Dünyanın ən dəhşətli türmələri

Dünya sivilizasiyası yaranandan üzü bəri cinayətcəza mövzusu həmişə aktuallığını saxlayıb. Qədim insanı günahı olanda qəbilədən qovub cəzalandırırdılarsa, sonralar daha qəddar cəza növləri meydana çıxdı: yandırılma,edam, daş-qalaq edilmə,hətta diri-diri torpağa basdırılma. İlk həbsxanaların nə vaxt, harada yaranması mübahisə mövzusu olsa da, cinayətkarların "dörd divar arasına" salınmaqla cəzalandırılması insan övladının düşündüyü bəlkə də daha sivil cəza metodudur. Amma həbsxanalarda şərait də müxtəlifdir. Dünyada elə cəzacəkmə yerləri var ki, oraya düşməkdənsə birdəfəlik əzabla ölmək daha yaxşıdır. Elə həbsxanalar da var ki, dustaqlar orada kef çəkirlər.

Dünya üzrə ən pis türmələrin siyahısı.



Siyahıda 10-cu yeri 150 il əvvəl Amerikanın Kaliforniya ştatında tikilən San Kventin həbsxanası tutur. Bu həbsxanada ölüm cəzasına məhkum olunmuşlar saxlanılır. Həbsxananın bütün kameraları "anasını kəsmiş" cinayətkarlarla doludur. Buradakı ağır şəraitə görə işləmək istəyənlər çox azdır. Yerli hökumət məvacibləri ilbəil artırsa da, həbsxana personalı tam düzəlmir. Həbsxana "nadzor" ları isə xüsusi qəddarlıqları ilə seçilirlər. Dustaqların saxlanma kameraları köhnə və çirklidir, tibbi xidmət isə demək olar ki, yoxdur. Burada adi soyuqdəymədən də dustaq ölə bilər. Bir neçə il əvvəl keçirilən yoxlamalar zamanı məlum olub ki, "ömürlük" lərə təcrübəsiz həkimlər daima səhv diaqnozlar qoyublar. San Kventinin daha bir ciddi problemi zorakılıqdır.

Dünyanın ən dəhşətli türmələri Venesueladakı La Sabaneta türməsi də "ən pislər" siyahısında yer tutur. 15 min nəfər üçün nəzərdə tutulmuş bu həbsxanada 25 min məhkum cəza çəkir. Neftlə zəngin bu ölkədə əhalinin təxminən üçdə bir hissəsi yoxsulluq vəziyyətində yaşayır və təbii ki, belə vəziyyətdə cinayətkarlıq da çoxdur. Bu səbəbdən cəzaçəkmə müəssisələrində saxlanma şəraiti dəhşətlidir. Bəzi məhkumlar türmələrin dar koridorlarında çəkilmiş qamaklarda (tordan yelləncək) yatmağa məcbur olur, eyni zamanda sistemin korrupsiyalaşması imkanlı məhkumlara rüşvətin hesabına daha komfortlu yerləri ələ keçirməyə imkan verir.

Dünyanın ən dəhşətli türmələriSəkkizinci yeri Türkiyənin cənub-şərqindəki Diyarbəkir şəhərində yerləşən cəzaçəkmə müəssisəsi tutur. Burada türmələr ağzına kimi doludur, saxlanma şəraiti sanitar normalara uyğun gəlmir, mühafizəçilərlə məhkumlar arasında daima toqquşmalar baş verir. Məhkumların qiyamının qarşısı isə ən qəddar üsullarla alınır. Bu türmədə məhkumları daima vəhşicəsinə döyürlər, onların heç bir hüququ təmin olunmur. Diyarbəkir türməsində tibbi xidmət bərbad vəziyyətdədir, heç bir reabilitasiya proqramı mövcud deyil.

Dünyanın ən dəhşətli türmələri Siyahıda yeddinci pilləni Argentinanın Mendosa şəhərində yerləşən həbsxana tutur: burada son bir ildə müxtəlif səbəblərdən 22 ölüm hadisəsi qeydə alınıb. Bu türmə həmişə doludur - cəmi 600 nəfər üçün nəzərdə tutulmuş kameralarda 1600 məhkum cəza çəkir. Məhkumların döşəmədə yatması Mendosadakı cəzaçəkmə müəssisəsi üçün adi haldır. Onlar tualetə getmək istəyəndə isə butulka və ya polietilen paketlərdən istifadə edirlər. Kamera və koridorlarda günlərlə zibil yığışdırılmır. Hələ bu azmış kimi kameraları çox vaxt çirkab sular basır.

Dünyanın ən dəhşətli türmələri Nyu Yorkun iri həbsxanası- Rikers İsland bu siyahıda altıncıdır. Bu həbsxananın tarixi çoxsaylı zorakılıq halları və dəhşətli işgəncə faktları ilə zəngindir. Həmin yerdə cəzasını çəkib azadlığa çıxmış insanları söyləyirlər ki, bura Nyu Yorkun kriminallaşmış rayonlarından daha qorxulu və təhlükəlidir. Hər an öldürülə, döyülə, ömürlük şikəst edilə bilərsən

Dünyanın ən dəhşətli türmələri Afrika qitəsindəki Keniyanın paytaxt Nayrobi türməsi "ən pislərin" siyahısında "beş" alıb. Burada ümumilikdə 800 nəfər üçün nəzərdə tutulmuş kameralarda 3800 məhkum saxlanılır. Narkotikdən istifadə, zorlanma, dava-dalaş bu həbsxananın adi rejimidir.

Dünyanın ən dəhşətli türmələriSiyahıda Suriyadakı Tadmorda hərbi həbsxanası da var. Tadmordakı adi saxlanma rejimində belə dustaqlara baltalardan, iplərdən və taxtalardan istifadə olunan orta əsrə xas işgəncələrdən istifadə olunur. Mühafizəçilər kef məclislərindən sonra işgəncə obyektini sırf təsadüf nəticəsində seçirlər. Bu cür işgəncə tamaşalarına hətta dustaqları baxmağa da məcbur edirlər.

Dünyanın ən dəhşətli türmələriSiyahıda üçüncü yer Paris yaxınlığındakı La Sante həbsxanasına verilib. Bu müəssisədəki məhkumlar elə bir zülm altında saxlanılırlar ki, canlarını qurtarmaq üçün sutkalarla başlarını divara vurmağa, siçan zəhəri və çəngəl udmağa hazırdırlar. Təkcə 1999-cu il ərzində bu həbsxanada 124 məhkum müxtəlif səbəblərdən həyatını itirib. Ağzına kimi dolu kameralar, duş qəbul etmək imkanının olmaması, keyfiyyətsiz ərzaqlardan istifadə - bütün bunlar məhbuslar arasında dəri xəstəliklərinə gətirib çıxarır. Müəssisədə o qədər siçovul var ki, məhkumlar öz əşyalarını tavandan asmağa məcburdurlar. La Sante əvvəllər olduğu kimi indi də zorakılıq, əxlaqsızlıq və vəhşilik məkanı kimi tanınmaqdadır. Burada daha zəif məhkumlar qula çevrilirlər.

Dünyanın ən dəhşətli türmələri Siyahıda ikinci yeri Kolorado (ABŞ) ştatında yerləşən ADX Florense federal həbsxanası tutur. Ciddi rejimli bu müəssisənin məhkumları kameradan kənarda həftədə cəmi 9 saat keçirirlər. Onlar öz kameralarında yeməyə, yatmağa və tualetə getməyə məcburdurlar. Məhkumlar sutka ərzində 22 saatdan artıq günəş işığında məhrumdular.

Dünyanın ən dəhşətli türmələriDünyanın ən acınacaqlı cəzaçəkmə müəssisələri siyahısında birinci yeri Braziliyanın San-Paulu şəhərindən bir neçə kilometr aralıda yerləşən i Carandiru türməsi tutur. Buradakı hər 5 məhkumdan biri QİÇS xəstəliyinin daşıyıcısıdır. Məhkumlar cərrahiyyə əməliyyatı olunan zamanı "narkoz" dan istifadə edilmir, istifadədə rədd cavabı verilir. 7500 məhkuma dörd növbədə çalışan cəmi 1000 türmə əməkdaşı düşür.

Dünyanın ən dəhşətli türmələri


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 20971   Tarix: 14 sentyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

TOP MP3