Şübhə - sevgini yox edən səbəblərdəndir

Şübhə - sevgini yox edən səbəblərdəndirŞübhə insana psixoloji zərər vuran ən əsas amillərdən biridir. Bu elə gizli təhlükədir ki, insanı daxilən yeyib-bitirir, qəlbini, beynini məşğul edərək, ətrafına qarşı sevgisizlik və güvənsizlik yaradır, pessimizmə sürükləyir. Şübhə hər zaman və hər mövzuda ortaya çıxa bilər və ən geniş yayılan növlərindən biri, insanın özünə duyulan sevgidən şübhə duymasıdır. Bəs bu nədən qaynaqlanır? İnsan hansı hallarda ona göstərilən sevgidən şübhə duyur?

Qarşılıqlı inam və etibar olmadıqda, insanlar qarşılarındakı şəxslərin onları həqiqətən sevib sevmədiklərindən şübhə duyurlar. Ağıllarını hər zaman bir sual məşğul edir: "Görəsən məni həqiqətənmi sevirlər?"

Şübhə əslində nəfsin insana verdiyi mənfi təlqindir. Sevgi ilə bərabər səmimiyyəti də məhv edir. Sevgisizlik və səmimiyyətsizlik isə insanın hüzurlu yaşamasına, xoşbəxt olmasına mane olur. Sevgi dolu bir həyat yaşamaq istəyən insan hər şeydən əvvəl sevgi məfhumunu yaxşı anlamalıdır. Əsl sevgi nədir? Əgər insanlar bu sualın cavabını həqiqi mənada anlasalar, əsl sevgini də yaşayarlar. Cəmiyyətlərin sevgisizlikdən əziyyət çəkməsinin səbəbi bu məfhumu anlaya bilməmələri, ağılları ilə yox, duyğuları ilə hərəkət etmələri, öz nəfsi mühakimələrini etmədən qarşı tərəfdən ən mükəmməlini gözləmələridir. Sevgisizsənsə, insanlarla münasibətindəki səmimiyyətdən şübhə duyursansa, birinci öz nəfsini mühakimə etməyi bacarmalısan, özünə tez-tez bu sualları yönəltməlisən. "Yaşamaq istədiyim əsl sevgi üçün mən nə qədər cəhd edirəm? Əsl sevgini yaşamaq üçün hansı xüsusiyyətlərə sahib olmalıyam? Və ya hansı xüsusiyyətlərim sevgiyə mane olur?"

Keçici həvəslərə, maddi dəyərlərə söykənən, qarşılıqlı mənfəətlərə əsaslanan və mənəvi baxımdan heç bir dərinliyi olmayan sevgi şübhəsiz ki, əsl sevgi deyil. Ətrafınızdakı insanları müşahidə edin. Onlar üçün sevgi meyarı budur: "Zənginsənsə kasıbla, təhsillisənsə təhsilsizlə, fiziki baxımdan gözəlsənsə çirkinlə dostluq münasibəti qura bilməzsən. Ayrı dünyanın adamlarısız" Əgər sən də dost seçərkən, sırf bu meyarları əsas götürsən, əlbəttə ki, ömrün boyu şübhələr içində boğulacaqsan, sevgisizlik həyatına hakim olacaq.

Əsl sevgi Allah sevgisidir. İnsanları da Allah sevgisi ilə sevəndə həmin sevgi dəyər qazanır. Bu sevgi daimidir, əsla bitib-tükənmir. Çünki artıq dünyəvi səbəblərlə qiymətləndirmirsən qarşındakını, onun fiziki quruluşunun çox gözəl olması sevgi səbəbin deyil. Anlayırsan ki, zaman keçəcək, o gözəllik itəcək. Bu da o deməkdir ki, sevgin də gözəlliklə birlikdə gedəcək. Anlayırsan ki, birinin sırf xarici görünüşünə görə onu sevmək bir az kobud dillə desək, ətinə, canına vurulmaqdır. Necə diksindiricidir. Bu duyğuya sevgi adını vermək olarmı? Ya da qarşındakı şəxsin çox ağıllı olması, zəngin olması səni heç maraqlandırmır. Başa düşürsən ki, bunların hamısı gəldi-gedərdi və insana əsl xoşbəxtliyi, sevgini yaşatmır. Əsl sevgi Allah eşqi ilə ruhu sevməkdir. Belə olan təqdirdə isə sevdiyin insanın xəstələnməsi, şikəst olması, qocalması, gözəlliyini itirməsi sevgini azaltmır, əksinə daha da artırır. Belə bir sevginin ən mühüm xüsusiyyəti insanın sevdiyinə qyımamasıdır. Sevdiyinə qıya bilməyən insan; Onun istəklərini öz istəklərindən üstün tutar, yəni fədakar olar. Onu təhlükələrdən qoruyar, ona hörmət etdiyini hiss etdirər, sevgisi əsla səbəblərə görə dəyişməz vəsabit qalmaz, hər zaman daha da artar, sevdiyinin qüsurunu görsə hiss etdirmədən onun qüsurunu örtməyə çalışar, yəni sevdiyinin tamamlayıcısı olar. Əsl sevgi də məhz budur: Sevdiyinin tamamlayıcısı olmaq. Ondan özünə qarşı ən mükəmməl rəftar gözləməmək, qarşılıq gözləmədən ən mükəmməl rəftarı ona göstərmək. Hər zaman optimist olmaq, onun rəftarında özünə qarşı xoşagəlməz bir şey görsən belə, küsməmək, inciməmək, bunları xeyirlə qiymətləndirmək, səbirli olmaq. Şübhə vəsvəsəsini özünə yaxın buraxmamaq və sevdiyində də sənə qarşı şübhə yaratmayacaq şəkildə hərəkət etmək.

Eqoist,laqeyd, Allah'a dərin sevgisi olmayan bir insandan beləbir sevgi gözlənməz. Bəzən sosial şəbəkələrdə "Səbəbsiz yerə birini sevirsənsə, deməli əsl sevgini yaşayırsan" kimi şablon cümlələrə rast gəlinir. Amma yanlışdır. Çünki sevgi səbəbsiz yerə də yaranmır. Mütləq cəhd etmək, diqqətli olmaq lazımdır ki, sevgini mənalı edən də budur.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4228   Tarix: 19 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.