Əli Mirəliyevə oxumağa qadağa qoydular

Əli Mirəliyevə oxumağa qadağa qoydularMüğənni Əli Mirəliyev ANS televiziyasında yayımlanan "Xalqın artisti" müsabiqəsində münsif kimi iştirak etməməsinin səbəblərini açıqlayıb.

"Qafqazinfo"ya açıqlamasında müğənni bildirib ki, ona bu layihədə iştirak etməməsi ilə bağlı çox suallar verilir:

"Mənə deyirlər ki, niyə "Xalqın artisti" verilişində münsif qismində yoxsan. Deyirəm ki, ANS-də dəyişiklik oldu. Mirşahin Ağayevlə Seyfullanın vəzifəsi dəyişiləndən sonra bu cür oldu. Bu işə rəhbərliyi ANS televiziyası və ANS Şirkətlər Qrupunun vitse-prezidenti Seyfulla Mustafayev edir. Hələ "Toylar kralı" gedən vaxtlarda Seyfulla məni çağırıb yanına dedi ki, Əli müəllim, siz artıq oxuya bilmirsiz. İran stilində oxumayın. Dedim bəs düzgün oxumayanda necə başa salım, sözü düz deməyəndə melodiyanı necə izah edim ki, düz oxumur? Oxumasan melodiyanı necə izah edə bilərəm axı? Dedi ki, yox biz sizə icazə vermirik. Siz kimsiz ki, qoymayasız? Qoymursunuzsa, onda məni bu layihəyə çağırmayın. Axırıncı "Toylar kralı" gedəndə belə bir söhbət olmuşdu.

"Xalqın artisti"ndəki münsiflər heyətinin iştirakçılara münasibətlərinə baxdım. Gördüm bunlar mahnılara yox, iştirakçıların geyimlərinə münasibət bildirirlər. Kim neçə dəfə ərə gedib, nə bilim başqa nələr. Mən bu gün səhnədə olan xalq artistlərinin bir çoxunu bəyənmirəmsə, hansısa rayondan gələn hələ oxumağı bacarmayan birini necə xalqın artisti kimi qəbul edim? ANS-lə mən 7-8 ildir əməkdaşlıq edirəm. Amma bu cür layihələri o televiziyaya yaraşdırmıram. Hətta məni çağırsalar da getmərəm. O layihəyə başqa ad verə bilərdilər. Amma "Xalqın artisti" yox".

Əli Mirəliyev daha sonra əlavə edib ki, onun bu layihədə iştirak etməməsində müsabiqənin aparıcısı Çingiz Əhmədovun günahı yoxdur:

"Çingiz mənim dostumdur, neçə ildir qonşuyuq. Mənim bu layihədə iştirakımı Çingizin adı ilə bağlayırlar. Amma bu düzgün fikir deyil. Çingiz aktyordur, aparıcıdır. Məsələni həll edən rəhbərlikdir. Çingiz kimdir ki, məni bu layihəyə salsın və ya xaric etsin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2726   Tarix: 16 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949