WUF13 akkreditasiya kartlarının verilməsinə mayın 14-də başlanılacaq

WUF13 akkreditasiya kartlarının verilməsinə mayın 14-də başlanılacaq17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərə 14 may tarixindən etibarən Akkreditasiya və Qeydiyyat Mərkəzində akkreditasiya kartlarının verilməsinə başlanılacaq.

Bu barədə Qaynarinfo-ya WUF13 Azərbaycan əməliyyat şirkətindən məlumat verilib.

Bildirilib ki, tədbirin keçirildiyi məkan - Bakı Olimpiya Stadionunda yerləşən mərkəz WUF13 iştirakçılarının qeydiyyatı, akkreditasiyası və məlumatlandırılması prosesinin vahid və operativ şəkildə həyata keçirilməsini təmin edəcək.

Mərkəz 14-16 may tarixlərində saat 09:00-18:00, 17-21 may tarixlərində saat 07:00-18:00, 22 may tarixində isə saat 07:00-15:00 aralığında fəaliyyət göstərəcək.

WUF13 iştirakçıları, rəsmi nümayəndələr və qonaqlar 14-22 may 2026-cı il tarixləri ərzində Akkreditasiya və Qeydiyyat Mərkəzinə yaxınlaşaraq qeydiyyatdan keçib akkreditasiya kartlarını əldə edə biləcəklər.

Onlayn qeydiyyatdan keçmiş şəxslər WUF13 akkreditasiya kartlarını əldə etmək üçün elektron poçtlarına göndərilən unikal qeydiyyat nömrəsi ilə yanaşı, qeydiyyat zamanı istifadə etdikləri etibarlı şəxsiyyətini təsdiq edən sənədi də özləri ilə gətirməlidirlər. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyəti təsdiq edən sənəd, xarici ölkə vətəndaşları isə etibarlı pasport təqdim etməlidirlər.

Bununla yanaşı, tədbir günlərində yerində qeydiyyat imkanı da yaradılacaq.

Qeydiyyat prosesinin daha rahat və sürətli təşkili məqsədilə iştirakçılara əvvəlcədən onlayn qeydiyyatdan keçmələri tövsiyə olunur. Onlayn qeydiyyat BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təqdim edilən Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) - https://events.unhabitat.org - vasitəsilə həyata keçirilir və onlayn qeydiyyat üçün son tarix 15 may saat 18:00-dır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 537   Tarix: 13 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sonsuzluğun əsas səbəbləri açıqlanıb: "Qadınlar daha gec ailə qururlar"

"Müasir dövrdə sonsuzluğun artmasının səbəbləri daha çox iki əsas faktorla əlaqələndirilir. Birinci səbəb qadınların sosial həyatda daha aktiv iştirak etməsidir. Çünki hazırda evlilik yaşı əvvəlki illərlə müqayisədə 5-10 il irəliləyib. Artıq qadınlar daha çox 30 yaşdan sonra ailə qururlar"

11:46 206
.

Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin

14:14 284
.

"Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"

"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki

17:45 55
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

18:15 1
.

"Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"

"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona

13:26 148
.

Azərbaycanda süni intellekt hansı səviyyədədir? - Ekspertdən AÇIQLAMA

"Azərbaycanda süni intellektin (Sİ) inkişafı hazırda həm böyük potensialın, həm də müəyyən boşluqların mövcud olduğu keçid mərhələsindədir. Ümumilikdə vəziyyəti "başlanğıc-orta" səviyyədə, lakin sürətlə inkişaf edən proses kimi qiymətləndirmək olar. Məsələyə bir neçə aspektdən yanaşma

14:05 167
.

"Olimp Hospital"da əməliyyat olunan 44 yaşlı kişi öldü

Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub. Xəstəxanada onu

17:12 93
.

"Hərənin arxasında, böyük bir dayı var"

"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kim

17:39 75
.

Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Satıcılar bildirirlə

11:38 205
.