"Android 4.3 Jelly Bean" - Yeni funksiyalar
"Google" şirkəti "Android" mobil əməliyyat sisteminin yeni versiyasını təqdim edib. Xeyli sayda yeniliklər reallaşdırılıb. Aşağıda "Android 4.3 Jelly Bean" platformasının tərkibinə inteqrasiya edilmiş ən mühüm dəyişikliklər qeyd edilib:
1. Bir neçə istifadəçi profilinin dəstəklənməsi
Bu funksiya ilk dəfə hələ "Android 4.2" versiyasında istifadəyə verilib, lakin "Android 4.3 Jelly Bean" platformasında daha da mükəmməlləşdirilib. Profillərin iş alqoritmləri mühüm dəyişikliklərə məruz qalıb: ailə planşetindən istifadə edən uşaqlara böyüklər üçün veb-sayt və məzmuna baxmağı qadağan edən valideyn nəzarəti inteqrasiya edilib.
2. "Bluetooth Smart" texnologiyasının reallaşdırılması
"Android 4.3 Jelly Bean" platformasında "Bluetooth" simsiz texnologiyasının imkanları tamamilə yeni səviyyəyə qaldırılıb - hazırda smartfon və planşetlərə yalnız qulaqlıq və xarici dinamikləri deyil, həm də spesifik qurğuları qoşmaq olar. "Google" şirkətinin mətbuat xidmətinin xəbərində deyilir ki, "Android 4.3 Jelly Bean" platformasında müasir idman və tibbi cihazlarla sinxronlaşdırma imkanı olacaq.
3. Yeni oyun imkanları
Mütəxəssislərin fikrincə, "Android 4.3 Jelly Bean" mobil əməliyyat sistemi "OpenGL ES 3.0" texnologiyasını dəstəklədiyinə görə oyunlar üçün ən məşhur mobil platforma olacaq. Sözügedən texnologiyanın köməkliyi ilə çox güclü qrafikaya malik oyunlar yaratmaq mümkündür.
4. Axın audio və videosunun imkanları təkmilləşdirilib
"Android 4.3 Jelly Bean" platformasında "YouTube" və "Netflix" kimi internet xidmətlərlə iş üçün yeni imkanlar reallaşdırılıb. Hazırda "Android" platforması ilə işləyən qurğular, hətta "Full HD" formatlı videonu asanlıqla ekranda əks etdirə bilər.
5. Yeni klaviatura və kamera interfeysi
"Google" şirkəti "Android 4.3 Jelly Bean" platformasında mətnin yığılması üçün daxili virtual klaviaturanı təkmilləşdirib. O, daha da funksional və əlverişli olub, ona görə də kənar proqram təminatından imtina etmək olar. Bundan başqa, kameranın interfeysi müəyyən dəyişikliklərə məruz qalıb, çəkilişin sazlanması üçün yeni parametrlər istifadəyə verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2551 Tarix: 29 iyul 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589