənməməsi üzə çıxdıqdan sonra onun öldüyü aydın olur. Bu da onların tək yaşamasının nəticəsidir".

Tənha həyatın digər mənfi nəticələri barədə də danışan sosioloqun sözlərinə görə, belə həyat tərzi evlənənlərin sayının azalmasına, əhalinin tərkibi ilə bağlı ciddi problemlərin yaranmasına səbəb olur. Gənclərin buna daha çox meyil etməsi əhalinin yaşlanması təhlükəsini də yaradır. Bu vəziyyətin daha çox müşahidə edildiyi ölkələrdə artıq buna qarşı bir sıra tədbirlər görülməyə başlanılıb. Almaniya, Rusiya, İsveç kimi ölkələrdə uşaq sahibi olanlara bəzi hüquqlar verilir, onlara maddi yardımlar göstərilir. Digər tərəfdən, tənha həyatın yayılması əxlaqla bağlı bır sıra problemlərin yaşanmasına da gətirib çıxarır. Çünki cinsi ehtiyaclarını ailə xarici əlaqələrlə ödəməyə həvəs göstərənlər özlərini cəmiyyətdə mənfi nümunə kimi təqdim edirlər.

Ə.Süleymanlı hesab edir ki, vəziyyətdən çıxış yolunu dövlətin əsas ictimai vəzifələrindən birinin ictimai risklərin əvvəldən müəyyənləşdirilməsi və bunların azaldılması istiqamətində bir sıra işlərin aparılmasında görür. Hökumətin ailə institutunu gücləndirən proqramları dəstəkləməsi lazımdır. Evlənənlərə maliyyə dəstəyi verən addımların atılması maddi çətinliklər üzündən ailə qurmağa tərəddüd edən gənclərə müsbət təsiri olar. Qadınlar üçün 3 uşağın doğulmasına görə ayrıca güzəştlər paketinin tətbiqinin, gənclər üçün faizsiz "toy" kreditinin verilməsinin evliliyin təşviqi baxımından müsbət təsiri var.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2971   Tarix: 19 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

TOP MP3