Qiymətli daş-qaşlarla müalicə olduğunu bilirsiniz?
Qədim dövrdən qiymətli daş-qaş bəşəriyyətə var-dövlət və bəzək əşyası kimi tanınmışdır. Qadınlarımız daş-qaşlardan çox müxtəlif bər-bəzək əşyaları düzəltdirmişlər. Belə olan halda onun digər xüsusiyyətləri diqqəti cəlb etməmişdir. Hələ qədim dövrlərin mütəfəkkirləri İbn Sina, Əbu Reyhan Biruni, Nəsirəddin Tusi, Zəkəriyyə Qəzvini və b. daş-qaşın müalicəvi xassələrindən bəhs edən əsərlər yazmışlar. Zaman keçdikcə xalq təbabəti biliciləri daş-qaşlardan müalicə məqsədli istifadəyə başladılar. Məsələn, müsəlman aləmində daha çox məşhur olan firuzə insanlara qələbə, xoş əhval-ruhiyyə bəxş edən gözəl görkəmli bir daş kimi şöhrət tapmışdır. Xalq təbibləri belə hesab edirlər ki, firuzəyə baxanda göz işıqlanır. Bu cəhəti nəzərə alaraq göz dərmanları hazırlanarkən firuzədən istifadə etmişlər.
Mirvarini əzib toz halına salıb isti suda həll edirlər, ondan şərbətə, müxtəlif məcunlara qatırlar. Ondan gündə 3-4 dəfə və hər dəfə də 15-20 q qəbul edirlər ki, bu da ürək tutmalarına və sıxıntılarına kömək edir, habelə ürəyi qüvvətləndirir. Onun qəbul edilməsi adamın əhval-ruhiyyəsini qaldırır. Göz xəstəliklərinin müalicəsində də mirvari tozundan və ya suda həll olunmuşundan istifadə edilir. O gözün işığını artırır, görməni yaxşılaşdırır.
Şərq təbiblərinin təcrübəsindən istifadə edən rus türkəçarəçiləri də qiymətli daşlardan müalicə vasitəsi kimi istifadə ediblər. Kim özü ilə yaqut gəzdirsə gecələr yatarkən qorxulu və pis yuxular görməz. Günəşə baxarkən gözü qaralan və qamaşanda yaqut daşını göz qapaqlarına sürtsn bu əlamət dəf olar. Baş ağrısını sakitləşdirmək üçün başa yaqut daşı sürtmək kifayətdir. Yaqut ümumiyyətlə ağrıkəsmə xüsusiyyətinə malikdir. O bədənin hər hansı bir sahəsində olan ağrını maqnit dəmiri çəkən kimi özünə çəkir.
Hind alimləri də yaqut haqqında maraqlı fikirlər deyirlər. Onların dediyinə görə kim özü ilə yaqut gəzdirsə taun və vəba xəstəliklərinə tutulmaz. Yaqutu ağıza aldıqda ürəyi qüvvətləndirir, əhval ruhiyyəni yaxşılaşdırır, susuzluğu dəf edir. Onu əzib tozunu şərbət və ya digər məcunlara qatdıqda qanı təmizləyir, saflaşdırır, zəhərlənmənin qarşısını alır, gözü xəstəliklərdən qoruyur.
Ərəb ölkələrində, Misirdə tünd yaşıl zümrüddən təbabətdə istifadə ediblər. Zümrüdü əzib toz halında və ya suda həll etməklə zəhərlənmələrdə istifadə ediblər. Zümrüd gəzdirən adamların əsəbləri sakit olar, qorxulu yuxular görməzlər. Toz halında zümrüdü müxtəlif maye dərmanlara qataraq malyariya, ishal kimi xəstəliklərin qarşısının alınmasında istifadə ediblər. Zümrüdün suyunu bədənə sürtdükdə ilan sizə yaxın gəlib zəhər verə bilməz.
Əqiq mineralından türkəçarəçilər daha çox istifadə edirlərmiş. Ondan göz muncuğu hazırlayıb uşaqların biləyinə, sinəsinə bağlayırlar. Bu uşaqları bədnəzərdən, göz dəyməsindən xilas edir. Onun şüanı dəfetmə xüsusiyyəti kompüter istifadəçilərinə çox seyirli ola bilər. Qara ciyərə, gözə xeyirlidir.
Şəffaf və rəngsiz kvars mineralından fikri dağıdan, üzdəki qırışıqları yox edən vasitə kimi istifadə olunur. Kvarsdan həmçinin qorxuluğun aradan qaldırılmasında da istifadə edilmişdir
Papa VII Klement (XVI əsr) ağır xəstəliyini, almaz, yaqut, zümrüdü toz halına salıb, qarışığı gündə bir neçə dəfə su ilə qəbul etməklə sovuşdurub.
mənbə: sia.az
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 5891 Tarix: 24 iyul 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm
11.09.2021 659 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri
12.09.2021 489 Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə
16.09.2021 877 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942 Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO
Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır
10.09.2021 1704 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 "Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"
Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi
12.09.2021 5476 Yeni Zelandiyanın adı dəyişdirilir?
Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri
15.09.2021 1222