Batil inanclar, yaxud "nənələrin qanunları"

Batil inanclar, yaxud "nənələrin qanunları"Bəzi inanclar cahillikdən irəli gələrək şişirdilir
Həyatımızın müəyyən məqamlarında inanclarımızın bizə uğur və ya pislik gətirəcəyinə inanırıq. İnancını sınayıb fikrini dəqiqləşdirənlər də olur, ona, həqiqətən, düşüb-düşmədiyini yoxlamadan kor-koranə inananlar da. Əslində inanclara inanan yeganə xalq deyilik. Hər bir xalqın özünə uyğun inancları var, amma müqayisədə bizim inanclar bəzən ifrat dərəcəyə qədər gedib çıxır.

Hər bir insanın inancı fərqlidir. Özlərinə görə, açıqlamaları olan insanlar belə düşünür ki, inandıqları və sınadıqları inancları bilə-bilə pozmaq gələcək hər hansı bir mənfi hadisəyə hazır olmaq üçün bir işarədir. Bakı sakini 25 yaşlı Ranar Əliyev də inanclara inanır. Həm də ifrat dərəcədə: "Mən inanclara zarafatla "nənəmin qanunları" deyirəm. Bizi də inanmağa məcbur edən odur. Əvvəllər elə də fikir vermirdim, amma sınadıqca ehtiyat etməyə başlayıram. Uşaq olanda ən çox inandığım ayaqlarımın üstündən kimsə, keçsə, kiçik boylu olacağım idi. İndi isə yuxuda at görməyə inanıram. İşlərim çox yaxşı gedir. Göz səyriməsinə inanıram, sınamışam. Ümumən inandığım belə inanclar çox deyil, amma var".

Batil inanc, məntiqi bir təmələ söykənməyən inanc və davranışlara deyilir. Batil inanclara inanmaq müsəlman aləmində xoş əməl kimi qəbul olunmasa da çox insan bundan xəbərsizdir. Ümumən gündəlik həyatımızda da batil inancları fərqində olmadan işlədən insanlar az deyil. Asqıran insana sağlam ol demək, yerə düşən çörəyi öpüb göz üstünə qoymaq, evdə göz dəymənin qarşısını alsın deyə üzərlik yandırmaq, uşaq dişi çıxanda hədik bişirmək, bütün bunlar da xalq arasında yayılmış batil inanclardır.

Hacı Kamilin sözlərinə görə, insanların batil inanclara inanması günahdır. İnsan fitrət baxımından elə yaradılıb ki, daim hər hansı bir şeyə inanmağa məcburdur: "Batil inanc heç bir vəchlə dində qəbul edilmir. Çünki inancın kökü olmalıdır. Kökü və əsası olmayan şey isə məhvə məhkumdur. Bizim cəmiyyətimizdə də bu kimi batil inanclar və tabular həddindən artıq çoxdur. Bu və bu kimi inanclar batil inanclardır. Bunlara inanaraq bir insanın həyatında nəyi isə edib, nəyi isə etməməsi günahdır. İslam insanları bu cür yanlışlıqlardan qurtarmaq və onlara təmiz əqidə bəxş etmək üçün göndərilmiş bir dindir. Bəzi insanlar belə etiqad ucbatından hansısa vaxtda evlənmir, evindən çölə çıxmır, işə başlamırlar. Belə amillərdə xeyir və şər olmaz. Bu cür etiqadlar cahiliyyə dönəmində yaşamış müşriklərin, bütpərəstlərin etiqadları olmuşdur. Çox qəribədir ki, bir çox qeybi həqiqətləri "reallıqdan uzaqdır" deyə inkar edən insanlar bu cür məntiqsiz xürafatlara inanırlar. Təbii ki, İslam dini bu inanclardan uzaqdır. İnanclara inanıb hərəkət etmək isə günahdır".

Psixoloq Gülər Namazovanın sözlərinə görə, insanlar batil inanclara inanmağa məcburdurlar. Çünki onların bundan başqa çarələri olmur. Gözün insana dəyib-dəymədiyini, ümumiyyətlə göz anlayışının nə olduğunu bilmədiyi halda o gözü çıxarmaq üçün üzərlik yandırmaq, başa duz fırlamaq nə dərəcədə düzgündür? Belə inanclar insanı ruhən sakitləşdirir: "Bizdəki fərdi batil inanclardan çox ümumi batil inanclar geniş yer tutub. Məsələn, hansısa ziyarətə gedib məhz o yerdən övlad diləmək geniş hal alıb ki, elə ən böyük batil inanc budur. İnsan özünü bu yolla bir növ rahatlamış, ümidini artırmış hiss edir, lakin digər tərəfdən günah qazanır. Batil inanclar zamanla unudula bilər, lakin buna insanlar hazır deyil. Çünki ailə qurmaq mərasimi elə batil inanclarla zəngindir, qızın çıraq başına fırlanması, başından düyü tökülməsi, başında çörək kəsilməsi, eyni zamanda bayramlarımız bu cür batil inanclarla zəngindir. Məsələn, qapı pusub ona uyğun arzu yozmaq, duzlu kökə, müxtəlif fallar, bütün bu əməllər bir məqsədlə edilir; gələcəyi dəyişmək, ya da dəyişdiyinə inanmaq. "Bunu etməyim, nəticəsi belə olsun", "burdan getməyim, işim alınsın" və bu kimi fikirlər sadəcə insanları motivasiya edir, inandırır ki, yaxşı olacaq. Əslində heç bir batil inanc qəbul olunan deyil, amma istisnalarla bu inanclardan qurtulmaq lazımdır. Çünki bəzən inanclara həddindən artıq aludə olub işini sabaha saxlayanlar, yolunu dəyişənlər, dəri və göz rənginə görə bəzi insanları kompleksə salanlar, onlardan uzaqlaşanlar da az olmur. Bir sözlə, insan öz-özünə aşılamalıdır ki, batil inanclar olmadan da onun işləri yolunda gedə bilər".

Psixoloq bildirir ki, bu cür inancların əksəriyyəti cahil insanlar tərəfindən şişirdilmiş inanclardır. Bir çox inanclar insanların yüz illər boyu dildən-dilə keçirdiyi, bu gün də bizim bunların bəzilərindən istifadə etdiyimiz etiqadlardır. Məsələn, hər bir evdə körpə ilk dişin çıxararkən mütləq dişlik bişirilməsi, uzaq səfərə çıxanın arxasınca su atılması kimi məsum inancların Allahı inkar etməklə bir əlaqəsi yoxdur: "Düzdür, sizinlə razıyam ki, bəzi inanclar var ki, məsələn qoz ağacı, əncir ağacının dibində yatan xəstələnər, ya da onu cinlər vurar kimi inanclar həddindən artıq şişirdilib. Belə inanclar insanların savadsızlığından yaranıb və cahillik əlaməti sayılır. Elmi cəhətdən təsdiqlənib ki, bu ağaclar tək ağacdırlar ki, digərlərindən fərqli olaraq, gecələri oksigeni udur, karbon qazı xaric edirlər və buna görə də o ağacların altında yatan adam havasızlıqdan tənginəfəs olur. Bu inancı yoxlayıb əmin olmaq istəyənlər də bilsin ki, ağacların altındakı boğulma hissinin heç bir cinlə əlaqəsi yoxdur".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2492   Tarix: 12 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

180 illik sirr açıldı

1845-ci ildə Arktikada itkin düşən məşhur Franklin ekspedisiyasının bəzi üzvlərinin kimliyi təxminən 180 ildən sonra DNT analizləri vasitəsilə müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, İngiltərədən yeni dəniz marşrutu tapmaq məqsədilə yola çıxan Con Franklinin rəhbərlik etdiyi ekspedisiyad

14.05.2026 481
.

Fransada "dünyanın ən yaşlı iti" öldü

Fransada "dünyanın ən yaşlı iti" hesab edilən Lazar adlı toy-spaniel cinsi it 31 yaşında ölüb. xəbər verir ki, bu barədə AFP agentliyi itin sahibi Ofeli Budola istinadən məlumat yayıb. Lazar Fransanın şərqində yerləşən Villi-le-Pellu şəhərində yaşayırdı

17.05.2026 251
.

Psixoloqlara görə nankor insanlar bu 4 cümləni tez-tez işlədir

Nankorluq meyilli fərdlərin ünsiyyət zamanı istifadə etdiyi müəyyən qəliblər var. Psixoloqlar bildirirlər ki, bu ifadələr münasibətlərdə minnətdarlıq əvəzinə günahkarlıq hissi yaradır və emosional manipulyasiya alətinə çevrilir. nankor insanların münasibətləri zədələyən 4 əsas ifadə tərzini təqdim edir:

17.05.2026 194
.

Təmizlik xərclərindən qurtulmaq istəyən unitaza 1 şüşə töksün

Unitaz təmizliyi ev işləri arasında ən çətin və xoşagəlməz tapşırıqlardan biri hesab olunur. Lakin bahalı kimyəvi təmizləyicilərə pul xərcləmədən, evdə olan təbii vasitələrlə ağappaq və gigiyenik nəticə əldə etmək mümkündür. ləkələri anında yox edən 5 təbii üsulu təqdim edir:. Sirkə və soda: "Qızı

16.05.2026 226
.

Saç tökülməsinin gizli səbəbi

Yaş saçlar yüksək elastikliyinə görə qırılmağa daha meyillidir və zədələnməyə çox məruz qalır. Bu səbəbdən saçların ən azı 70%-i qurumadan onları daramaq məsləhət görülmür. xəbər verir ki, bu barədə bioloq İrina Lyalina " nəşrinə açıqlamasında bildirib. "Yaş halda saçların daranması tövsiy

17.05.2026 177
.

Adi salamlaşma hansı xəstəliklərə yol aça bilər? - Mütəxəssis rəyi

"Adi əl sıxaraq salamlaşma, əsas gigiyena qaydalarına riayət edilmədikdə, müxtəlif infeksiyaların ötürülmə yollarından birinə çevrilə bilər". xəbər verir ki, bu barədə rusiyalı həkim-bakterioloq Vera Bondarçuk "İzvestiya" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Mütəxəssisin sözlərin

16.05.2026 124
.

Dünyada milyarderlərin sayı daha da artır: hansı ölkələr ən sürətlə zənginləşir

Avropada varlıların sayında ən sürətli artım Polşada gözlənilir. Dünya üzrə dollar milyarderlərinin sayı sürətlə artır və 2031-ci ilə qədər təxminən 400 nəfərə çata bilər. -ın xarici mediaya istinadən xəbərinə görə, mütləq say artımına baxmayaraq, Avropa öz payını artırır, Amerika isə mövqelərini itirir

10.05.2026 318
.

Avropada hər il əlavə 100 min adam bu səbbədən ölür

Araşdırmalar göstərib ki, iqtisadi bərabərsizlik Avropada hər il istilik və soyuq səbəbindən baş verən ölüm hallarını 100 00 nəfərdən çox artırır. xəbər verir ki, bu barədə "The Guardian" yazır. Tədqiqat həmçinin göstərib ki, bərabərsizlik səviyyəsinin Avropanın ən bərabər regionu olan Sloveniy

10.05.2026 216
.

Yazda pəncərənin qarşısına niyə qaşıq qoymaq lazımdır?

Yaz fəsli gəlsə də, gecələr hələ də sərin keçir. Gündüz isinən hava gecə kəskin soyuduqda pəncərələrdə kondensasiya, yəni "tərləmə" yaranır. Səhər oyandıqda şüşənin kənarlarının islanması və pəncərə altlıqlarında nəmlik çox insanın qarşılaşdığı vəziyyətdir. Mövsüm keçidlərində daxili və xaric

17.05.2026 253
.

TOP MP3