Şagirdlər Arasında Zorakılıq: Məktəb Mühitində Təhlükə Siqnalı - TƏHSİL ESKPERTİNDƏN AÇIQLAMA

Şagirdlər Arasında Zorakılıq: Məktəb Mühitində Təhlükə Siqnalı - TƏHSİL ESKPERTİNDƏN AÇIQLAMASon illərdə orta məktəblərdə narahatedici bir tendensiya getdikcə daha açıq şəkildə özünü göstərir: yuxarı sinif şagirdlərinin aşağı sinif şagirdlərinə qarşı zorakılığı və bullinq halları artıq təsadüfi hadisə deyil, sanki adi bir davranış forması kimi qəbul olunmağa başlayıb. Bu cür hallar təkcə fiziki təzyiqlə məhdudlaşmır, eyni zamanda psixoloji təhqir, təcrid və alçaltma kimi daha dərin təsirlərə səbəb olan davranışlarla müşayiət olunur.

Məktəb mühiti uşaqların təhlükəsiz və sağlam inkişaf etməli olduğu bir məkan olsa da, nəzarətsizlik və vaxtında müdaxilənin olmaması bu cür neqativ halların yayılmasına şərait yaradır. Nəticədə isə bullinqə məruz qalan şagirdlərdə özünəqapanma, qorxu, özgüvən itkisi və hətta ciddi psixoloji travmalar müşahidə olunur. Bu vəziyyət artıq cəmiyyət üçün ciddi siqnal kimi qiymətləndirilməlidir.
Şagirdlər Arasında Zorakılıq: Məktəb Mühitində Təhlükə Siqnalı - TƏHSİL ESKPERTİNDƏN AÇIQLAMAMözvu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, məktəblərdə "yuxarı sinif - aşağı sinif" qarşıdurması, bullinq və zorakılıq halları artıq sadəcə bir təhsil problemi deyil, ciddi bir sosial böhrandır. Onun sözlərinə görə, bu məsələyə bədii və publisistik bir baxışla yanaşsaq, deyə bilərik ki, məktəb uşağın cəmiyyətə açılan ilk pəncərəsidir: "Əgər o pəncərədən içəri zorakılıq küləyi əsirsə, biz sağlam gələcəkdən danışa bilmərik.
Bu bəlanın qarşısını almaq üçün aşağıdakı addımları atmağımız vacibdir:

Təəssüf ki, bir çox məktəblərdə psixoloq ştatı formal xarakter daşıyır. Psixoloq hər bir sinfin daxili iqlimini bilməli, "liderlik" iddiasında olan və zorakılığa meylli uşaqları öncədən müəyyən etməlidir. Onlarla fərdi söhbətlər aparılmalı, enerjiləri idmana, yaradıcılığa yönəldilməlidir.
Bu gün müəllim şagirdə irad bildirəndə valideyn məktəbə "hesab sormağa" gəlirsə, orada təlim-tərbiyədən danışmaq yersizdir. Müəllimin nüfuzu qanunla qorunmalıdır. Şagird və valideyn bilməlidir ki, müəllimə qarşı hörmətsizlik və ya onun qanuni tələblərinə tabe olmamaq ciddi hüquqi nəticələr doğurur. Müəllim şagirdin qarşısında "səsimi çıxarsam işimi itirərəm" qorxusu ilə dayanmamalıdır.

Şagird məktəbdə zorakılıq edirsə, buna görə valideyn birbaşa maddi və hüquqi məsuliyyət daşımalıdır. Əgər övladının törətdiyi bullinq aktına görə valideynə ciddi məbləğdə cərimə tətbiq olunsa, o, məktəbə müəllimin üstünə deyil, övladını tərbiyə etmək üçün evə tələsər. Tərbiyə ailənin məsuliyyətidir, məktəb isə bu tərbiyənin cilalandığı yerdir.
Sizin kimi media qurumlarının bu mövzunu gündəmdə saxlaması çox təqdirəlayiqdir. Biz filmlərdə, sosial şəbəkələrdə zorakılığı deyil, intellekti və insanlığı təbliğ etməliyik. "Kriminal avtoritet" obrazlarının gənclər arasında idealizə edilməsinə son qoyulmalıdır.

Müəllimi şagirdin qarşısında aciz, valideyni isə məktəbin qarşısında "haqlı müştəri" kimi qoyan sistem dəyişməlidir. İntizamın olmadığı yerdə təhsil yoxdur, sadəcə vaxt itkisi var. Biz "uşaq hüquqları" deyəndə, yalnız zorakılıq edənin deyil, onun tərəfindən incidilən yüzlərlə günahsız şagirdin də oxumaq və təhlükəsizlik hüququnu xatırlamalıyıq.
Nəticə olaraq: Zorakılığın qarşısını almaq üçün təkcə məktəb yox, ailə, cəmiyyət və dövlət bir yumruq kimi birləşməlidir. Biz uşaqlarımıza qələm tutmağı öyrətdiyimiz qədər, bir-birinin əlindən tutmağı da öyrətməliyik. Məktəb qorxu yuvası deyil, sevgi və bilik ocağına çevrilməlidir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 767   Tarix: 01 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

00:50 74
.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

03.10.2026 150
.

Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəb

03.10.2026 207
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

03.10.2026 167
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

03.10.2026 117
.

Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir

Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin

03.10.2026 138
.

Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu

Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a

03.10.2026 143
.

Azərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlanıb

Bu il Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həcminin 16 milyon tona çatacağı gözlənilir, uzunmüddətli perspektivdə isə bu göstəricinin 30 milyon tona çatdırılması hədəflənir. Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasını

03.10.2026 151
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək

03.10.2026 170
.